Azərbaycan XİN: “Kanada bölgədəki sülhə xələl verir”

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) Kanada Xarici İşlər nazirinin 11 noyabr 2020-ci il tarixli bəyanatına dair açıqlama yayıb.

XİN-in Mətbuat xidməti idarəsindən Bizim.Media-ya daxil olan açıqlamada deyilir:

“Kanada Xarici İşlər nazirinin Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı verdiyi, ermənipərəst hisslərin açıq şəkildə ifadə olunduğu birtərəfli bəyanat təəssüf doğurur.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalını və yüz minlərlə azərbaycanlının insan hüquqlarının pozulmasını qınayan, bu illər ərzində aparılan danışıqlar prosesinə töhfə verəcək və BMT TŞ-nin müvafiq qətnamələrinin həyata keçirilməsini dəstəkləyəcək hər hansı bəyanatla çıxış etməyən Kanada Xarici İşlər naziri görünür indi münaqişə ilə məşğul olmağa başlayıb.

Xatırladırıq ki, Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılması və tam atəşkəsin elan olunması ilə bağlı birgə bəyanat 10 noyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Rusiya Prezidenti tərəfindən imzalanıb.

BMT TŞ qətnamələrinə əsaslanan bu razılaşma hazırda həyata keçirilməkdədir.

Heç bir dövlət, xüsusilə də ərazidən çox uzaqda yerləşənlər, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında bölgə ölkələrindən daha çox maraqlı ola bilməz.

Kanada həqiqətən də bölgədə dayanıqlı sülhün təmin olunmasını istəyirsə, o zaman beynəlxalq hüquq prinsiplərinin və BMT TŞ qətnamələrinin tələblərinə uyğun davranmalı və bu ruhda bəyanatlarla çıxış etməlidir.

Bunun əksi münaqişənin siyasi həllinə və beləliklə də bölgədə sülhün bərqərar olmasına zərər verməkdən başqa bir şey deyildir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Velosiped sürənlərə XƏBƏRDARLIQ - Bu halda 70 manat CƏRİMƏLƏNƏCƏKLƏR

Velosiped sürənlərə XƏBƏRDARLIQ - Bu halda 70 manat CƏRİMƏLƏNƏCƏKLƏR

"Bəyənmədim, bunu etmək üçün gecikib"

"Bəyənmədim, bunu etmək üçün gecikib"

Üç gün sonra İLK çərşənbəni qeyd edəcəyik

Üç gün sonra İLK çərşənbəni qeyd edəcəyik

Rusiyada qəzaya uğramış helikopter və həlak olan üç şəxsin meyiti TAPILDI - FOTO

Rusiyada qəzaya uğramış helikopter və həlak olan üç şəxsin meyiti TAPILDI - FOTO

Salyanda daha əvvəl də narkotikin təsiri altında avtomobil idarə edən sürücü yenidən TUTULDU

Salyanda daha əvvəl də narkotikin təsiri altında avtomobil idarə edən sürücü yenidən TUTULDU

Yeni başlanğıc üçün ən şanslı BÜRCLƏR

Yeni başlanğıc üçün ən şanslı BÜRCLƏR

Sumqayıt-Laçın reysi fəaliyyətə BAŞLAYIR – Gedişhaqqının QİYMƏTİ

Sumqayıt-Laçın reysi fəaliyyətə BAŞLAYIR – Gedişhaqqının QİYMƏTİ

“İranı dərhal tərk edin” - Daha iki ölkədən çağırış

“İranı dərhal tərk edin” - Daha iki ölkədən çağırış

Yanan avtomobili söndürərkən faciəli şəkildə həyatını itirən FHN əməkdaşının FOTOSU

Yanan avtomobili söndürərkən faciəli şəkildə həyatını itirən FHN əməkdaşının FOTOSU

Zelenskidən ABŞ-a gözlənilməz TƏHDİD – Ukraynada çevriliş planı aktivləşdirilir?

Zelenskidən ABŞ-a gözlənilməz TƏHDİD – Ukraynada çevriliş planı aktivləşdirilir?

Salyanda FHN əməkdaşlarını avtomobillə vuran şəxsin kimliyi BİLİNDİ

Salyanda FHN əməkdaşlarını avtomobillə vuran şəxsin kimliyi BİLİNDİ

Rusiyada PUA hücumu: 11 nəfər yaralandı – FOTO

Rusiyada PUA hücumu: 11 nəfər yaralandı – FOTO

İlhamə Quliyevanın bacısı qızı həbsdən buraxıldı – FOTO

İlhamə Quliyevanın bacısı qızı həbsdən buraxıldı – FOTO

Kamçatkada güclü ZƏLZƏLƏ oldu

Kamçatkada güclü ZƏLZƏLƏ oldu

Yanan avtomobili söndürən FHN əməkdaşlarını maşın vurdu - Ölən var - YENİLƏNİB

Yanan avtomobili söndürən FHN əməkdaşlarını maşın vurdu - Ölən var - YENİLƏNİB

126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO

126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

"Koti" ləqəbli tiktoter HƏBS EDİLDİ

"Koti" ləqəbli tiktoter HƏBS EDİLDİ

Bakının məşhur restoranlarında İFTAR qiymətləri – ARAŞDIRMA

Bakının məşhur restoranlarında İFTAR qiymətləri – ARAŞDIRMA

Saat 10:00-da işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Saat 10:00-da işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

İsveçdə milli süni intellekt dil modeli yaradılacaq

İsveçdə milli süni intellekt dil modeli yaradılacaq

NASA martda Aya astronavt göndərməyi planlaşdırır

NASA martda Aya astronavt göndərməyi planlaşdırır

Təhlükəli xəstəliklərdən qoruyan UCUZ ÇAY

Təhlükəli xəstəliklərdən qoruyan UCUZ ÇAY

Fevralın 21-i Beynəlxalq Ana Dili Günüdür

Fevralın 21-i Beynəlxalq Ana Dili Günüdür

End of content

No more pages to load

RADİO