Azərbaycan və Meksikanın xarici işlər nazirinin müavinləri arasında görüş oldu - FOTO

Azərbaycan xarici işlər nazirinin müavini, COP29 üzrə baş danışıqçı Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Meksika Birləşmiş Ştatlarına səfər edib.

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
 

Məlumata görə, səfər çərçivəsində Meksika Xarici İşlər Nazirliyinin Çoxtərəfli Əlaqələr və İnsan Hüquqları məsələləri üzrə nazir müavini Enrike Oçoa Martinez, Meksikanın iqlim məsələləri üzrə baş danışıqçısı Kamila Zepeda və Meksikanın nüfuzlu beyin mərkəzlərindən biri olan Beynəlxalq Əlaqələr üzrə Meksika Şurasında (COMEXI) görüşlər keçirilib.


Nazir müavini Enrike Oçoa Martinez ilə keçirilən görüşdə beynəlxalq təşkilatlar və digər çoxtərəfli platformalar çərçivəsində Azərbaycan və Meksika arasındakı səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Y.Rəfiyev meksikalı həmkarını Azərbaycanın xarici siyasət prioritetləri, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, eləcə də qarşıdan gələn dövrdə çoxtərəfli platformalarda Azərbaycanın təşəbbüsü və ev sahibliyi ilə keçiriləcək tədbirlər barədə ətraflı məlumatlandırıb.

Tərəflər iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq məsələlərini də müzakirə edib, bu çərçivədə Azərbaycanın COP29-a sədrliyinə dair fikir mübadiləsi aparıb.

Meksikanın iqlim məsələləri üzrə baş danışıqçısı Kamila Zepeda ilə keçirilmiş görüşdə Azərbaycanın COP29-a sədrliyi çərçivəsində əldə etdiyi tarixi nailiyyətlər vurğulanıb, bu xüsusda Azərbaycanın uğurlu sədrliyi təqdir edilib.

Beynəlxalq Əlaqələr üzrə Meksika Şurasında (COMEXI) keçirilmiş görüş zamanı 2020-ci il 44 günlük Vətən müharibəsi nəticəsində Cənubi Qafqazda formalaşmış yeni reallıqlar konteksində Azərbaycanın regionda artan rolu və həyata keçirdiyi çoxşaxəli xarici siyasət, beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizin təşəbbüsləri və fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanın COP29 sədrliyi və bu çərçivədə aparılmış danışıqların məzmunu və əldə etdiyi nəticələr yüksək qiymətləndirilib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

Tramp: “İran tamamilə məhv ediləcək”

Tramp: “İran tamamilə məhv ediləcək”

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

End of content

No more pages to load

RADİO