Almatıda “Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları” BAŞ TUTDU – FOTO/VİDEO

Qazaxıstanın Almatı şəhərində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları” adlı tədbir keçirilib.






Bizim.Media
“yenicag.az”a istinadən xəbər verir ki, forum Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi, UNESCO-nun Qazaxıstan nümayəndəliyi, Dünya Axısxa Türkləri Birliyi (DATÜB), “İpəkyolu” İctimai Diplomatiya Vəqfi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə baş tutub.


Tədbir Qazaxıstan və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Foruma Azərbaycanın Qazaxıstandakı Səfirliyinin Almatı şəhərindəki nümayəndəsi Anar Hüseynzadə, Türkiyənin Almatı şəhərindəki baş konsulu Evren Müderrisoğlu, Türkiyənin Çimkənd şəhərindəki fəxri konsulu, DATÜB İdarə Heyətinin üzvü Latıpsha Assanov, UNESCO-nun Mədəniyyətlərin Yaxınlaşdırılması Mərkəzinin sədri, tanınmış yazıçı Oljas Süleymenov, Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Milli Məclisinin deputatı Naqif Həmzə, Qazaxıstanın Əməkdar elm xadimi, professor Ərpolat Əliyəddinoğlu, “Goodwill AqNiet” İctimai Fondunun direktoru Adlet Kumar, Turan Universitetinin Beynəlxalq Münasibətlər və Diplomatiya Ali Məktəbinin direktoru Altınay Tuleuvna Muxambedyarova, “Qazaxıstanın Art Forumu” Beynəlxalq Yaradıcılıq Təşkilatının baş direktoru Yernazar Gimarat, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, “İpəkyolu” İctimai Diplomatiya Təşkilatının sədri Seyfullah Türksoy, “Axısxa” qəzetinin baş redaktoru Rövşən Məmmədoğlu, tarix üzrə fəlsəfə doktoru İqor Krupko, “Ata Yurd” (Nomad) İctimai Birliyinin sədri Süleyman Əhmədov, Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının (QAA) Almatı şəhər təşkilatının sədri Qəhrəman Sadıyev, UNESCO-nun Mədəniyyətlərin Yaxınlaşdırılması Mərkəzinin sədr müavini Səltənət Aşimova, Qarabağ qazisi, “Veteninfo.az” saytının baş redaktoru Nahid Canbaxışlı, Azərbaycan Turizm Assosiasiyasının Nəzarət-Təftiş komitəsinin sədri Rəhman Quliyev, Qazaxıstanda fəaliyyət göstərən iş adamlarımız Amil Yusifov, Əsədulla Ələsgərov, Ehtiram Şabanov və Qazaxıstanın tanınmış elm adamları, siyasi xadimləri, müharibə veteranları və gənclər qatılıblar.


















Tədbirin açılışında çıxış edən Azərbaycanın Qazaxıstandakı səfirliyinin Almatı şəhərindəki nümayəndəsi Anar Hüseynzadə sözlərinə təşkilatçıları təşəkkür etməklə başlayıb.

İki ölkə arasındakı çoxtərəfli əlaqələr barədə danışan Anar Hüseynzadə Qazaxıstanın Vətən müharibəsi dönəmində sərgilədiyi mövqeyə toxunaraq rəsmi Astananın ölkəmizin ərazi bütövlüyünə dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb. O, ölkələrimiz arasında həyata keçirilən müxtəlif layihələr barədə məlumat verib.


Türkiyənin Almatı şəhərindəki baş konsulu Evren Müderrisoğlu isə türk birliyinin önəminə diqqət çəkib və qeyd edib ki, Türk Dünyasının böyük şəxsiyyəti Heydər Əliyev öz vizyonu və zəngin dünya görüşü ilə yaşadığı çağın çox yüksəyində bir şəxsiyyət idi.


Milli Məclisin deputatı Naqif Həmzə də çıxışında Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarından qovulmasından danışıb.

Deputat Azərbaycanın sərhədyanı ərazilərdə öz soydaşlarının yaşaması baxımından dünyada yeganə ölkə olduğunu vurğulayıb:

“Minlərlə Qərbi azərbaycanlının yaşadığı acı gerçəklikdir. Bu gün soydaşlarımız Qarabağa qayıdırlar, Kəlbəcər azad olunub, inanırıq ki, tezliklə Qərbi azərbaycanlılar da öz doğma yurdlarına sülh yolu ilə qayıdacaqlar. Biz birgə çalışaraq bu tarixi qayıdışı təmin edəcək, birlik və bərabərliyimizi daha da gücləndirəcəyik. Türk Dövlətləri Təşkilatının inkişafı və güclənməsi bizə böyük ümidlər verir. Bütün türk dünyası bu prosesin yanında duraraq birliyimizi möhkəmləndirir”.


