“Sizlərə “Can Azərbaycan”, “İki dövlət, bir millət” deyincə ürəyində fırtınalar qopan 86 milyonun salamını çatdırmaq istəyirəm. İndi buradakı tabloda 3 dövlət, tək millət var”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı bildirib.
“Burada Bakıdan Gəncəyə, Şuşadan Naxçıvana Azərbaycanın dörd bir yanındakı qardaşlarıma sevgimi, hörmətimi göndərirəm”, - Ərdoğan bildirib.
Bizim.Media