Azərbaycan səfiri Britaniya mətbuatında ermənipərəst qüvvələrə CAVAB VERDİ

Britaniyanın ən nüfuzlu nəşrlərindən biri olan “The Telegraph” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanovun “Qafqaz regionunda davamlı sülhün bərqərar olması üçün diqqətimizi keçmişə deyil, gələcəyə yönəltməliyik” sərlövhəli məqaləsi dərc edilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya səfirlikdən verilib.

Məqalədə qeyd olunub ki, 2020-ci ildə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri Ermənistanın işğalından azad edildikdən sonra bölgəmizdə köklü dəyişikliklər baş verib. Bu dəyişikliklərin böyük hissəsi Cənubi Qafqazda davamlı sülhə və region ölkələri arasında qarşılıqlı əlaqəyə doğru yönəlib. Regional əməkdaşlıq və enerji təhlükəsizliyinin əsas təşəbbüskarı olan Azərbaycan, müharibə bitdikdən dərhal sonra Ermənistanla sülh müqaviləsi üzrə əsas prinsipləri irəli sürən tərəf olub.
 

Məqalədə xüsusilə vurğulanıb ki, hərbi sahədə qəti üstünlük qazandıqdan sonra Azərbaycan Ermənistanla sülh müqaviləsi və münasibətlərin normallaşdırılmasını, o cümlədən nəqliyyat və kommunikasiya xətlərinin yenidən açılmasını təklif edib.


Ermənistan isə son beş ildə yazılı şəkildə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınaraq sülh prosesini ləngidib. Əslində, iki ölkə arasında yekunlaşdırılmış sülh müqaviləsi mətninin əsasında Azərbaycanın əvvəldən irəli sürdüyü və Ermənistanın bu yaxınlara qədər razılaşmadığı şərtlər dayanır.

Qeyd olunub ki, sülh müqaviləsinin mətni üzrə yekun razılıq mühüm bir mərhələdir. Bu, tərəflər arasında heç bir xarici müdaxilə olmadan aparılan birbaşa danışıqların uğurunu göstərir və ATƏT-in Minsk Qrupunun effektivliyini tamamilə itirdiyini deməyə əsas verir.

Məqalədə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddilarına diqqət çəkilib və bu müddəaların sülh istiqamətdə əsas maneə olaraq qaldığı bildirilib. Sülh müqaviləsinin mətnində əksini tapan ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət prinsiplərinin Ermənistanın konstitusiyası ilə açıq şəkildə ziddiyyət təşkil etməsi vurğulanıb. Azərbaycanla hər hansı sülhə qarşı çıxan erməni siyasi qüvvələrinin beynəlxalq hüquqla tanınmış torpaqlarımıza iddialarını məhz həmin konstitusiya ilə əsaslandırmağa çalışdığı qeyd olunub.

Məqalənin davamında Ermənistanın xaricdəki siyasi lobbi qruplarının destruktiv roluna və bəzi Qərb siyasətçilərinin məsələyə qərəzli yanaşmasına diqqət çəkilib. Qeyd olunub ki, xaricdəki erməni siyasi qruplar Azərbaycanı və Türkiyəni daimi hədəfə çevirməklə ideoloji mübarizəni davam etdirirlər. Onlar üçün Ermənistan bir alət rolunu oynayır, nəinki dövlət. Bu yolda onlar tək deyillər və bir sıra Qərb siyasətçiləri də sülh istiqamətində hər hansı irəliləyişi qəbul etmək istəmir.

Bu xüsusda Britaniyanın Lordlar palatasının üzvü Lord Altonun sözügedən qəzetdə dərc edilmiş ən son məqaləsində səsləndirilmiş iddilara cavab verilib. Qeyd olunub ki, Lord Alton Moskvadan qeyri-qanuni şəkildə Azərbaycan ərazisinə göndərilərək separatçıların başçısı kimi fəaliyyət göstərmiş Ruben Vardanyanı müdafiə edir və onun Ukraynada müharibəni dəstəklədiyinə görə sanksiyaya məruz qaldığını və Azərbaycana qarşı zorakılıqlara şəxsən rəhbərlik etdiyini unudur.

Lord Alton hazırda Azərbaycanda məhkəmə qarşısına çıxarılan Vardanyan və digərlərinin “ədalətsiz şəkildə saxlanıldığını” iddia edir.

Halbuki BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupu və Beynəlxalq Ədalət Məhkəməsinin son qərarları ilə məhkəmənin keçirilməsi hüquqi baxımdan əsaslı sayılmış, məhkəmənin açıq və şəffaf şəkildə aparıldığını və təqsirləndirilənlərə qarşı qeyri-insani rəftarın olmadığı təsdiqlənmişdir.
 

Lord Alton Ermənistan tərəfindən onilliklər boyu beynəlxalq hüququn pozulmasına bəraət qazandırmaq üçün Ermənistanın “ilk xristian dövləti” olması klişesindən istifadə edir. Bu iddianın əsassız olduğunu nəzərə almasaq belə, bu gün bir dövlətin qeyri-qanuni hərəkətlərinə əsrlər öncə qəbul etdiyi dini seçimlə bəraət qazandırmağın absurd olduğu vurğulanıb. Bu məntiqlə müasir Britaniyanı da 1800 il əvvəl Londiniumda (indiki London) romalıların nə etdiyinə görə mühakimə edək? deyə ritorik sual verilib.


Məqalənin sonunda Papa Fransiskin illər öncə ölkəmizə səfəri zamanı söylədiyi fikirlərə istinad olunub. Papa Fransiskin Azərbaycanın mədəni müxtəlifliyini və inklüzivliyini təqdir etməsi, iki xalq arasında ayrı-seçkilikdən və ikili standartlardan uzaq, gerçək və ədalətli bir sülhə çağırış etməsi qeyd olunub, bunun ən yaxşı seçim olduğu vurğulanıb. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kuba ABŞ-ın hücumuna hazırlaşır

Kuba ABŞ-ın hücumuna hazırlaşır

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Romada partlayış: Xəsarət alanlar var

Romada partlayış: Xəsarət alanlar var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

Tramp: “İran tamamilə məhv ediləcək”

Tramp: “İran tamamilə məhv ediləcək”

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

End of content

No more pages to load

RADİO