Baş nazirlər arasında geniş tərkibli görüş KEÇİRİLDİ – FOTO/VİDEO

Bu gün Azərbaycan və Belarus baş nazirləri Əli Əsədov və Aleksandr Turçin arasında geniştərkibli görüş keçirilib.

Nazirlər Kabinetindən Bizim.Media-ya verilən xəbərə görə, görüşdə tərəflər Azərbaycan-Belarus dövlətlərarası münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə ediblər və iki ölkə prezidentlərinin sıx təmasları və birgə səyləri nəticəsində müxtəlif sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın dinamik inkişaf etdiyini vurğulayıblar.

İqtisadi-ticari əməkdaşlıq Azərbaycan-Belarus münasibətlərinin prioritet sahəsi kimi qiymətləndirilib.

Ötən ilin yekunları üzrə qarşılıqlı ticarətin həcmində nəzərəçarpacaq artım müşahidə olunduğunu qeyd edən tərəflər əmtəə dövriyyəsinin artması tendensiyasının dəstəklənəcəyinə əminliklərini ifadə ediblər.
 

Qarşılıqlı ticarətin şaxələndirilməsinə, investisiya əməkdaşlığının artırılmasına xüsusi diqqət yetirildiyi vurğulanıb. Hökumətlərarası Komissiyanın həmsədrlərinə bu məsələyə prioritet diqqət yetirmək tapşırılıb.


Səfər çərçivəsində təşkil olunan birgə biznes forum da bu məqsədlərə xidmət edəcək və bu forum çərçivəsində müxtəlif sahələrdə qarşılıqlı faydalı layihələrə dair bir sıra sazişlərin imzalanması gözlənilir.

İki ölkə prezidentlərinin razılaşmaları və tapşırıqlarının icrası xüsusi vurğulanıb. Xüsusən də məntiqi surətdə başa çatdırılan bir sıra layihələrin uğurla inkişaf etdirilməsindən məmnunluq ifadə olunub.

Sənaye kooperasiyası sahəsində səmərəli əməkdaşlığı qeyd edən tərəflər Gəncə Avtomobil Zavodu ilə Belarusun aparıcı maşınqayırma müəssisələri arasında həm kənd təsərrüfatı, həm də kommunal avadanlıqların yığılması üzrə işlərin davam etdirilməsi və genişləndirilməsi məqsədilə qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetiriblər.

Tərəflər ötən ilin noyabrında COP29 iqlim konfransı çərçivəsində yanğın təhlükəsizliyinin təmin edilməsinə cəlb olunmuş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin ehtiyacları üçün Gəncə Avtomobil Zavodunda yanğınsöndürmə avadanlığının birgə yığılması üzrə məhsuldar əməkdaşlığı alqışlayıblar.

Belarusun Baş nazirinin səfər zamanı tanış olacağı Azərbaycanda birgə lift yığma zavodunun yaradılması layihəsinin uğurla həyata keçirildiyi vurğulanıb.

Tərəflər kənd təsərrüfatı sahəsində əməkdaşlığın müsbət dinamikasını qeyd edərək, aqrar məhsulların tədarükünün şaxələndirilməsinə və hər iki tərəfdən artırılmasına qarşılıqlı surətdə hazır olduqlarını bildiriblər.

Bununla bağlı Minskdəki Azərbaycan Ticarət Evinin Azərbaycan məhsullarının Belarus bazarına ixracının genişləndirilməsində rolu qeyd olunub.
 

Sosial sahədə, o cümlədən dövlət xidmətlərinin göstərilməsi sferasında əməkdaşlığın inkişafı perspektivli sahə kimi qeyd edilib və görüşün yekunlarına dair bu istiqamətdə ikitərəfli sənədlərin imzalanmasının vacibliyi vurğulanıb.


Tərəflər dərman və baytarlıq preparatlarının istehsalı sahəsində uğurlu qarşılıqlı fəaliyyəti alqışlayıblar.

Mədəni-humanitar əməkdaşlığın ənənəvi yüksək səviyyəsindən məmnunluq ifadə olunub. Hökumət başçıları qarşılıqlı ənənəvi Mədəniyyət günlərinin keçirilməsinin bərpa edilməsini, elmi, tələbə və gənclər mübadiləsini, həmçinin regionlararası qarşılıqlı fəaliyyətin genişləndirilməsini alqışlayıblar.

Elmi-texniki təcrübə mübadiləsi yolu ilə texniki peşə təhsili sahəsində əməkdaşlığın inkişafı istiqamətində tədbirlərin həyata keçirildiyi qeyd edilib.

Görüşdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. Tərəflərin dövlət başçılarının tapşırıqlarının icrası istiqamətində gələcək birgə işə hazır olduqları təsdiq edilib.

Danışıqların yekunlarına dair sosial müdafiə, baytarlıq və sənaye kooperasiyası sahələrində bir sıra sənədlər imzalanıb.


*** 13:48

Azərbaycan və Belarus Baş nazirləri arasında geniş tərkibli görüş keçirilir.

Bizim.Media xəbər verir ki, Əli Əsədov və Aleksandr Turçinin iştirakı ilə keçirilən görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunacaq.

Qeyd edək ki, Belarus Respublikasının Baş naziri Aleksandr Turçin bu gün Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kuba ABŞ-ın hücumuna hazırlaşır

Kuba ABŞ-ın hücumuna hazırlaşır

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Romada partlayış: Xəsarət alanlar var

Romada partlayış: Xəsarət alanlar var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

Tramp: “İran tamamilə məhv ediləcək”

Tramp: “İran tamamilə məhv ediləcək”

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

End of content

No more pages to load

RADİO