Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.
Bizim.Media "TASS"a istinadla xəbər verir ki, tərəflər telefon danışığı zamanı Dağlıq Qarabağdakı vəziyyətin tənzimlənməsini və koronavirusa qarşı vaksinlərin birgə istehsalını təşkil etməyi müzakirə ediblər.
Qazaxıstan Prezidenti Rusiyanın Dağlıq Qarabağ münaqişəsi zonasında atəşi və hərbi əməliyyatları dayandırmaq səylərinin effektivliyini qeyd edib.
Bizim.Media