İlham Əliyev: “Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün var qüvvəsi ilə çalışır”

Azərbaycan Prezidenti İlham Əliyev XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli Zirvə Toplantısının iştirakçıları,

Sizi Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının açılışı münasibətilə səmimiyyətlə salamlayıram.

Builki Zirvə Toplantısı əlamətdar hadisə – Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin qurulmasının 40-cı ildönümünə təsadüf edir. Bu münasibətlə Vəqfin bütün üzvlərini ürəkdən təbrik edirəm. 1985-ci ildə sülh və dialoq təşəbbüsü olaraq təsis olunmuş Vəqf bu gün öz sıralarında nüfuzlu siyasətçiləri, politoloqları, iqtisadçıları, akademik dairələrin nümayəndələrini və iş insanlarını birləşdirərək qlobal və regional əməkdaşlığın genişləndirilməsinə, sülhün, sabitliyin qorunmasına, mədəniyyətlərarası dialoqun təşviqinə böyük töhfə verən mühüm platformalardan birinə çevrilmişdir.

Mərmərə Qrupu Vəqfinin və onun rəhbəri hörmətli Akkan Suverin Azərbaycan və Türkiyə arasında əlaqələrin genişlənməsində xidmətlərini xüsusi vurğulamaq istərdim.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Mərmərə Qrupu Vəqfinin fəaliyyətini daim yüksək qiymətləndirmiş və təşəbbüslərini dəstəkləmişdir. Qeyd etmək lazımdır ki, məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildən Avrasiya İqtisadi Zirvə Toplantıları keçirilməyə başlamış və həmin ildə Heydər Əliyev Mərmərə Qrupu Vəqfinin fəxri sədri seçilmişdir.
 

Mərmərə Qrupu Vəqfinin qurulmasının 40 illiyi münasibətilə təsis edilən 16 mükafat arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə “Türk Dünyası Mükafatı”nın yer alması bizim üçün böyük şərəfdir. Ümummilli Liderin adına ithaf edilən mükafata dünyaşöhrətli alim, Nobel mükafatı laureatı və Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü – Əziz Sancarın layiq görülməsi xüsusi məmnunluq doğurur.


Bu gün Azərbaycan ilə Türkiyə arasındakı birlik, qardaşlıq və həmrəylik bütün Türk dünyası üçün böyük töhfədir. Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsində, strateji müttəfiqliyimizin gücləndirilmisində əziz Qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın misilsiz xidmətləri vardır.

Ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən, xalqlarımızın birliyindən qaynaqlanan və hazırda dinamik inkişaf edən müstəsna dövlətlərarası əlaqələrimiz bölgədə rifaha, sülhə və təhlükəsizliyə töhfə verməklə yanaşı bütün Avrasiya üçün önəmli amil rolunu oynayır.

Avrasiya İqtisadi Zirvə Toplantısının builki iclası “Yaşana bilən bir dünya üçün dialoq” mövzusuna həsr olunub. Hansı sahədə olursa olsun, istər dövlətlərarası münasibətlərdə, istərsə də insanlararası təmaslarada dialoq mühüm sabitləşdirici faktor və körpü olaraq çıxış edir.
 

Şərqlə Qərbin, Şimalla Cənubun qovuşduğu məkanda yerləşən Azərbaycanda əsrlər boyu ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələri dostluq, qardaşlıq, qarşılıqlı etimad və anlaşma şəraitində birgə yaşayırlar. Xalqlararası dostluğun, dinlərarası dialoqun, multikulturalizm və tolerantlıq ənənələrinin qorunması bizim yaşam tərzimiz olmaqla yanaşı, dövlət siyasətimizin prioritet istiqamətlərindəndir. Ölkəmiz eyni zamanda qlobal müstəvidə də mədəniyyətlər arasında ahəngdar münasibətləri dəstəkləyir, qarşılıqlı anlaşmaya nail olunması naminə sivilizasiyalararası dialoq zəminində təşəbbüslərlə çıxış edir.


Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olması, sosial-iqtisadi rifahın təmin edilməsi üçün var qüvvəsi ilə çalışır. Hesab edirəm ki, hazırda bu bölgənin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranmışdır.

Bəşəriyyətin üzləşdiyi yeni çağırışlar, beynəlxalq münasibətlər sistemində artan parçalanma və gərginlik dövründə dünyada sülh, əmin-amanlıq və dinc birgəyaşayışın təmin olunmasında dialoqun rolu danılmazdır. Azərbaycan 4 il ərzində Qoşulmama Hərəkatına, keçən ilin noyabrından etibarən isə COP29-a sədrlik edərək Qlobal Cənub ilə Qlobal Şimal arasında uzun illərdən bəri formalaşmış etimadsızlıq mühitinin aradan qaldırılması, onlar arasında dialoq körpüsünün qurulması və qarşılıqlı anlaşmanın bərqərar olması uğrunda səylərini əsirgəmirdi.

Məhz Azərbaycanın tutduğu balanslaşdırılmış mövqe COP29-da qlobal iqlim fəaliyyətinə müsbət təkan verən və çoxtərəfliliyin təntənəsi olan “Bakı sıçrayışı”nın əldə edilməsini şərtləndirdi.

İnanıram ki, builki Avrasiya İqtisadi Zirvə Toplantısı iqtisadiyyat, enerji, rəqəmsallaşma, süni intellekt, səhiyyə, ətraf mühit və digər aktual mövzular və yeni əməkdaşlıq imkanları ətrafında faydalı müzakirələrin aparılması, ideyaların və təcrübələrin mübadiləsi, səylərin əlaqələndirilməsi üçün əhəmiyyətli platforma olacaq.

Bir daha Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin bütün üzvlərini yubiley münasibətilə təbrik edir, Vəqfin fəaliyyətinə bundan sonra da müvəffəqiyyətlər və yeni-yeni nailiyyətlər, Zirvə Toplantısının işinə uğurlar arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Romada partlayış: Xəsarət alanlar var

Romada partlayış: Xəsarət alanlar var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

Tramp: “İran tamamilə məhv ediləcək”

Tramp: “İran tamamilə məhv ediləcək”

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

End of content

No more pages to load

RADİO