Azərbaycanda Təhsil Tələbə Krediti Fondu yaradıldı - FƏRMAN 

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" fərman imzalayıb. 

Bizim.Media xəbər verir ki, sənəddə deyilir: 

1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində “Təhsil Tələbə Krediti Fondu” (bundan sonra – Fond) yaradılsın. 

2. “Təhsil Tələbə Krediti Fondunun Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur). 

3. Müəyyən edilsin ki: 

3.1. Fond təhsil tələbə kreditlərinin verilməsini təşkil edən qeyri-kommersiya hüquqi şəxsidir; 

3.2. təhsil tələbə kreditinin məbləğinin yuxarı həddi hər tədris ili üçün təsdiq edilən tələbə qəbulunda nəzərdə tutulmuş ayrı-ayrı ixtisaslar üzrə ödənişli əsaslarla təhsilalana düşən illik təhsil haqlarının məbləğindən çox olmamalıdır; 

3.3. Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün ictimai əsaslarla fəaliyyət göstərən 7 (yeddi) üzvdən ibarət Himayəçilik Şurası yaradılır; 

3.4. Fondun fəaliyyətinə cari rəhbərliyi 3 (üç) üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirir; 

3.5. Fondun fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. 

4. Fondda təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin: 

4.1. Azərbaycan Respublikasının Prezidentinə: 

4.1.1. Fondun nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi; 

4.1.2. Fondun idarəetmə orqanlarının yaradılması; 

4.1.3. Fondun yenidən təşkili və ləğvi barədə qərar qəbul edilməsi;

4.2. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə: 

4.2.1. bu Fərmanın 4.1-ci bəndi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli. 

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 

5.1. Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına Fondun ilkin nizamnamə kapitalının formalaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 

5.2. Fondun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi qaydasını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 

5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 

6. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə olunsun ki, Fondun vəsaiti hesabına verilmiş kreditlər üzrə müvəkkil kredit təşkilatlarının aktivlərinin risk qrupunu müəyyən etsin. 

7. Azərbaycan Respublikasının Təhsil Nazirliyi: 

7.1. “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə “Təhsil Tələbə Krediti” altsisteminin yaradılmasını təmin etsin; 

7.2. Fondun dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi gündən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün; 

7.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 

8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, habelə ali, orta ixtisas və peşə təhsili müəssisələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin sorğularının Elektron Hökumət İnformasiya Sistemi üzərindən cavablandırılmasını təmin etmək üçün bir ay müddətində zəruri tədbirlər görsünlər. 

9. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması,inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, bu Fərmanın 8-ci hissəsində nəzərdə tutulmuş dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinin və ehtiyatlarının Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə inteqrasiyasını iki ay müddətində təmin etsin. 

10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən Nizamnamənin 4.1-ci bəndində nəzərdə tutulmuş maliyyələşməni təmin etsin. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tiktoker "Renka" SAXLANILDI

Tiktoker "Renka" SAXLANILDI

Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb TİKƏCƏK - FOTO

Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb TİKƏCƏK - FOTO

Cəlilabaddan olan itkin şəhidin nəşi TAPILDI - FOTO

Cəlilabaddan olan itkin şəhidin nəşi TAPILDI - FOTO

Əraqçi ABŞ ilə danışıqların təfərrüatlarını AÇIQLADI

Əraqçi ABŞ ilə danışıqların təfərrüatlarını AÇIQLADI

Azərbaycanla Mərakeş arasında təhsil sahəsində əməkdaşlıq sazişi İMZALANDI - FOTO

Azərbaycanla Mərakeş arasında təhsil sahəsində əməkdaşlıq sazişi İMZALANDI - FOTO

Bakının bəzi yollarında SIXLIQ VAR

Bakının bəzi yollarında SIXLIQ VAR

Qarabağ"ın futbolçusu: Bizi sabah tarixi və vacib oyun gözləyir

Qarabağ"ın futbolçusu: Bizi sabah tarixi və vacib oyun gözləyir

Ərzaqdan sonra DƏRMAN – Onkoloji preparatlar BAHALAŞACAQ?

Ərzaqdan sonra DƏRMAN – Onkoloji preparatlar BAHALAŞACAQ?

Bakıda dayanacaqda çantasını unudan şəxsin qızılları oğurlandı

Bakıda dayanacaqda çantasını unudan şəxsin qızılları oğurlandı

Ağcabədidə qardaş 16 yaşlı bacısını öldürdü - TƏFƏRRÜAT

Ağcabədidə qardaş 16 yaşlı bacısını öldürdü - TƏFƏRRÜAT

Şəkidə dünyasını dəyişən şairlə bağlı yeni TƏFƏRRÜAT - FOTO

Şəkidə dünyasını dəyişən şairlə bağlı yeni TƏFƏRRÜAT - FOTO

Qurban Qurbanov: “Nyukasl”ın bizə uyğun olmayan oyun stili var” – VİDEO

Qurban Qurbanov: “Nyukasl”ın bizə uyğun olmayan oyun stili var” – VİDEO

Cenevrədə Ukrayna üzrə danışıqlar başladı

Cenevrədə Ukrayna üzrə danışıqlar başladı

Həmyerlimiz Ermənistanda qadınla uşağı xilas etdi – VİDEO

Həmyerlimiz Ermənistanda qadınla uşağı xilas etdi – VİDEO

Magistraturaya qəbulun NƏTİCƏLƏRİ elan olundu

Magistraturaya qəbulun NƏTİCƏLƏRİ elan olundu

Şahbuzda avtomobil yolunda qaya uçqunu baş verdi – FOTO

Şahbuzda avtomobil yolunda qaya uçqunu baş verdi – FOTO

ABŞ və İran danışıqlarında GƏRGİNLİK – Diplomatlar görüş zalını tərk etdilər – VİDEO

ABŞ və İran danışıqlarında GƏRGİNLİK – Diplomatlar görüş zalını tərk etdilər – VİDEO

Ağdamda tələbə qız dərmandan ZƏHƏRLƏNDİ

Ağdamda tələbə qız dərmandan ZƏHƏRLƏNDİ

Bu avtomobillər BAHALAŞA BİLƏR - Alıcılara xəbərdarlıq

Bu avtomobillər BAHALAŞA BİLƏR - Alıcılara xəbərdarlıq

Edis Görgülü də SAXLANILDI

Edis Görgülü də SAXLANILDI

Adın ilk hərfi taleyə təsir edə bilərmi?

Adın ilk hərfi taleyə təsir edə bilərmi?

Azad olunan ərazilər minalardan belə təmizlənir – FOTO

Azad olunan ərazilər minalardan belə təmizlənir – FOTO

Qobustanda ƏMƏLİYYAT: Saxlanılanlar var – VİDEO

Qobustanda ƏMƏLİYYAT: Saxlanılanlar var – VİDEO

İşxan Verdyan: “Vardanyanın həbsindən danışanlar, Rusiyadakı ermənilərə görə niyə səsiniz çıxmır?!” – ÖZƏL

İşxan Verdyan: “Vardanyanın həbsindən danışanlar, Rusiyadakı ermənilərə görə niyə səsiniz çıxmır?!” – ÖZƏL

End of content

No more pages to load

RADİO