Ceyhun Bayramov Koreyanın yeni səfirini QƏBUL ETDİ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Koreyanın Azərbaycana yeni təyin olunmuş səfiri Kimqu Kanqı qəbul edib.

Bizim.Media xəbər verir ki, görüş zamanı səfir etimadnaməsinin surətini C.Bayramova təqdim edib.

Nazir səfiri təyinat münasibətilə təbrik edib, ona fəaliyyəti müddətində uğurlar arzulayıb. Səfir iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün bütün səylərini səfərbər edəcəyini diqqətə çatdırıb.

Görüş zamanı, Azərbaycan-Koreya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub.

İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən illər ərzində iqtisadiyyat, investisiyalar, humanitar, təhsil, turizm və s. istiqamətlər üzrə əməkdaşlığın vəziyyətinin müzakirə edildiyi görüş zamanı həmçinin kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə və digər potensial istiqamətlərin mövcudluğu vurğulanıb. Ölkələrimiz arasında beynəlxalq platformalar, xüsusilə də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə(AQEM) ölkəmizin sədrliyi dönəmində əməkdaşlığın vacib olduğu diqqətə çatdırılıb.

Azərbaycanda keçirilən beynəlxalq sərgilərdə Koreya tərəfinin yaxından iştirakı barədə qarşı tərəfdən məlumat verilib.

Bununla yanaşı, ali təhsil və peşə istiqamətləri üzrə birgə əməkdaşlıq çərçivəsində Koreya Respublikasının İNHA Universiteti ilə Bakı Mühəndislik Universitetinin ikili diplom proqramlarının, eləcə də Sənayə və İnnovasiyalar Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əldə olunan vacib nailiyyətlər sırasında olduğu qeyd edilib.

Tərəflər ölkəmizin iqlim diplomatiyası səyləri, Azərbaycanda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, sessiya çərçivəsində əldə olunan nailiyyətlərdən danışıblar.

Görüş zamanı həmçinin, keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin tarixçəsi, eləcə də post-münaqişə dövründə vəziyyət barədə qarşı tərəfə ətraflı məlumat verilib. Azərbaycan tərəfinin təşəbbüsü ilə aparılan sülh prosesində Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları və Minsk Qrupunun ləğvi məsələsi kimi maneələr qeyd olunub. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işləri və minasızlaşdırma fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər nəzərdən keçirilib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

Tramp: “İran tamamilə məhv ediləcək”

Tramp: “İran tamamilə məhv ediləcək”

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

End of content

No more pages to load

RADİO