Azərbaycanın beynəlxalq miqyasda ARTAN NÜFUZU - Qlobal Cənub QHT Platformasının ÖNƏMİ

Xəbər verdiyimiz kimi, Qlobal Cənub QHT Platforması təsis edilib. Bu barədə qərar aprelin 28-də Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forumda qəbul edilib. Platformanın mühüm məqsədi, Qlobal Cənub və Qlobal Şimal arasındakı iqtisadi və siyasi qeyri-bərabərliyi aradan qaldırmaq və bu iki qütb arasında körpü rolunu öz üzərinə götürməkdir ki, Azərbaycan burada mühüm rol oynayır.
 

Azərbaycan həmçinin bir il müddətinə Qlobal Cənub QHT Platformasına sədrlik edəcək. Qlobal Cənub QHT Platformasının mərkəzi qərargahı da Bakıda yerləşəcək. Onu da qeyd edək ki, Milli QHT Forumunun rəhbəri Ramil İskəndərli Qlobal Cənub QHT Platformasının müvəqqəti Baş katibi seçilib.


Maraqlıdır görəsən, ölkəmizin Qlobal Cənub QHT platformasına sədrliyinin hansı üstünlükləri olacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Qlobal Cənub QHT Platformasının Baş katibi Ramil İskəndərli bildirib ki, Azərbaycanın Qlobal Cənub QHT platformasının təşəbbüskarı olması ölkəmiz üçün bir neçə istiqamətdə pozitiv imkanlar yaradır:
 

“İnkişaf etməkdə olan qlobal cənub ölkələrilə bağlı ölkəmizin həyata keçirdiyi siyasət həm COVİD19 dönəmində, həm COP29 zamanında onların hüquqlarının müdafiəsi, həmin ölkələrin qərar qəbuletmə prosesində iştirakı kimi aktual məsələlərə həsr olunub. Bu da ondan irəli gəlir ki, hüququ pozulan xalqların hüquqlarının qorunması ölkəmizin xarici siyasətində mühüm yer tutur. Onun davamı olaraq həmin proses Azərbaycan vətəndaş cəmiyyətinə də sirayət edir.


Bunun bariz nümunəsi kimi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyilə Azərbaycan Milli QHT Forumunun pavilyonunda yerli və xarici QHT-lərin birgə layihələri, dünən və bu gün keçirilən Qlobal Cənub QHT Platformasında 116 ölkədən 200-dək iştirakçının iştirakını göstərə bilərik. Yeri gəlmişkən, bu platformada Qlobal Cənub QHT Platforması çərçivəsində təsisatlanma ilə yanaşı, fərdi qaydada yerli və xarici QHT-in əməkdaşlıq memorandumları da imzalanıb”.

Azərbaycanın artan nüfuzu

Müsahibimizin sözlərinə görə, bu, Azərbaycan Milli QHT sektorunun həm beynəlxalq istiqamətdə əməkdaşlıq bacarığının artırılması, həm də ölkəmizin haqq səsinin beynəlxalq aləmə çatdırılması baxımından çox vacibdir:

“Qlobal cənub dünyanın üçdə iki hissəsini təmsil edir. Azərbaycan da qlobal cənubla qlobal şimal arasında körpü rolunu oynayır. Bu da o deməkdir ki, Azərbaycan həmin ölkələrin icmaları, vətəndaş cəmiyyətlərində səsinin eşidilməsində, ədalətliliyin qorunması, inklüzivlik, bərabərlik prinsiplərinin həyata keçirilməsində təşəbbüskar olaraq lider rolunu oynayır. Bu da Azərbaycanın nüfuzunun artmasını, rolunun yüksəldiyini göstərən bariz nümunədir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdaşda anasını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Ağdaşda anasını öldürməkdə şübhəli bilinən şəxs tutulub

İyunun 14-də “Son zəng” olmayacaq

İyunun 14-də “Son zəng” olmayacaq

“Peşmanam…” - VİDEO

“Peşmanam…” - VİDEO

Asılılıq genetika ilə bağlı imiş

Asılılıq genetika ilə bağlı imiş

Naxçıvanda DƏHŞƏT - Evdən ər və arvadın meyiti tapıldı

Naxçıvanda DƏHŞƏT - Evdən ər və arvadın meyiti tapıldı

Nyu-Yorkda Kanadaya məxsus təyyarə eniş zamanı qəzaya uğrayıb – VİDEO

Nyu-Yorkda Kanadaya məxsus təyyarə eniş zamanı qəzaya uğrayıb – VİDEO

Bu yeməyi ikinci dəfə qızdırmaq olmaz

Bu yeməyi ikinci dəfə qızdırmaq olmaz

Qızılca ilə bağlı HƏYƏCAN TƏBİLİ – Yalnız bu yolla qarşısını almaq olar

Qızılca ilə bağlı HƏYƏCAN TƏBİLİ – Yalnız bu yolla qarşısını almaq olar

Xəstəxanaya yerləşdirilən Murad Dadaşovdan xəbər var

Xəstəxanaya yerləşdirilən Murad Dadaşovdan xəbər var

Sakit okeanda 5,5 bal gücündə zəlzələ olub

Sakit okeanda 5,5 bal gücündə zəlzələ olub

ABŞ-Ukrayna danışıqları başa çatdı

ABŞ-Ukrayna danışıqları başa çatdı

Kuba ABŞ-ın hücumuna hazırlaşır

Kuba ABŞ-ın hücumuna hazırlaşır

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Romada partlayış: Xəsarət alanlar var

Romada partlayış: Xəsarət alanlar var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

Tramp: “İran tamamilə məhv ediləcək”

Tramp: “İran tamamilə məhv ediləcək”

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

End of content

No more pages to load

RADİO