Forumda videoçıxış edən UNESCO-nun Mədəniyyətlərin Yaxınlaşdırılması Mərkəzinin sədri, tanınmış yazıçı Oljas Süleymenov Heydər Əliyevin Azərbaycan və ümumilikdə bütün dünya üçün əhəmiyyətindən bəhs edib.

Oljas Süleymenov Heydər Əliyevdən öyrəniləcək çox şey olduğunu da vurğulayıb:

“Bu gün Heydər Əliyevin rəhbərliyi altında yetişən nəsillər onun qoyduğu vəzifəni öz üzərlərində daşıyırlar: doğma ölkəsinin, xalqının rifahı naminə işləmək”.


Xalq şairi Sabir Rüstəmxanlı isə 90-cı illərdə yaşanan hadisələrdən danışaraq müstəqilliyini qazanmış türk respublikaların bu gün sürətlə inkişaf etdiyini vurğulayıb. Qərbi Azərbaycana qayıdışla bağlı tədbirlərin Özbəkistandan tutmuş, İspaniyaya qədər bir çox ölkə keçirildiyini diqqətə çatdıran Xalq şairi onu da bildirib ki, Qazaxıstan öz yurd-yuvasından didərgin düşmüş bir çox millətə ikinci ölkə olub.

“Ermənistan tarixi Azərbaycan torpağıdır. Son iki min ildə dünyada erməni dövləti olmayıb, uydururlar. Şükürlər olsun ki, torpaqlarımızı azad etdik. İndi isə biz öz torpaqlarımıza qayıtmaq istəyirik. Başlanan proses Azərbaycanın haqlı olduğunu bütün dünyaya göstərir”.


Layihə rəhbəri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər də forumun keçirilməsi üçün dəstək olan təşkilatlara minnətdarlığını ifadə edib.


“İnanıram ki, biz bu qardaşlıq tədbirlərini türkün bütün torpaqlarında, o cümlədən Axısxada, Zəngəzurda, Təbrizdə də keçirəcəyik. O gün uzaqda deyil”, – deyən A. Ələsgər Qərbi Azərbaycana dönüşün eynən Qarabağa dönüş kimi gerçəkləşəcəyini də əlavə edib.

“Biz o torpaqlara mütləq qayıdacağıq və türkün şanlı bayraqlarını bütün torpaqlarımızda dalğalandıracağıq. Doğum gününü qeyd etdiyimiz Ulu Öndərimiz Heydər Əliyevin böyük şəxsiyyəti qarşısında ehtiramla baş əyir, Prezidentimizin əsgəri olaraq, sözlərimi cənab İlham Əliyevin bu kəlamı ilə bitirmək istəyirəm: “Bizim ailəmiz türk dünyasıdır və biz birlikdə güclüyük”, – deyə layihə rəhbəri əlavə edib.


Qeyd edək ki, “İpəkyolu” İctimai Diplomatiya Təşkilatının sədri Seyfullah Türksoy, Tarix üzrə fəlsəfə doktoru İqor Krupko, Qazaxıstanın əməkdar elm xadimi, professor Ərpolat Əliyəddinoğlu, Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının (QAA) Almatı şəhər təşkilatının sədri Qəhrəman Sadıyev və digər çıxışçılar da mövzu ilə bağlı öz fikirlərini bildiriblər.








Daha sonra “Axısxa” qəzetinin baş redaktoru Rövşən Məmmədoğlunun moderatorluğu, “Goodwill AqNiet” İctimai Fondunun direktoru Adlet Kumar, Turan Universitetinin Beynəlxalq Münasibətlər və Diplomatiya Ali Məktəbinin direktoru Altınay Tuleuvna Muxambedyarova, “Qazaxıstanın Art Forumu” Beynəlxalq Yaradıcılıq Təşkilatının baş direktoru Yernazar Gimaratın iştirakı ilə “Türk dünyasında yeni çağırışlar” başlığı ilə panel təşkil olunub.








Panel müzakirələrində Türk Dövlətləri Təşkilatının fəaliyyəti başda olmaqla, türk respublikaları arasındakı əlaqələr haqqında fikir mübadiləsi aparılıb.


