Paşinyanın “İTV”yə verdiyi açıqlamaya Azərbaycan XİN-dən CAVAB

Ayxan Hacızadə Ermənistanın Baş nazirinin İctimai Televiziyaya müsahibəsində səsləndirdiyi iddialara cavab verib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan azərbaycanlı jurnalistin sualını CAVABLANDIRDI


Bildirilib ki, 15 may tarixində Ermənistan Baş naziri Albaniyada Azərbaycan İctimai Televiziyasına verdiyi müsahibədə Ermənistan konstitusiyasında mövcud ərazi iddiaları, habelə Minsk Qrupunun ləğvi məsələsində növbəti dəfə beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd edib. 


Ermənistan tərəfi üçün beynəlxalq müqavilələrdə ərazi bütövlüyünə dəstək ifadə edilməsinin heç bir əhəmiyyətə malik olmadığı danılmaz bir faktdır.

Bunu sübut etmək üçün, Ermənistanın Almatı bəyannaməsinə qoşulması prosesini və bu razılaşmanı necə kobud şəkildə pozduğunu xatırlatmaq yerinə düşər. Ermənistan tərəfinin daim istinad etdiyi Almatı bəyannaməsinə qoşulan zaman verdikləri qeyd-şərtləri, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa qarşı çıxan qüvvədə olan qanunvericilik aktlarının mövcudluğu hər kəsə məlumdur. 

Baş nazir Ermənistanın tərəf çıxdığı və ratifikasiya edilmiş beynəlxalq müqavilələrin yerli qanunlar üzərində üstünlüyə malik olduğu barədə konstitusiya müddəasına istinad etməklə öz iddialarını arqumentlərlə sübut etməyə çalışması da tamamilə əsassızdır.

Bunun əksini sübut etmək üçün Ermənistan konstitusiyasının 5-ci maddəsinə (hüquq normalarının iyerarxiyası) nəzər yetirmək kifayətdir.

Məhz bu müddəaya əsasən Ermənistan konstitusiyası ali hüquqi qüvvəyə malikdir və Baş nazirin istinad etdiyi beynəlxalq müqavilənin üstün olması müddəasının Konstitusiyaya aidiyyəti yoxdur. Ermənistan konstitusiyasının 21-ci maddəsində istinad olunan Ermənistan gerbinin belə özündə indiki Ermənistanın qonşularına ərazi iddialarını əks etdirdiyi də yaxşı məlumdur.
 

Bununla, Ermənistanın hansı müqaviləyə qoşulmasından asılı olmayaraq, Konstitusiyada Azərbaycan ərazi bütövlüyünə qarşı olan müddəanın saxlanılmasına hər vəchlə çalışılmasının nəyə xidmət etdiyi aydın olur. 


Bununla yanaşı, 2022-ci ilin oktyabr ayından etibarən müzakirə olunan sülh sazişi layihəsində ərazi bütövlüyünə dəstək barədə müvafiq müddəaya razılıq verilməsi ilə yanaşı, paralel olaraq Ermənistan rəhbərliyinin 2023-cü ilin sentyabr antiterror tədbirlərinə qədər necə qondarma rejimə dəstək verdiyini, onu legitimləşdirməkdə davam etdiyini heç kim unutmayıb.  

Həmçinin 1991-ci ilin sərhədləri və Almatı bəyannaməsi əsasında ərazi bütövlüyünə istinad edən Ermənistan tərəfinin son 35 ilə yaxın müddətdə nəyə görə bu xəritələrə və razılıqlara əməl etmədiyinə, Sovet xəritələrində əksini tapmış sərhədləri qəbul etməkdən imtina etdiyinə izahat verməsi daha yaxşı olardı.

Qeyd edilənlərlə yanaşı, mütəmadi olaraq Ermənistan Konstitusiya Məhkəməsinin qərarlarına istinad edən Baş nazirə, Ermənistan tərəfinin hələ 2010-cu ilin yanvarında Türkiyə ilə münasibətlərinin normallaşdırılmasına dair protokolların onun konstitusiyasına uyğunluğu ilə bağlı konstitusiya məhkəməsinin qərarının təfərrüatlı şəkildə əsaslandırıldığı zaman qondarma “Qərbi Ermənistan” iddialarından əl çəkmədiyini, eyni məntiq və yanaşmanın məhkəmənin Azərbaycanla Ermənistan arasında sərhəd komissiyalarının reqlamentinin Ermənistan konstitusiyasına uyğunluğu ilə bağlı 26 sentyabr 2024-cü il tarixli  qərarının qəbulu zamanı tətbiq etdiyini xatırlamaq kifayətdir.

