İlham Əliyev və Mehriban Əliyeva Şuşanın Daşaltı kənd məscidinin açılışında - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və “PMD Projects” şirkətinin direktoru Nəriman Topçibaşev dövlət başçısına və birinci xanıma görülmüş işlər barədə məlumat veriblər.

Daşaltı kənd məscidinin təməli 2021-ci ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub.

Məscid kəndin mərkəzində milli memarlıq üslubunda inşa edilib. İkiminarəli məscid ümumi memarlıq kompozisiyası, planlaşdırma və bədii-dekorativ xüsusiyyətlərinə görə Qarabağ memarlıq məktəbinin ənənələrinə uyğun inşa olunub.
 

Hündürlüyü 22,5 metr olan minarələr layihələndirilərkən Yuxarı Gövhər Ağa məscidinin minarələrinin formasından istifadə olunub. 



İkimərtəbəli məsciddə eyni vaxtda 150-dən çox insan ibadət edə biləcək.
Daşaltı kənd məscidinin inşası Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə maddi-mədəniyyət abidələrimizin, dini ocaqlarımızın bərpası və yenilərinin tikilməsi ilə bağlı verdiyi tapşırıqlara uyğun həyata keçirilib. İşğal dövründə dağıdılan məscidlərimizin bərpası, yeni dini ocaqların inşası Azərbaycan dövlətinin xalqımızın milli-mənəvi dəyərlərinə, mədəni və tarixi zənginliyinə verdiyi qiymətin göstəricisidir.

Dövlət başçısına və birinci xanıma “Daşaltı kəndinin yenidən qurulması layihəsi” çərçivəsində görüləcək işlər barədə də məlumat verilib.

Bu layihə yerli memarlıq irsinə sadiqlik, ekoloji davamlılıq və müasir turizm infrastrukturu ilə kənd həyatını birləşdirir. Ümumi sahəsi 65 hektara yaxın olan Daşaltı kəndində 80 otaqlı 5 mərtəbəli hotel binası, kotteclər, ticarət və ictimai obyektlər, o cümlədən, informasiya mərkəzi, sərgi binası, emalatxana inşa ediləcək. Layihəyə əsasən təbiət və tarixlə vəhdət təşkil edən, geniş turizm imkanları olan kənd məkanının yaradılması nəzərdə tutulur.

Daşaltı kəndinin rekreasiya zonası təbiətə minimal müdaxilə prinsipi ilə layihələndirilib və təbiətsevərlərin ətraf mühitlə daha sıx əlaqə qurmasına imkan yaradacaq.

Layihə müxtəlif yaş qrupları və maraqlara uyğun fəaliyyətləri özündə birləşdirir, həmçinin funksionallıq, sakitlik və macəra arasında tarazlıq yaradaraq, nadir istirahət təcrübəsi təqdim edir.























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Romada partlayış: Xəsarət alanlar var

Romada partlayış: Xəsarət alanlar var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

Tramp: “İran tamamilə məhv ediləcək”

Tramp: “İran tamamilə məhv ediləcək”

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

End of content

No more pages to load

RADİO