İlham Əliyev Qusarda - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Qusar rayonunda “İsmikhanlı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bağçılıq və soyuducu anbar kompleksi ilə tanış olub.

Bizim.Media xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına kompleksin fəaliyyəti barədə məlumat verib.

Bildirib ki, cəmiyyət tərəfindən Qusarda 330, Ağsuda isə 30 hektar ərazidə ən son texnologiyalar əsasında intensiv bağlar salınıb. Hazırda burada 230 hektar sahədə alma, 35 hektarda armud, 26 hektarda şaftalı, 21 hektarda nektarin, 18 hektarda isə gilas ağacları əkilib. Bu cür bağların salınması kənd təsərrüfatı təyinatlı torpaqlardan maksimum səmərəli istifadəyə və yüksək məhsuldarlıq əldə etməyə imkan verir.
 

Burada yetişdirilən meyvələrin satış və ixrac prosesi il boyu davam etdirilir. Məhsullar yerli bazara çıxarılmaqla yanaşı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyaya ixrac olunur.


Bağlarda aqrotexniki işlərin daha dəqiq və səmərəli görülməsi məqsədilə Türkiyə, İtaliya və İspaniyadan mütəxəssislər cəlb olunub. Burada yüksək qənaətliliyə malik damcı suvarma texnologiyasından istifadə olunur ki, bu da həm ekoloji davamlılığı təmin edir, həm də su itkisinin qarşısını alır. Təsərrüfatın texnika parkı dünyanın aparıcı şirkətlərinin müasir avadanlıqları ilə təchiz olunub.

Soyuducu anbar kompleksi 2023-cü ilin oktyabrında istifadəyə verilib. Kompleks 8 min 700 ton tutuma malik soyuducu meyvə anbarından, çeşidləmə və paketləmə sahəsindən, material anbarından, hazır məhsul və yükləmə hissələrindən ibarətdir. Soyuducu anbar hər biri 300 ton tutuma malik 29 soyutma kamerası ilə təchiz edilib.

Çeşidləmə sahəsində quraşdırılan müasir avadanlıq vasitəsilə meyvələr rənginə, formasına və ölçüsünə görə çeşidlənir ki, bu da məhsulların bazar tələblərinə uyğun paketlənməsini təmin edir. Çeşidləmə sahəsində, həmçinin saatda mindən çox qatlama və yapışdırma gücünə malik avadanlıq vasitəsilə qablaşdırma qutuları hazırlanır.

Layihə dəyəri 18 milyon manat olan “İsmikhanlı” bağçılıq və soyuducu anbar kompleksində 270 nəfər daimi, 400 nəfər isə mövsümi işlə təmin olunub. Layihənin reallaşmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 3,3 milyon manat güzəştli kredit ayrılıb. Müəssisə avadanlıqların idxalı zamanı gömrük və vergi güzəştlərindən yararlanıb.















































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdaşda anasını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Ağdaşda anasını öldürməkdə şübhəli bilinən şəxs tutulub

İyunun 14-də “Son zəng” olmayacaq

İyunun 14-də “Son zəng” olmayacaq

“Peşmanam…” - VİDEO

“Peşmanam…” - VİDEO

Asılılıq genetika ilə bağlı imiş

Asılılıq genetika ilə bağlı imiş

Naxçıvanda DƏHŞƏT - Evdən ər və arvadın meyiti tapıldı

Naxçıvanda DƏHŞƏT - Evdən ər və arvadın meyiti tapıldı

Nyu-Yorkda Kanadaya məxsus təyyarə eniş zamanı qəzaya uğrayıb – VİDEO

Nyu-Yorkda Kanadaya məxsus təyyarə eniş zamanı qəzaya uğrayıb – VİDEO

Bu yeməyi ikinci dəfə qızdırmaq olmaz

Bu yeməyi ikinci dəfə qızdırmaq olmaz

Qızılca ilə bağlı HƏYƏCAN TƏBİLİ – Yalnız bu yolla qarşısını almaq olar

Qızılca ilə bağlı HƏYƏCAN TƏBİLİ – Yalnız bu yolla qarşısını almaq olar

Xəstəxanaya yerləşdirilən Murad Dadaşovdan xəbər var

Xəstəxanaya yerləşdirilən Murad Dadaşovdan xəbər var

Sakit okeanda 5,5 bal gücündə zəlzələ olub

Sakit okeanda 5,5 bal gücündə zəlzələ olub

ABŞ-Ukrayna danışıqları başa çatdı

ABŞ-Ukrayna danışıqları başa çatdı

Kuba ABŞ-ın hücumuna hazırlaşır

Kuba ABŞ-ın hücumuna hazırlaşır

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Romada partlayış: Xəsarət alanlar var

Romada partlayış: Xəsarət alanlar var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

Tramp: “İran tamamilə məhv ediləcək”

Tramp: “İran tamamilə məhv ediləcək”

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

End of content

No more pages to load

RADİO