Fransa Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birtərəfli açıqlamalar verməkdə davam edir. Bu isə onların ötən müddətdə problemi niyə həll etmədiyini göstərir.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
Türkiyə XİN-nin rəhbəri söyləyib ki, Fransa obyektiv davranmadı:
"Atəşkəsdən sonra da birtərəfli mövqeyini nümayiş etdirdi. Fransa ancaq Ermənistanı dəstəkləyir, Türkiyəni günahlandırır. Əgər bu cür mövqelər davam edərsə, belə ölkələr buradan uzaqlaşdırla bilər”.
Bizim.Media