Pakistanın baş naziri Şahbaz Şərif gələn həftə Türkiyə, İran və Azərbaycana səfər edəcək.
Bizim.Media xəbər verir ki, bunu Pakistanın “Daily Times” qəzeti məlumat yayıb.
Bildirilib ki, Şərif Hindistanla davam edən qarşıdurma zamanı göstərdikləri dəstəyə görə minnətdarlığını bildirmək üçün üç ölkənin yüksək səviyyəli liderləri ilə görüşəcək.
Bizim.Media