Xüsusən də, məhkəmə qərarında preambula və dolayısı ilə Müstəqillik Bəyannaməsinin “erməni dövlətçiliyinin əsas prinsipləri” kimi səciyyələndirilməsi və onların dəyişilməz müddəalar olduğunun qeyd edilməsi, Ermənistanın Azərbaycan ərazilərinə qarşı iddialarından irəli gələn təhdidin miqyasını nümayiş etdirir.

Ermənistan Baş nazirinin bu problemlərin göz ardı edilə biləcəyi ilə bağlı məntiqi, bu ölkənin dayanıqlı sülhdə maraqlı olmadığını və yalnız bu vəziyyəti gələcəkdə yenidən Azərbaycana qarşı təcavüzə başlamaq üçün ehtiyat variant kimi saxlamağa çalışdığını göstərir.
 

Bununla yanaşı, Ermənistanın keçmiş münaqişənin qalığı olan Minsk qrupunun rəsmi ləğvinə qarşı olan cəhdləri, prosesi sülh sazişi ilə bağlamağa çalışması, bu ölkənin Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu nümayiş etdirir.  


Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanın milli təhlükəsizliyinə birbaşa təhdid olan Konstitusiyanın dəyişdirilməsi sülh üçün əsas şərtdir və bunu tələb etmək Azərbaycanın legitim hüququdur.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızıl alqı-satqısında uduzmaq istəməyənlər bu məqamları gözdən qaçırmasınlar – Mütəxəssisdən TÖVSİYƏLƏR

Qızıl alqı-satqısında uduzmaq istəməyənlər bu məqamları gözdən qaçırmasınlar – Mütəxəssisdən TÖVSİYƏLƏR

Məhkəmə 340 minlik dələduzluq edən şəxsin cəzasını ağırlaşdırdı

Məhkəmə 340 minlik dələduzluq edən şəxsin cəzasını ağırlaşdırdı

Alina Bozun həyat yoldaşı da saxlanıldı

Alina Bozun həyat yoldaşı da saxlanıldı

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

Sakinlərə XƏBƏRDARLIQ - Bakının bu ərazisində işıq olmayacaq

Sakinlərə XƏBƏRDARLIQ - Bakının bu ərazisində işıq olmayacaq

"Hacı Mazan"ın polkovnik oğlu işdən çıxarıldı

"Hacı Mazan"ın polkovnik oğlu işdən çıxarıldı

Gümüşün qiyməti 70 dollar həddini keçdi

Gümüşün qiyməti 70 dollar həddini keçdi

Kıvanç reklamdan 106 milyon qazanacaq

Kıvanç reklamdan 106 milyon qazanacaq

"ChatGPT"də yeni FUNKSİYA

"ChatGPT"də yeni FUNKSİYA

Goranboyda qadın dəm qazından boğuldu

Goranboyda qadın dəm qazından boğuldu

ABŞ Sakit okeanda narkotik daşıyan gəmini vurdu

ABŞ Sakit okeanda narkotik daşıyan gəmini vurdu

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

Gecə saatlarında avtomobil Qış parkına girdi - VİDEO

Gecə saatlarında avtomobil Qış parkına girdi - VİDEO

Zərərli obrazlara QADAĞA – Uşaq oyuncaqları ilə bağlı yeni qaydalar TƏTBİQ OLUNACAQ?

Zərərli obrazlara QADAĞA – Uşaq oyuncaqları ilə bağlı yeni qaydalar TƏTBİQ OLUNACAQ?

Aynur Rzayevanın həyatını itirdiyi qəzanın baş verdiyi yerdən VİDEO

Aynur Rzayevanın həyatını itirdiyi qəzanın baş verdiyi yerdən VİDEO

Bakıda avtosalonun qarşısındakı səki avtomobillərdən təmizləndi – VİDEO

Bakıda avtosalonun qarşısındakı səki avtomobillərdən təmizləndi – VİDEO

Hər gün yeyirik, amma ürəyə ziyandır - Süfrədə ən təhlükəli 3 qida

Hər gün yeyirik, amma ürəyə ziyandır - Süfrədə ən təhlükəli 3 qida

Mərkəzdəki bu bina niyə sökülmür? - RƏSMİ CAVAB

Mərkəzdəki bu bina niyə sökülmür? - RƏSMİ CAVAB

Xanımına təyyarə aldı

Xanımına təyyarə aldı

Tramp Maduronu hədələdi: “Bu, onun sonuncu oyunu olacaq”

Tramp Maduronu hədələdi: “Bu, onun sonuncu oyunu olacaq”

“Napoli” İtaliya Superkubokunun qalibi oldu – VİDEO

“Napoli” İtaliya Superkubokunun qalibi oldu – VİDEO

Çörək BAHALAŞACAQ?

Çörək BAHALAŞACAQ?

Bu şəxslərə ikiqat maaş veriləcək

Bu şəxslərə ikiqat maaş veriləcək

End of content

No more pages to load

RADİO