Aktiv və passiv revanşistlər ÜZ-ÜZƏ – Paşinyanın 1 il VAXTI QALDI

Son dövrlər Ermənistanda kilsə və revanşistlər xeyli fəallaşıb. Onlar açıq şəkildə Paşinyan hakimiyyətinə qarşı mübarizəyə cəlb olunurlar. Ölkənin ikinci böyük şəhəri Gümrüdə keçirilən yerli seçkilərdəki nəticə də revanşistləri bir qədər ruhlandırıb. Paşinyana gəldikdə, isə hələlik o, mövqelərini qoruyub saxlamaqdadır. Amma Qərbdən, xüsusən də ABŞ-dan gələn yardımların kəsilməsindən sonra Paşinyanın da vəziyyəti ağırlaşıb. O, revanşistlərdən çəkindiyindən yenə də bir sıra məsələlərdə qəti addımlar atmaq istəmir.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyanın son xilas planı da İFLASA UĞRADI – Ermənistan böyük fəlakətin ASTANASINDA


Bir sözlə, Ermənistanda indi həm hakimiyyət, həm də revanşistlər 2026-cı ilin parlament seçkilərinə hazırlaşırlar. Bu isə qarşıdakı dövrdə Ermənistanda xaosun qaçılmaz olduğunu deməyə əsas verir.

Aktiv və passiv revanşistlərin toqquşması

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirir ki, pozuculuq fəaliyyətlərilə məşğul olmaları səbəbindən Ermənistan daima xaosa sürüklənir:

“Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda vurğuladı ki, Ermənistanda aktiv revanşistlərlə yanaşı, passiv revanşistlər də var. Passiv revanşistlər hakimiyyətin özüdür. Aktiv revanşistlər isə köçəryanlar, sarkisyanlardır.

Onlar arasında kilsənin də rolu kifayət qədər böyükdür. Yəni kilsə də aktiv revanşistlərin önündə gedən qüvvədir. Kilsə hər zaman belə pozuculuq fəaliyyətilə məşğul olub. Onlar regionda sülhə, təhlükəsizliyə deyil, həmişə sabitliyin pozulması və qarşıdurma mühitinin yaranmasına rəvac verən addımlar atıb. İndi də oxşar proseslər getməkdədir”.

Deputat qeyd edir ki, revanşizmin güclənməsi ilə Paşinyanın da imkanları məhdudlaşır:

“Başqa bir tərəfdən, Paşinyanın ABŞ-ın əvvəlki Bayden adminstrasiyası ilə münasibətləri daha yaxşı idi. Tramp adminstrasiyası ilə isə oxşar münasibətləri yoxdur. İrəvan ABŞ-dan gələn maliyyə mənbəyindən də məhrum olub. Ermənistana dəstək verən Bəşər Əsəd rejimi də artıq yoxdur. Belədə Paşinyanın mövqeyi xeyli zəifləyir”.

Ancaq həmsöhbətimizə görə, Paşinyanın rəqiblərinin mövqeyi də güclü deyil:

“Sanki bir pat vəziyyəti yaranıb. Amma istənilən halda Paşinyanın bir üstünlüyü var, o sülhdən danışır. Erməni xalqı revanşizm məsələsində loyal olsa da, müharibə də istəmir və fərqindədirlər ki, qatı revanşistlərin xisləti müharibəyə aparan yoldur.
 

Onlar 44 günlük müharibədə məğlubiyyətdən sonra stress vəziyyətindədirlər, hələ özlərinə gələ bilməyiblər. Bu səbəbdən erməni ictimaiyyətinin geniş hissəsinin qatı revanşistlərin arxasınca gedəcəyi mümkün görünmür. Ona görə də müharibə versiyası gündəmdən çıxır”.


E.Nəsirov düşünür ki, 2026-cı il seçkilərindən sonra Ermənistanda bir çox sualların cavabı tapılacaq:

“Paşinyan 2026-cı il seçkilərinə qədər mövqeyini gücləndirmək niyyətindədir və atacağı addımlar da ona xidmət edəcək. Ondan sonra da bir çox sualların cavabı tapılacaq. Yəqin ki, parlament seçkilərilə eyni gündə referendum da keçirəcək, yaxud da 2027-ci ildə Paşinyan artıq qalib gəlmiş şəxs kimi referenduma gedəcək. Bu da sülh prosesinin tamamilə yeni mərhələyə keçməsi anlamına gələ bilər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kuba ABŞ-ın hücumuna hazırlaşır

Kuba ABŞ-ın hücumuna hazırlaşır

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Romada partlayış: Xəsarət alanlar var

Romada partlayış: Xəsarət alanlar var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

Tramp: “İran tamamilə məhv ediləcək”

Tramp: “İran tamamilə məhv ediləcək”

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

End of content

No more pages to load

RADİO