Andjey Duda: “Polşa Azərbaycanı Cənubi Qafqazda mühüm tərəfdaş kimi qəbul edir”

Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Polşa Respublikası və Polşa xalqı adından, həmçinin öz adımdan Sizə, ölkənizə və onun bütün vətəndaşlarına təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Şadam ki, Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında çox yaxşı və mehriban ikitərəfli münasibətlər son illərdə geniş vüsət alıb.
 

Keçən il COP29 iqlim konfransında Bakıda olmağımı və Sizinlə şəxsi görüşümüzü məmnunluqla xatırlayıram. Belə böyük bir tədbirin uğurla keçirilməsi Azərbaycanın dinamik şəkildə artan imkanlarının və əhəmiyyətinin ən gözəl nümunəsidir.


Polşa Azərbaycanı Cənubi Qafqaz regionunda mühüm tərəfdaş kimi qəbul edir və biz Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik. Mən qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişaf etdirilməsində və onun ölkələrimizin daim artan iqtisadi potensialına uyğun səviyyəyə yüksəldilməsində xüsusilə maraqlıyam.

Bundan əlavə, Polşanın istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa İttifaqı və Şərq Tərəfdaşlığı formatında ölkələrimiz üçün faydalı əməkdaşlığın bütün sahələrinin daha da inkişafına daim hazır olduğuna Sizi əmin etmək istəyirəm.

Sizə cansağlığı, ölkənizin hərtərəfli inkişafında bol-bol uğurlar, Azərbaycan Respublikasının bütün sakinlərinə firavanlıq və əmin-amanlıq arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

Putinin həbs orderini verən prokurordan XƏBƏR VAR

Putinin həbs orderini verən prokurordan XƏBƏR VAR

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Laricaninin yeri belə “müəyyən edilib”

Laricaninin yeri belə “müəyyən edilib”

Emin Mahmudov Qurban Qurbanova çatdı

Emin Mahmudov Qurban Qurbanova çatdı

2 avtomobil toqquşdu - Yaralılar var

2 avtomobil toqquşdu - Yaralılar var

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

End of content

No more pages to load

RADİO