"Ermənistanla sülh prosesində bir neçə istiqamət üzrə təmaslar davam edir".
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir Ermənistan Azərbaycan normallaşma prosesində hələ ki ciddi addımların olmadığını qeyd edib:
"Hazırda Ermənistan tərəfindən Azərbaycanın gözləntiləri var. Bu ərazi iddialarının çıxarılması və ATƏT-in Minsk qrupunun ləğv edilməsidir. Bu prosesləri izləyirik, təmaslar var, amma ciddi addımlar yoxdur".
Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media