İlham Əliyev Laçından dünyaya yeni mesajlar verdi

28 may 2025-ci il tarixində Laçın şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə  Üçlü Zirvə görüşü keçirildi. Baş tutan bu Zirvədə Prezident İlham Əliyevin açılış nitqi səmimiyyət, emosionallıq, həmrəylik, əməkdaşlıq, güclü gələcək vurğusu kimi mühüm cəhətləri ilə yadda qaldı. 
 

Prezident Zirvə görüşündə üç qardaş ölkənin bir arada olmasının və həmrəyliyinin önəmini vurğuladı.


Bu tarixi görüşün işğaldan azad edilmiş Laçında keçirilməsi birlik və həmrəyliyin simvolu kimi qiymətləndirildi. 30 il ərzində işğal altında qalan torpaqların azad edilməsi və 44 günlük müharibədə iki qardaş ölkənin Azərbaycanın haqlı davasını dəstəkləməsi, Cənab Prezidentin bu ölkələrin rəhbərlərinə və xalqlarına minnətdarlıq ifadə etməsi ilə birləşdi. Bu, onun regional əməkdaşlığın və dostluğun güclənməsinə verdiyi önəmi göstərir.

İlham Əliyevin nitqi Azərbaycan, Türkiyə və Pakistan arasındakı strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərinin təntənəli şəkildə vurğulanması ilə yadda qalır. Çıxışın bir neçə əsas istiqamətini aşağıdakı kimi şərh etmək olar:

1. Ədalət və suverenlik: Prezident İlham Əliyev, məhz Laçında zirvə görüşünün keçirilməsinin rəmzi əhəmiyyətini qeyd edərək, 30 illik işğalın ardından Azərbaycan torpaqlarının bərpasını və beynəlxalq hüquqdan irəli gələn haqların təmin olunmasını vurğulayır.

2. Qardaşlıq və həmrəylik vurğusu: Türkiyə və Pakistanın Azərbaycanın haqlı mübarizəsinə verdiyi qeyd-şərtsiz dəstəyə minnətdarlıq ifadə olunur. Bu həmrəyliyin regionda və beynəlxalq aləmdə əhəmiyyətli nəticələr doğurduğu və doğuracağı bildirilir. Prezident Azərbaycanın tarixi, müstəqillik mübarizəsi və qardaş ölkələrlə olan əlaqələri haqqında geniş bir perespektiv təqdim etdiyi görünür. İkinci zirvə görüşünün əməkdaşlıq bağlarını daha da gücləndirmək məqsədini güddüyü vurğulanır.

3. Tarixi haqsızlıqlara qarşı mübarizə: Preziden İlham Əliyev 107 il əvvəl qurulan Azərbaycan Xalq Cümhuriyyətinin 2 il sonra süqutu, Qərbi Zəngəzurun Ermənistana verilməsi və bu kimi hadisələr Azərbaycan xalqının tarix boyunca qarşılaşdığı ədalətsizliklər kimi qiymətləndirilir.

Ermənistanın işğalçılıq siyasətinin və bunun nəticəsində baş verən soyqırımların, xüsusilə Xocalı soyqırımının, Azərbaycan xalqına vurduğu ziyanı da ön plana çıxarır. Cənab Prezident, Azərbaycanın güc toplaması və beynəlxalq müstəvidə daha güclü mövqe əldə etməsi ilə bağlı ruh yüksəkliyi yaradan yeni mesajlar verir.

4. İkinci Qarabağ müharibəsi və böyük zəfər: 44 günlük müharibənin uğurları, Azərbaycan ordusunun irəliləyişi, Şuşanın azad olunması və antiterror əməliyyatı nəticəsində separatizmin sona çatması vurğulanır. Bu, ölkənin hərbi, siyasi və iqtisadi gücünün nəticəsi kimi təqdim olunur.

5. Bərpa, qayıdış və inkişaf: İşğaldan azad edilmiş ərazilərdə sürətli quruculuq və infrastruktur layihələrinin həyata keçirilməsi, insanların geri dönüşü ölkənin yeni inkişaf mərhələsinin təzahürü olduğu qeyd olunur. Ölkə başçısı, bu proseslərin bölgənin geosiyasi vəziyyətini dəyişdirdiyini və yeni reallıqlar yaratdığını qeyd edir.

6. Gələcəyə yeni mesaj: Son olaraq, Azərbaycan, Türkiyə və Pakistan dövlətləri arasındakı birliyin və qardaşlığın əhəmiyyətini qeyd edərək, üç ölkənin bu qədər güclü həmrəylik nümayiş etdirməsinin dünya miqyasında yeni reallıqlar yaratdığını ifadə edir.
 

Prezidentin çıxışı, Azərbaycan-Türkiyə-Pakistan ittifaqının regional və qlobal gücə çevrilməkdə olduğunu, bu birliyin verdiyi mesajların isə beynəlxalq aləmdə diqqətlə izlənildiyini nümayiş etdirir. 


