Hikmət Hacıyev: “Ermənistanın konstitusiyasında Azərbaycanla bağlı ərazi iddiası hələ də var”

Azərbaycan ilə İran iqtisadi əməkdaşlıq əlaqələrini davam etdirməli və gücləndirməlidir.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tehran Dialoq Forumunun panelində deyib.

“Biz Avrasiya regionunda inkişaf edən xoşbəxt ölkəyik. Bizim Türkiyə, Rusiya və İran ilə çoxtərəfli əməkdaşlıq əlaqələrimiz var”, - deyə H.Hacıyev bu xüsusda 3+3 formatının əhəmiyyətinə toxunub.
 

Azərbaycan Prezidentinin köməkçisi regionda mövcud plan regional təşkilatların funksionallığının artırılmasının vacibliyini qeyd edərək, bu xüsusda İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və İslam Əməkdaşlıq Təşkilatını vurğulayıb:


“Biz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də İranla əməkdaşlıq edirik. Çünki islam həmrəyliyi prinsipi bizim üçün vacibdir”.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan və İran iqtisadi əməkdaşlığı davam etdirməli, ikitərəfli əlaqələri gücləndirməlidir.

H.Hacıyev qeyd edib ki, Azərbaycan ilə İran ortaq tarixi keçmişə malikdir və iki ölkə birlikdə tərəfdaşlıq üçün modellər yaradıb inkişaf etdirə bilər:

“Kimlərinsə bizim üçün nizam yaratmasına imkan verməməliyik, özümüz firavanlıq, inkişaf haqqında düşünməliyik”.

Prezidentin köməkçisi, həmçinin Azərbaycanda həyata keçirilən iqtisadi islahatlardan və beynəlxalq əhəmiyyət daşıyan infrastruktur layihələrdən danışıb. Vurğulayıb ki, biz özümüzə və tərəfdaşlarımıza fayda vermək üçün real imkanlardan istifadə etməliyik.

Bu xüsusda Avrasiyanın nəqliyyat dəhlizini yenidən tərtib edən Şimal-Cənub layihəsinin əhəmiyyətinə toxunub:

“Özümüz üçün yeni təhlükəsizlik arxitekturası qurmağa çalışmalıyıq və həyata keçiriləcək layihələri müəyyənləşdirməliyik”.

H.Hacıyev Fələstinlə bağlı suala cavabında qeyd edib:

"İslam Əməkdaşlıq Təşkilatı mövcud olan ən mühüm təsisatlardan biridir. Azərbaycan da ədalətə və behnəlxalq hüquqa əsaslanan islam həmrəyliyini dəatəkləyir. Biz Fələstin məsələsinim BMT-nin qərarları və qətnamələri əsasında iki dövlət prinsipi əsasında həllini dəstəkləyirik”.
 

Azərbaycan malik olduğu fərqli geosiyasi kimliyi əsasında fərqli regionlarda aktiv diplomatik fəaliyyət aparır. Belə ki, Cənubi Qafqaz, Xəzər və Qara dəniz hövzəsi, post sovet məkanı, Mərkəzi Asiya, Yaxın Şərq və sair.


Azərbaycan ilə Ermənistan arasında sülh sazişinə də münasibət bildirən Prezidentin köməkçisi vurğulayıb:

“İndi Azərbaycan regionda yeni status-kvo və reallıq yaradıb. Sülh üçün münbit şərait vardır. Qazandığımız qələbə xalqımızın qanı bahasına başa gəlib. Azərbaycanla Ermənistanın münasibətlərində hərbi elementlər - xüsusilə hərbi təcavüz və işğal gündəlikdən çıxarılıb. İşğala hərbi-siyasi vasitələrlə son qoyulub. Azərbaycan regionu sülh və sabitliyə doğru aparmaq istəyir.

Biz bilirik ki, Konstitusiya hər bir olkənin daxili işidir, bir şərtlə ki, başqa ölkə üçün təhlükə yaratmasın ərazi iddiaları olmasın. Ermənistanın konstitusiyasında Azərbaycanla bağlı ərazi iddiası hələ də var və bu müddəa çıxarılmalıdır. Regional məsələlər region ölkələrinin özləri tərəfindən həll olunmalıdır. Təəssüf ki, bəzi xarici qüvvələr regiona müdaxilə etmək, geosiyasi intriqalar aparmağa cəhd edirlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Romada partlayış: Xəsarət alanlar var

Romada partlayış: Xəsarət alanlar var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

Tramp: “İran tamamilə məhv ediləcək”

Tramp: “İran tamamilə məhv ediləcək”

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

End of content

No more pages to load

RADİO