Azərbaycan generalı Britaniya Kralına nə hədiyyə etdi? – FOTO

Britaniyanın Vindzor şəhərində keçirilən ənənəvi Kral Atçılıq Şousunda Azərbaycan möhtəşəm təqdimatı ilə yadda qalıb.

Bizim.Media xəbər verir ki, şouda Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev də iştirak edib və tədbirin ən diqqətçəkən anlarından birinə imza atıb.

Xatırladaq ki, Azərbaycan çaparları tədbirdə öz atçılıq məharətlərini nümayiş etdiriblər. Onların çıxışı kral ailəsinin və beynəlxalq qonaqların böyük marağına səbəb olub. Vindzor Atçılıq Şousu zamanı general Elçin Quliyev Böyük Britaniya Kralı III Çarlza Azərbaycan mədəniyyətini təcəssüm etdirən xüsusi hədiyyə təqdim edib. Hədiyyənin təqdimatından sonra Kral Çarlz və general Elçin Quliyev yan-yana əyləşərək at yarışlarını izləyiblər.
 

Maraqlı məqam ondadır ki, Britaniya Kralı III Çarlz istənilən şəxslə bu qədər yaxın ünsiyyətdə olmur və onunla eyni kadrda çəkilmək də nadir hallarda baş verir. Hər hədiyyə verəni öz yanında oturtmayan kralın general Quliyevlə bu cür səmimi foto və söhbəti Azərbaycana, eləcə də Elçin Quliyevə göstərilən yüksək ehtiramın göstəricisi kimi qiymətləndirilir.


Qeyd edək ki, Kral III Çarlz atlara və atçılıq sənətinə olduqca dərin maraq göstərir və bu sahənin bilicilərindən sayılır. O, uzun illərdir at şoularının fəal iştirakçısı və dəstəkçisidir. Kralın Azərbaycan atlarına – xüsusilə Qarabağ atlarına olan rəğbəti dəfələrlə vurğulanıb. Bu, Azərbaycanın atçılıq mədəniyyətinə verilən yüksək qiymətin daha bir nümunəsidir.
 

Vindzor Atçılıq Şousu (Royal Windsor Horse Show) hər il Britaniya kral ailəsinin himayəsi ilə keçirilir və dünyanın ən mötəbər atçılıq tədbirlərindən biri sayılır. İlk dəfə 1943-cü ildə təşkil olunan bu tədbir Britaniya monarxiyası ilə xalq arasında mədəni əlaqələrin təşviqi məqsədilə yaradılıb. Həm idman, həm nümayiş xarakteri daşıyan tədbirdə dünyanın müxtəlif ölkələrindən atçılıq komandaları iştirak edir. Azərbaycan isə bu mötəbər tədbirdə artıq bir neçə ildir ki, öz milli dəyərlərini, atçılıq ənənələrini və Qarabağ atlarını uğurla təqdim edir.


Bu ilki şouda Azərbaycanın iştirakı bir daha göstərdi ki, ölkəmiz təkcə regionda deyil, həm də qlobal səviyyədə mədəniyyətini və tarixini uğurla tanıtdırır. General Elçin Quliyevin kral ilə yaxın ünsiyyəti isə diplomatik jest olaraq yüksək dəyərləndirilir və iki ölkə arasında mədəni körpünün möhkəmlənməsinə xidmət edir. (Musavat.com)






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Romada partlayış: Xəsarət alanlar var

Romada partlayış: Xəsarət alanlar var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

Tramp: “İran tamamilə məhv ediləcək”

Tramp: “İran tamamilə məhv ediləcək”

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

End of content

No more pages to load

RADİO