Forum çərçivəsində Ulu öndər Heydər Əliyevin doğumunun 102-ci ildönümü ilə bağlı sərgi də təşkil olunub. Sərgidə Heydər Əliyevin Mərkəzi Asiya və türk respublikalarla bağlı siyasətini özündə əks etdirən görüntülər yer alıb.














Bununla yanaşı, Qərbi Azərbaycandakı mədəni-tarixi irsimizi əks etdirən fotolar da sərgidə nümayiş etdirilib. Forumun sonunda yekun bəyanat qəbul edilib və xatirə şəkili çəkdirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xamenei: “Uca Allahdan yağış istəyin” – VİDEO

Xamenei: “Uca Allahdan yağış istəyin” – VİDEO

II kurs tələbəsi vəfat etdi

II kurs tələbəsi vəfat etdi

Avro ucuzlaşdı, rubl bahalaşdı - YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı - YENİ MƏZƏNNƏ

Yayım tarixi bəlli oldu

Yayım tarixi bəlli oldu

Quba Soyqırımı Memorial Kompleksi BAXIMSIZ DURUMDA – Vəd edilən təmir niyə GECİKİR? – VİDEO

Quba Soyqırımı Memorial Kompleksi BAXIMSIZ DURUMDA – Vəd edilən təmir niyə GECİKİR? – VİDEO

Papaya təyyarədə qeyri-adi sürpriz – VİDEO

Papaya təyyarədə qeyri-adi sürpriz – VİDEO

Əgər balığın qarnı belədirsə, almayın!

Əgər balığın qarnı belədirsə, almayın!

Azərbaycanda yeni evlənənlərə dövlət hansı güzəştləri edir?

Azərbaycanda yeni evlənənlərə dövlət hansı güzəştləri edir?

Nə mal, nə qoyun... - Ən sağlam ət növü açıqlandı

Nə mal, nə qoyun... - Ən sağlam ət növü açıqlandı

"Verilişimə 10 mühafizəçi ilə gəlirsiniz, nə olur ki?"

"Verilişimə 10 mühafizəçi ilə gəlirsiniz, nə olur ki?"

Onlar da doğma yurdlarına qayıdır – FOTO

Onlar da doğma yurdlarına qayıdır – FOTO

Məhv olan binalar, ölən qocalar, boğulan azyaşlılar – Bu il baş verən DƏHŞƏTLİ YANĞINLAR – ARAŞDIRMA

Məhv olan binalar, ölən qocalar, boğulan azyaşlılar – Bu il baş verən DƏHŞƏTLİ YANĞINLAR – ARAŞDIRMA

Hikmət Hacıyev Aİ rəsmiləri ilə görüşdü – FOTO

Hikmət Hacıyev Aİ rəsmiləri ilə görüşdü – FOTO

BİZİM TƏQVİM: 28 noyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 28 noyabrda baş vermiş tarixi hadisələr

David Luiz Pepedən sonra ikinci oldu

David Luiz Pepedən sonra ikinci oldu

"Ərimə sadiqəm, amma yaxşı ana deyiləm"

"Ərimə sadiqəm, amma yaxşı ana deyiləm"

BƏƏ ilə Azərbaycan arasında hərbi əməkdaşlıq məsələsi müzakirə olundu - FOTO

BƏƏ ilə Azərbaycan arasında hərbi əməkdaşlıq məsələsi müzakirə olundu - FOTO

Slot “Liverpul”un zədəli futbolçularının son durumundan DANIŞDI

Slot “Liverpul”un zədəli futbolçularının son durumundan DANIŞDI

Gözlərinizi sağlam saxlayacaq QİDALAR

Gözlərinizi sağlam saxlayacaq QİDALAR

DÇ-2026 üçün 2 milyon bilet SATILDI

DÇ-2026 üçün 2 milyon bilet SATILDI

Tezliklə xoşbəxtlikdən göyün yeddinci qatında olacaq BÜRCLƏR

Tezliklə xoşbəxtlikdən göyün yeddinci qatında olacaq BÜRCLƏR

Təcili yardımı 39 min 325 dəfə əsassız ÇAĞIRDILAR

Təcili yardımı 39 min 325 dəfə əsassız ÇAĞIRDILAR

Azərbaycan ilə San-Marino arasında münasibətlərdəki mövcud vəziyyət müzakirə edildi - FOTO

Azərbaycan ilə San-Marino arasında münasibətlərdəki mövcud vəziyyət müzakirə edildi - FOTO

Osimhen “Fənərbağça” ilə derbi matçında meydanda OLACAQ

Osimhen “Fənərbağça” ilə derbi matçında meydanda OLACAQ

End of content

No more pages to load

RADİO