Cənab Prezidentin Laçından verilən yeni  mesajların dünya miqyasında əhəmiyyətli olacağına inamı, regional əməkdaşlığın və dostluğun güclənməsinin simvolu kimi qiymətləndirilə bilər. Bu, həm də Azərbaycanın müstəqillik mübarizəsinin və qardaş xalqların dəstəyinin önəmini bir daha təsdiqləyir. Prezident İlham Əliyevin nitqi həm siyasi baxımdan strateji əhəmiyyət daşıyır, həm də xalqın tarixi yaddaşına və gələcəyə olan inamına mühüm mesajlar ötürür!

Rufiz Qonaqov, “Perespektiv" Siyasətin Texnologiyaları ib-nin İdarə Heyətin sədri, Siyasi elmlər üzrə fəlsəfə doktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DOST Agentliyi ISO sertifikatlarına layiq görüldü - FOTO

DOST Agentliyi ISO sertifikatlarına layiq görüldü - FOTO

Mbappe zədəsini SAĞALTDI

Mbappe zədəsini SAĞALTDI

Qocalmaq istəmirsinizsə, yeməyinizə bunu ƏLAVƏ EDİN

Qocalmaq istəmirsinizsə, yeməyinizə bunu ƏLAVƏ EDİN

Van Dammın azərbaycanlı gəlinindən haqqında yayılan xəbərlərlə bağlı AÇIQLAMA - FOTO

Van Dammın azərbaycanlı gəlinindən haqqında yayılan xəbərlərlə bağlı AÇIQLAMA - FOTO

"Ayaks"ın baş məşqçisi London klubunu ÇALIŞDIRACAQ

"Ayaks"ın baş məşqçisi London klubunu ÇALIŞDIRACAQ

“Bir həftədir ailəmizdən xəbər ala bilmirik” - VİDEO

“Bir həftədir ailəmizdən xəbər ala bilmirik” - VİDEO

Ağ Ev: “ Tramp İran rejimini xəbərdar edib, qətllər davam edərsə…”

Ağ Ev: “ Tramp İran rejimini xəbərdar edib, qətllər davam edərsə…”

“Azərreyl” və “Abşeron” QALİB GƏLDİ

“Azərreyl” və “Abşeron” QALİB GƏLDİ

Sevgilisini öldürən iş adamı ifadə verdi - "Kəlmeyi-şəhadəti öyrədirdim"

Sevgilisini öldürən iş adamı ifadə verdi - "Kəlmeyi-şəhadəti öyrədirdim"

Kanal açılışı üçün pultu Ərdoğana yerli robot gətirdi - TARİXİ ANLAR/VİDEO

Kanal açılışı üçün pultu Ərdoğana yerli robot gətirdi - TARİXİ ANLAR/VİDEO

“Atletiko” onunla müqaviləni UZATDI

“Atletiko” onunla müqaviləni UZATDI

Milli Qəhrəmanın cənazəsi Azərbaycana gətirildi

Milli Qəhrəmanın cənazəsi Azərbaycana gətirildi

Gəncədə qohumlar arasında DAVA - Xəsarət alanlar var

Gəncədə qohumlar arasında DAVA - Xəsarət alanlar var

Afətdən şok İDDİA: “Vəfa əsəbiləşdirdi, uşaq düşdü” - VİDEO

Afətdən şok İDDİA: “Vəfa əsəbiləşdirdi, uşaq düşdü” - VİDEO

ABŞ-dan İrana SANKSİYA - Siyahıda Laricani də var

ABŞ-dan İrana SANKSİYA - Siyahıda Laricani də var

Məktəblərdə yeni fənn tədris ediləcək

Məktəblərdə yeni fənn tədris ediləcək

“Sumqayıt” Emil Mustafayevin keçidini həll etdi

“Sumqayıt” Emil Mustafayevin keçidini həll etdi

Qırmızı kürünün FAYDALARI: Düzgün seçim qaydaları…

Qırmızı kürünün FAYDALARI: Düzgün seçim qaydaları…

Avtomobildə boğularaq ölən əmi və qardaşı oğlunun FOTOSU

Avtomobildə boğularaq ölən əmi və qardaşı oğlunun FOTOSU

Maskalılar Tehranda reydlər keçirirlər - Evlərdə peyk antenaları sökülür

Maskalılar Tehranda reydlər keçirirlər - Evlərdə peyk antenaları sökülür

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

“Qalatasaray”ın sabiq futbolçusu İstanbul klubuna KEÇDİ

“Qalatasaray”ın sabiq futbolçusu İstanbul klubuna KEÇDİ

NATO ABŞ-ın iştirakı olmadan Almaniyada ilin ən irimiqyaslı təlimlərinə BAŞLADI

NATO ABŞ-ın iştirakı olmadan Almaniyada ilin ən irimiqyaslı təlimlərinə BAŞLADI

Rəqsanənin qızından Ülviyyə ilə bağlı PAYLAŞIM: “Bu mahnı niyə var?!” - VİDEO

Rəqsanənin qızından Ülviyyə ilə bağlı PAYLAŞIM: “Bu mahnı niyə var?!” - VİDEO

End of content

No more pages to load

RADİO