Trampın siyasəti Avropanı İKİYƏ BÖLDÜ – Fransa-İtaliya gərginliyinin PƏRDƏARXASI

Fransa Prezidenti Emmanuel Makron İtaliyanın Baş naziri Corcia Melonini yalan danışmaqda, şəxsi təhqirlərdə və diplomatik uğursuzluqlarda ittiham edib.

Nə baş verir?

Gərginlik Makronun Melonini Avropa liderlərinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşünə və ABŞ Prezidenti Donald Trampın birgə telefon danışığına qatılmaması barədə “yalan məlumat” yaymaqda ittiham etməsindən sonra artıb.
 

İtaliyanın Baş naziri Kiyevə qoşun göndərməkdən imtina etdikdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ lideri Donald Trampla əlaqə saxlayan liderlər arasında yer almadığını bildirib. Makron isə öz növbəsində Melonini “yalan məlumat” yaymaqda ittiham edib və əmin edib ki, silahlı qüvvələrin yerləşdirilməsi həmin görüşdə müzakirə olunmayıb.


Daha sonra, Almaniya kansleri İtaliyanın Baş naziri ilə görüşüb və “vəziyyəti sakitləşdirməyə” çalışıb. Nəticədə köhnə qitənin liderləri Ukraynada Avropanın bütün sülh təşəbbüslərində Romanın “müəyyən rol oynaması” ilə razılaşıblar.

Merts həmçinin Meloninin yaxın gələcəkdə sülh proseslərinə daxil olması üçün danışıqlar aparacağına söz verib. O əlavə edib ki, Avropa ölkələri öz aralarında fikir ayrılıqlarının yaranmasına imkan verməməlidir.

Amma bütün hallarda görünən odur ki, Avropa liderləri arasında Ukrayna məsələsində ciddi fikir ayrılığı, parçalanma mövcuddur.

Bu fonda görəsən, Paris Roma gərginliyi nə ilə nəticələnəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Abutalıb Səmədov düşünür ki, Makronla Meloni arasında Ukrayna ilə bağlı yaşanan fikir ayrılıqları bir qədər də artacaq: 

“Ukraynada Avropa ölkələrinin silahlı qüvvələrinin yerləşdirilməsi planı Fransa ilə Böyük Britaniyaya məxsusdur. Onların düşüncəsinə görə, sülh sazişi imzalandıqdan sonra Rusiyanın növbəti hücumlarının qarşısını almaq üçün Ukraynada sülhməramlı qüvvələr yerləşdirilməlidir. ABŞ bu prosesdə iştirak etmək istəmir. Avropaya gəldikdə, İtaliya, Almaniya və Polşa hələlik bu planı dəstəkləmir.

Albaniyada keçirilən Avropa siyasi birliyinin sammitində İstanbul danışıqları müzakirə olundu. Amma bu danışıqlarda İtaliyanın baş naziri iştirak etməyib. Meloni italyan jurnalistlərinə müsahibəsində Makronun bu hərəkətini Romanın Ukraynada sülhməramlı yerləşdirmək planını dəstəkləmədiyinə görə atdıqlarını deyib. Halbuki, Almaniya və Polşa da həmin plana qarşıdır. Ancaq onlar Albaniyadakı həmin görüşdə iştirak ediblər. Təbii ki, bu da Meloninin xoşuna gəlməyib”.

Makronun pozuculuq hərəkətlərinin davamı

Həmsöhbətimiz qeyd edir ki, Makron Meloninin Avropa liderləri içərisində Trampa ən yaxın şəxs olduğunu nəzərə almayıb:
 

“Meloninin görüşə dəvət olunmaması Makronun pozuculuq hərəkətlərinin davamıdır. Bu isə yolverilməzdir ki, Almaniya kansleri də onu düzəltmək istəyib. Yəqin ki, Ukrayna ilə bağlı bundan sonrakı görüşlərdə Meloni iştirak edəcək. Ancaq fikir ayrılığı ortadadır və bu fikir ayrılığı azalmayacaq. Çünki Avropa ABŞ-ın iştirakı olmadan Rusiya ilə hər hansı qarşıdurmaya getməkdən ehtiyat edir. Meloni də həmin liderlərdən biridir”.


Gərginlik artacaq

Politoloq bildirir ki, Avropada yaşanan müəyyən parçalanma meyllərinin kökündə həmçinin Trampın mövqeyi dayanır. Bu səbəbdən ekspertin fikrincə, həmin hadisələr ciddi parçalanmaya gətirib çıxarmasa da, Ukraynaya münasibətdə fikir ayrılıqları da azalmayacaq:

“Zelenskinin davranışlarına Avropa liderləri fərqli yanaşır. Bəziləri onu qızışdırıb irəli verməyə çalışsalar da, digərləri onun hərəkətlərini yanlış hesab edir. Yəni Avropa dövlətləri arasında yaranan fikir ayrılığının səbəblərindən biri də Zelenski, onun siyasətdən uzaq davranışları, bəyanatları ilə bağlıdır. Ona görə də fərqli yanaşmanın azalma ehtimalı yoxdur. Əksinə, Vaşinqtonun irəli sürdüyü sülh planı Avropadakı fikir ayrılığını bir qədər də artıracaq. Fransa, Böyük Britaniya və Almaniya güman ki, Trampın 22 maddəlik sülh planını qəbul etməyəcək”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Romada partlayış: Xəsarət alanlar var

Romada partlayış: Xəsarət alanlar var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

Tramp: “İran tamamilə məhv ediləcək”

Tramp: “İran tamamilə məhv ediləcək”

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

End of content

No more pages to load

RADİO