Bakıda Əfqanıstanla bağlı beynəlxalq tədbir keçirildi

Bakıda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və 20 ölkənin xüsusi xidmət orqanları nümayəndələrinin iştirakı ilə “Əfqanıstan: regional təmaslar, təhlükəsizlik və inkişaf” mövzusunda beynəlxalq konfrans keçirilib.

Bu barədə Bizim.Media-ya DTX-dən məlumat verilib.

DTX-nin rəisi general-polkovnik Əli Nağıyev çıxışında Əfqanıstana dair bundan əvvəl keçirilmiş toplantıların davamı olaraq budəfəki konfransın Bakı şəhərində təşkil edilməsini önəmli hadisə kimi qiymətləndirib. Beynəlxalq tədbirin Əfqanıstanda mərkəzləşdirilmiş, beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunan dövlətin bərqərar olunmasına əhəmiyyətli dərəcədə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
 

Xidmət rəisi uzun illərin sınağından çıxmış və qarşılıqlı etimad əsasında qurulmuş Azərbaycan-Əfqanıstan əlaqələrindən, eləcə də xalqlararası dərin tarixi-mədəni bağlılıqdan danışaraq qeyd edib ki, Azərbaycan hər zaman Əfqanıstanda daxili siyasi sabitliyin və təhlükəsizliyin təmin olunması üçün irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyib, bu istiqamətdə səylərini heç vaxt əsirgəməyib.


General-polkovnik Əfqanıstana transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən beynəlxalq terrorçuluğa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qeyri-qanuni miqrasiyaya qarşı apardığı mübarizədə dünya ölkələrinin hərtərəfli dəstək verməsinin zəruriliyinə diqqət çəkib.
 

Tədbirin keçirilməsində əsas məqsədlərdən birinin Əfqanıstanda vəziyyətin gərgin qalmasında maraqlı olan pozucu qüvvələrin və terror qruplaşmalarının destruktiv cəhdlərinin qarşısının alınmasında vahid mövqe ortaya qoyulması olduğunu vurğulayan Xidmət rəisi Əfqanıstanın beynəlxalq münasibətlər sistemində öz yerini tutmasının, bu ölkədə əmin-amanlığın təmin edilməsinin vacibliyini qeyd edib, bütün bunlar üçün region ölkələrinin və digər dövlətlərin koordinasiyalı fəaliyyət və birgə səy göstərəcəklərinə inamını ifadə edib.


Konfransda digər ölkələrin təmsilçiləri də mövzu ilə bağlı çıxışlar edib, tədbirin Əfqanıstanda sülhün və təhlükəsizliyin təminatı yönündə daha ciddi addımların atılmasına lazımi imkanlar açacağına, beynəlxalq aləm tərəfindən Əfqanıstanda davamlı sabitliyin formalaşmasına dəstək göstəriləcəyinə inandıqlarını bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdaşda anasını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Ağdaşda anasını öldürməkdə şübhəli bilinən şəxs tutulub

İyunun 14-də “Son zəng” olmayacaq

İyunun 14-də “Son zəng” olmayacaq

“Peşmanam…” - VİDEO

“Peşmanam…” - VİDEO

Asılılıq genetika ilə bağlı imiş

Asılılıq genetika ilə bağlı imiş

Naxçıvanda DƏHŞƏT - Evdən ər və arvadın meyiti tapıldı

Naxçıvanda DƏHŞƏT - Evdən ər və arvadın meyiti tapıldı

Nyu-Yorkda Kanadaya məxsus təyyarə eniş zamanı qəzaya uğrayıb – VİDEO

Nyu-Yorkda Kanadaya məxsus təyyarə eniş zamanı qəzaya uğrayıb – VİDEO

Bu yeməyi ikinci dəfə qızdırmaq olmaz

Bu yeməyi ikinci dəfə qızdırmaq olmaz

Qızılca ilə bağlı HƏYƏCAN TƏBİLİ – Yalnız bu yolla qarşısını almaq olar

Qızılca ilə bağlı HƏYƏCAN TƏBİLİ – Yalnız bu yolla qarşısını almaq olar

Xəstəxanaya yerləşdirilən Murad Dadaşovdan xəbər var

Xəstəxanaya yerləşdirilən Murad Dadaşovdan xəbər var

Sakit okeanda 5,5 bal gücündə zəlzələ olub

Sakit okeanda 5,5 bal gücündə zəlzələ olub

ABŞ-Ukrayna danışıqları başa çatdı

ABŞ-Ukrayna danışıqları başa çatdı

Kuba ABŞ-ın hücumuna hazırlaşır

Kuba ABŞ-ın hücumuna hazırlaşır

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Romada partlayış: Xəsarət alanlar var

Romada partlayış: Xəsarət alanlar var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

Tramp: “İran tamamilə məhv ediləcək”

Tramp: “İran tamamilə məhv ediləcək”

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

End of content

No more pages to load

RADİO