Azərbaycan XİN beynəlxalq təşkilatlara çağırış etdi

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırıb. 

Bizim.Media L.Abdullayevaya ünvanlanmış sualı və XİN sözçüsünün cavabını təqdim edir.

- Bu gün Azərbaycanda İnsan hüquqları günü kimi qeyd olunur. İnsan hüquqlarının qorunması və təşviq edilməsi sahəsində Azərbaycanın beynəlxalq təşkilatlar ilə əməkdaşlığı barədə nə deyə bilərsiniz?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamı ilə ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq, hər il iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi qeyd olunur.

Öncə vurğulamaq istərdik ki, Azərbaycan bütün insan hüquqları və əsas azadlıqlarının universallıq, qarşılıqlı bağlılıq və bölünməzlik prinsiplərinə sadiqdir. 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya ölkəmizdə insan hüquqları və əsas azadlıqların təmin olunmasını dövlətin ali məqsədi kimi müəyyən etmişdir. Sənədin “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” fəsli insan hüquqlarının geniş dairəsini əhatə edən 48 maddəni özündə əks etdirir.

Bildiyiniz kimi, ölkəmiz insan hüquqları sahəsində əsas beynəlxalq hüquqi sənədlərə tərəfdir. İnsan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, Azərbaycan onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müqavilə-əsaslı qurumları, ATƏT, Avropa Şurası və Avropa İttifaqı mühüm yer tutur.

İnsan hüquqlarının və əsas azadlıqların qorunması və təşviq edilməsi Azərbaycan Hökumətinin gündəmindədir.

Hazırda ölkəmiz ərazilərinin 30 ilə yaxın davam edən işğaldan azad olunması nəticəsində məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və layiqli qayıdış hüququnun, bu şəxslərin sosial, iqtisadi, mədəni hüquqlarının, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən media nümayəndələrinin peşə fəaliyyətlərini maneəsiz yerinə yetirə bilmələri ilə bağlı söz azadlıqlarının təmin olunması kimi çağırışlarla üzləşir. Bu xüsusda, tərəfimizdən bir daha beynəlxalq insan hüquqları təşkilatlarını bölgədə yaxşı qonşuluq münasibətlərinin bərpasına yönəlmiş 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatın həyata keçirilməsini dəstəkləməyə, insan hüquqları və əsas azadlıqlarına seçkili münasibət sərgiləməkdən yayınmağa çağırırıq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tiktoker "Renka" SAXLANILDI

Tiktoker "Renka" SAXLANILDI

Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb TİKƏCƏK - FOTO

Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb TİKƏCƏK - FOTO

Cəlilabaddan olan itkin şəhidin nəşi TAPILDI - FOTO

Cəlilabaddan olan itkin şəhidin nəşi TAPILDI - FOTO

Əraqçi ABŞ ilə danışıqların təfərrüatlarını AÇIQLADI

Əraqçi ABŞ ilə danışıqların təfərrüatlarını AÇIQLADI

Azərbaycanla Mərakeş arasında təhsil sahəsində əməkdaşlıq sazişi İMZALANDI - FOTO

Azərbaycanla Mərakeş arasında təhsil sahəsində əməkdaşlıq sazişi İMZALANDI - FOTO

Bakının bəzi yollarında SIXLIQ VAR

Bakının bəzi yollarında SIXLIQ VAR

Qarabağ"ın futbolçusu: Bizi sabah tarixi və vacib oyun gözləyir

Qarabağ"ın futbolçusu: Bizi sabah tarixi və vacib oyun gözləyir

Ərzaqdan sonra DƏRMAN – Onkoloji preparatlar BAHALAŞACAQ?

Ərzaqdan sonra DƏRMAN – Onkoloji preparatlar BAHALAŞACAQ?

Bakıda dayanacaqda çantasını unudan şəxsin qızılları oğurlandı

Bakıda dayanacaqda çantasını unudan şəxsin qızılları oğurlandı

Ağcabədidə qardaş 16 yaşlı bacısını öldürdü - TƏFƏRRÜAT

Ağcabədidə qardaş 16 yaşlı bacısını öldürdü - TƏFƏRRÜAT

Şəkidə dünyasını dəyişən şairlə bağlı yeni TƏFƏRRÜAT

Şəkidə dünyasını dəyişən şairlə bağlı yeni TƏFƏRRÜAT

Qurban Qurbanov: “Nyukasl”ın bizə uyğun olmayan oyun stili var” – VİDEO

Qurban Qurbanov: “Nyukasl”ın bizə uyğun olmayan oyun stili var” – VİDEO

Cenevrədə Ukrayna üzrə danışıqlar başladı

Cenevrədə Ukrayna üzrə danışıqlar başladı

Həmyerlimiz Ermənistanda qadınla uşağı xilas etdi – VİDEO

Həmyerlimiz Ermənistanda qadınla uşağı xilas etdi – VİDEO

Magistraturaya qəbulun NƏTİCƏLƏRİ elan olundu

Magistraturaya qəbulun NƏTİCƏLƏRİ elan olundu

Şahbuzda avtomobil yolunda qaya uçqunu baş verdi – FOTO

Şahbuzda avtomobil yolunda qaya uçqunu baş verdi – FOTO

ABŞ və İran danışıqlarında GƏRGİNLİK – Diplomatlar görüş zalını tərk etdilər – VİDEO

ABŞ və İran danışıqlarında GƏRGİNLİK – Diplomatlar görüş zalını tərk etdilər – VİDEO

Ağdamda tələbə qız dərmandan ZƏHƏRLƏNDİ

Ağdamda tələbə qız dərmandan ZƏHƏRLƏNDİ

Bu avtomobillər BAHALAŞA BİLƏR - Alıcılara xəbərdarlıq

Bu avtomobillər BAHALAŞA BİLƏR - Alıcılara xəbərdarlıq

Edis Görgülü də SAXLANILDI

Edis Görgülü də SAXLANILDI

Adın ilk hərfi taleyə təsir edə bilərmi?

Adın ilk hərfi taleyə təsir edə bilərmi?

Azad olunan ərazilər minalardan belə təmizlənir – FOTO

Azad olunan ərazilər minalardan belə təmizlənir – FOTO

Qobustanda ƏMƏLİYYAT: Saxlanılanlar var – VİDEO

Qobustanda ƏMƏLİYYAT: Saxlanılanlar var – VİDEO

İşxan Verdyan: “Vardanyanın həbsindən danışanlar, Rusiyadakı ermənilərə görə niyə səsiniz çıxmır?!” – ÖZƏL

İşxan Verdyan: “Vardanyanın həbsindən danışanlar, Rusiyadakı ermənilərə görə niyə səsiniz çıxmır?!” – ÖZƏL

End of content

No more pages to load

RADİO