“Azərbaycanda Türkiyə hərbi bazasının yaradılmasını müzakirə etməmişik”.
Bizim.Media “TASS”a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov belaruslu həmkarı Vladimir Makei ilə danışıqlardan sonra təşkil olunan mətbuat konfransında deyib.
Lavrov deyib ki, bu söz-söhbətdir və şaiyələrə münasibət bildirmirlər.
XİN rəhbərinin açılqmasından sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da yayılan xəbərlərə münasibətini bildirib.
"Rusiya Türk hərbi bazasının yaradılması haqqında məlumatları diqqətlə izləyir",- deyə o cavab verib.
Bizim.Media