Xəbər verdiyimiz kimi, Belarus Respublikasının Baş naziri Aleksandr Turçin mayın 5-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Bizim.Media xəbər verir ki, Aleksandr Turçin ötən gün Bakıda Azərbaycanın Baş naziri Əli Əsədov ilə danışıqlar aparıb.
Danışıqlarda Baş nazirlər öz ölkələrində istehsal olunan məhsulların keyfiyyətini yüksək qiymətləndiriblər.
Görüşdə Belarusun Baş naziri Azərbaycan məhsullarının keyfiyyətini, xüsusilə Azərbaycan pomidorunu yüksək qiymətləndirib.
“Azərbaycandan gələn məhsullar da yüksək keyfiyyətdədir. Düzünü desəm, mən Azərbaycan pomidorunu çox alıram", - Aleksandr Turçin bildirib.
Bizim.Media