Ukrayna Ali Radası sədrinin birinci müavininə “Dəmir Yumruq” diplomu təqdim edildi - FOTO

Kiyevdə “Hər kəsin öz səsi var, bizim bir ürəyimiz var” adlı Ukraynanın Milli Azlıqları və Yerli Xalqlarının Ümumukrayna Forumu keçirilib.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi və Ukrayna Azərbaycanlıları Radasının nümayəndələrinin də iştirak etdiyi tədbir çərçivəsində ölkədə ilk dəfə milli səviyyədə “Millətlərarası Harmoniya və Mədəni Müxtəliflik Günü” qeyd olunub.
 

Bu bayram Ukrayna Prezidentinin 2024-cü il 27 dekabr tarixli Fərmanı ilə təsis edilib. Bayramın məqsədi ölkədə yaşayan bütün milli icmaların və yerli xalqların unikal dəyərlərinin tanınması və ümumi Ukrayna mədəniyyətinin zənginləşdirilməsidir.


Forumda 300-dən çox iştirakçı - milli azlıqların və yerli xalqların nümayəndələri, hökumət rəsmiləri, diplomatlar, beynəlxalq tərəfdaşlar və ictimai xadimlər bir araya gəlib. Çıxışlarda Ukraynanı vətən hesab edən hər bir etnosun mədəni və dini adət-ənənələrinin eşidilməsi və anlaşılması, onların öz mədəni və etnik kimliklərini sərbəst şəkildə ifadə etmələrinin vacibliyi vurğulanıb.

Ukrayna Ali Radası sədrinin birinci müavini Oleksandr Kornienko tədbirdə çıxışı zamanı milli icmaların ümumi Ukrayna irsinə verdiyi töhfələrin əhəmiyyətinə diqqət çəkib: “İlk dəfə Millətlərarası Harmoniya və Mədəni Müxtəliflik Gününü qeyd etməklə, biz hər bir icmanın Ukrayna mədəni irsinə verdiyi unikal töhfəni şərəfləndiririk. Ukraynanın gücü birliyimizdədir – burada hər kəsin öz səsi var, lakin bizdə bir ürək var. Bu birlik bizi Avropa ilə inteqrasiya və ortaq uğura aparır”, - deyə o bildirib.

O.Kornienko, həmçinin çıxışı zamanı Azərbaycan dövlətinə, Prezidentinə və diaspor təşkilatlarına göstərilən dəstəyə görə xüsusi təşəkkürünü ifadə edib.

Tədbir çərçivəsində müxtəlif xalqların nümayəndələri, o cümlədən etnik azərbaycanlılar adından ağac əkilib. Forumda iştirak edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Aparat rəhbəri Xəyyam Həqiqətoğlu etnik azərbaycanlılar adından Oleksandr Kornienkoya İkinci Qarabağ müharibəsinin simvollarından birinə çevrilən “Dəmir Yumruq” diplomunu hədiyyə edib.

Image 1

Image 1

Image 1

Image 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

Tramp: “İran tamamilə məhv ediləcək”

Tramp: “İran tamamilə məhv ediləcək”

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

End of content

No more pages to load

RADİO