Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Brüsseldəki mənzil-qərargahına səfəri çərçivəsində alyansın baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın təşkilatdakı nümayəndəliyindən bildirilib.
Tərəflər Azərbaycan-NATO tərəfdaşlığının hazırkı vəziyyətini, gələcək əməkdaşlığın perspektivlərini, o cümlədən regional və daha geniş təhlükəsizlik mühiti ilə bağlı məsələləri müzakirə ediblər.
NATO-nun sülhməramlı əməliyyatlarına, eləcə də müttəfiq və tərəfdaş dövlətlərin enerji təhlükəsizliyinə verdiyi töhfə vurğulanaraq, Azərbaycanın alyansın uzunmüddətli etibarlı tərəfdaşı kimi rolu vurğulanıb.
Bizim.Media