İlham Əliyevə təbriklər gəlməkdə davam edir – YENİLƏNİR

Malavi Respublikasının Prezidenti Lazarus Makkarti Çakvera Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Milli bayramınız - 28 May - Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını Malavi hökuməti, xalqı adından və öz adımdan təbrik etməkdən məmnunluğumu bildirirəm.

Fürsətdən istifadə edərək, ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin xalqlarımızın rifahı naminə qarşıdakı illərdə də möhkəmlənəcəyinə ümidimi ifadə edirəm.

Zati-aliləri, Sizə cansağlığı, Azərbaycan xalqına firavanlıq və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm".

Bundan başqa, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi də dövlətimizin başçısını təbrik edib:

"Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi, ölkənizin daha da inkişafı və rifahı naminə ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Misir Azərbaycanla illər ərzində uğurla inkişaf edən və ortaq maraqlarımızın irəlilədilməsinə yönəlmiş güclü öhdəliklə möhkəmlənən səmimi və yaxın ikitərəfli münasibətləri yüksək qiymətləndirir.

Fürsətdən istifadə edərək, qarşıdakı illərdə Misir-Azərbaycan əlaqələrinin daha da dərinləşməsində və dost xalqlarımızın qarşılıqlı rifahı naminə əməkdaşlığımızın şaxələndirilməsində Misirin maraqlı olduğunu bir daha vurğulamaq istəyirəm.

Hörmətli cənab Prezident, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, dost Azərbaycan xalqına davamlı inkişaf və firavanlıq arzulayıram".

***

Mərakeşin Kralı VI Məhəmməd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq, xalqınıza daha çox tərəqqi və firavanlıq arzulamaq mənə böyük məmnunluq verir.

Ölkələrimiz arasında qardaşlıq münasibətlərinin və qarşılıqlı ehtiramın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm.

Mən, həmçinin xalqlarımızın rifahı naminə əməkdaşlığımızı bütün sahələrdə daha da dərinləşdirmək və genişləndirmək üçün Zati-alinizlə birgə işi davam etdirməkdə maraqlıyam".

Bundan başqa, Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostin də dövlətimizin başçısını təbrik edib:

"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına şəxsən öz adımdan, Avstraliya hökuməti və xalqı adından ən xoş arzularımı çatdırıram.

Əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında dostluq münasibətləri gələcək illərdə də inkişaf edəcəkdir".

***

İsveçin Kralı XVI Karl Qustav Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram.

Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq arzu edirəm".

***

Çex Respublikasının Prezidenti Petr Pavel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

İcazə verin, Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və ölkənizin xalqına ən səmimi təbriklərimi çatdırım.

Çex Respublikası Azərbaycan Respublikası ilə qarşılıqlı münasibətlərin səviyyəsini, eləcə də əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi sahəsində ortaq maraqlarımızı yüksək qiymətləndirir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram".

***

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Bu yaxınlarda Azərbaycanın və Ermənistanın sülh sazişi ilə bağlı razılığa gəlmələri ümid mənbəyidir və biz perspektiv vəd edən bu inkişafı alqışlayırıq. Biz yalnız Ermənistanla müqavilənin mümkün qədər tez imzalanmasını təşviq edə və bununla da hər iki ölkənin xalqlarının qarşılıqlı rifahı üçün bu münaqişəni qəti şəkildə başa çatdıra bilərik.

Fürsətdən istifadə edərək, Sizin və ailənizin rifahı, eləcə də Azərbaycan xalqının əmin-amanlığı və xoşbəxt gələcəyi ilə bağlı ən xoş arzularımı çatdırıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Romada partlayış: Xəsarət alanlar var

Romada partlayış: Xəsarət alanlar var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

Tramp: “İran tamamilə məhv ediləcək”

Tramp: “İran tamamilə məhv ediləcək”

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

End of content

No more pages to load

RADİO