Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 21-də Moskvada ATƏT-in Baş katibi Helqa Şmidlə görüşəcək.
Bizim.Media-nın məlumatına görə, bu barədə Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.
“Regional münaqişələrin həllində ATƏT-in rolunun müzakirə edilməsi gözlənilir. Tərəflər Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı vəziyyət haqqında fikir mübadiləsi aparırlar. Rusiya ATƏT-in nüfuzunun və səmərəliliyinin artırılmasına tərəfdardır”, - M.Zaxarova qeyd edib.
Bizim.Media