Nikol Paşinyan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib.
Bizim.Media ermənilərə məxsus Telegram kanallarına istinadən xəbər verir ki, bunu baş nazirin mətbuat katibi Nazeni Baqdasaryan deyib.
"Paşinyan bu praktikanı pisləyir, bunu məsuliyyətsiz və qəbuledilməz hesab edir. Dövlət başçısı tərəfindən beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusən də qonşu dövlətlərin bayraqlarının yandırılmasını başqa cür qiymətləndirmək olmaz. Bu, təxribat xarakterli və meydan oxuyan praktikadır", deyə o, əlavə edib.
Xatırladaq ki, dünən İrəvanda qondarma “1915-ci il erməni soyqırımı”na həsr olunan ənənəvi məşəl yürüşü zamanı Türkiyə və Azərbaycanın bayraqları yandırılıb.
Bizim.Media