Rusiya genişmiqyaslı HÜCUMA BAŞLAYIR – Ukraynanın daha 6 vilayəti işğal təhlükəsilə ÜZ-ÜZƏ

Rusiya prezidenti Vladimir Putin yaz-yay hücumu kampaniyası çərçivəsində sərhəd boyunca Ukrayna əraziləri hesabına “bufer zona” yaratmaq niyyətinə düşüb. Bunu Putin son açıqlamasında bəyan edib. Bu isə o deməkdir ki, Rusiya indiki mərhələdə atəşkəsin əldə olunmasında maraqlı deyil.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya və Ukrayna pərdəarxası danışıqlar aparır?


Qeyd edək ki, bir müddət əvvəl Rusiya ordusu Kursk vilayətində Ukraynanın əlinə keçən ərazilərə nəzarəti yenidən bərpa edib. Bu fonda indi də Rusiya çalışır ki, təhlükəsizliyi təmin etmək adı ilə sərhəd boyunca bufer zonası yaratsın.

Deməli, Rusiya Ukraynanın daha bir sıra ərazilərini də işğal etməkdə qərarlıdır.  

Görəsən, bufer zona adı altında Rusiya daha hansı əraziləri ələ keçirəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi ekspert Abutalıb Səmədov bildirir ki, Moskva Ukraynanın Sumı, Xarkov və Çerniqov vilayətlərinin sərhəd boyunca 20 km-lik ərazilərini də ələ keçirmək istəyir. Bundan başqa, Kreml Dneprpetrovski, Nikolayev və Odessaya nəzarəti ələ keçirməkdə də maraqlıdır:

“Ukraynanın Kursk və Belqorod vilayətlərinə hücum etməsindən sonra Rusiyanın əlinə bufer zona yaratmaq bəhanəsi düşdü. Nəticədə Putin elan etdi ki, sərhəd boyunca öz ərazilərinin təhlükəsizliyini təmin etmək üçün bufer zona yaradacaq. Məqsəd Rusiya sərhədi boyunca Ukrayna ərazisinin 20-30 km-lik dərinliklərini işğal etməkdir. Bunun üçün Rusiyanın planına görə Ukraynanın Sumı, Xarkov və Çerniqov vilayətləri ərazilərinin bir hissəsinin işğalı nəzərdə tutulur.

Ötən ilin avqustunda Kurska hücum edərkən Zelenski elan etdi ki, onun məqsədi ilk növbədə Sumı vilayətinin təhlükəsizliyini təmin etmək və cəbhə xəttindən rus qüvvələrinin çıxardılıb Kurska gətirilməsinə çalışmaqdır. Ancaq son nəticədə Kurskda əməliyyat uğursuz oldu. Rusiya hücumlarının qarşısı nəinki alınmadı, əksinə bir qədər də şiddətləndi”.

Ekspertin fikrincə, Ukraynanın Kurska hücumu Rusiyaya bufer zona yaratmaq barədə düşünməyə bəhanə verib:
 

“Artıq sərhəddə Sumı vilayətinin xeyli hissəsi və Xarkov vilayətinin də bəzi hissələri işğal olunub. Hələlik Çerniqov tam olaraq Ukraynanın nəzarətindədir. Görünən odur ki, Putinin iştahı günü-gündən artır. Bu gedişlə Rusiya Ukraynanın bir çox ərazilərini-Dneprpetrovski, Odessa və Nikolayevi də işğal edə bilər.


Kreml anlayır ki, Tramp adminstrasiyasının tutduğu mövqe Ukraynanı xeyli zəiflədəcək və onlar bu hücumların qarşısında dayanmaqda çətinlik çəkəcəklər. Yeri gəlmişkən, 2022-ci ilin yazından bu tərəfə Rusiya Ukraynada belə sürətlə irəliləməyib”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

Putinin həbs orderini verən prokurordan XƏBƏR VAR

Putinin həbs orderini verən prokurordan XƏBƏR VAR

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Laricaninin yeri belə “müəyyən edilib”

Laricaninin yeri belə “müəyyən edilib”

Emin Mahmudov Qurban Qurbanova çatdı

Emin Mahmudov Qurban Qurbanova çatdı

2 avtomobil toqquşdu - Yaralılar var

2 avtomobil toqquşdu - Yaralılar var

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

End of content

No more pages to load

RADİO