İlham Əliyev Pekində “Energy China” şirkətinin sədri ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində “China Energy Engineering Corporation Limited” (“Energy China”) şirkətinin sədri Sonq Hailianq ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə “China Energy Engineering Corporation Limited” şirkətinin Azərbaycanda hazırda bir neçə layihə həyata keçirdiyi vurğulanıb. Qeyd edilib ki, şirkət Xəzər dənizində 1 qiqavatlıq külək enerjisi meqalayihəsinin podratçısıdır. “China Energy Engineering Corporation Limited” Füzuli rayonunda Günəş enerjisi və digər layihələrə isə investisiya yatırıb.

Sonq Hailianq rəhbərlik etdiyi şirkət tərəfindən Azərbaycanla birlikdə enerji dəhlizlərində əməkdaşlıqla bağlı təkliflərlə çıxış edib.

Dövlətimizin başçısı “China Energy Engineering Corporation Limited” şirkəti ilə əməkdaşlığın prioritetliyinə və strateji xarakterinə toxunub.

Söhbət zamanı uzunmüddətli birgə enerji planlaşdırma layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Azərbaycan Prezidentinin Çinə dövlət səfəri çərçivəsində bununla da bağlı sənəd imzalanıb.
 

Görüşdə Azərbaycanda gələcəkdə enerji tədqiqat mərkəzinin yaradılması ilə bağlı məsələlər müzakirə olunub. Şirkətin suyun idarəedilməsində böyük təcrübəsi nəzərə alınaraq, bu sahədə də əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.


Qeyd edək ki, fəaliyyət dairəsinə bərpaolunan enerji layihələri ilə yanaşı, hidrogen enerjisi, enerjinin saxlanması və iri elektrik şəbəkələrinin tikintisi kimi istiqamətlər daxil olan şirkətin 147 ölkədə 256 filialı var. Hazırda 416 layihəsi icra olunan şirkət Çinin bərpaolunan enerji bazarının 50 faizinə nəzarət edir.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paşinyan vətəndaşları rəqsə DƏVƏT ETDİ

Paşinyan vətəndaşları rəqsə DƏVƏT ETDİ

Balakəndə gələcəyin polis zabitləri ilə görüş KEÇİRİLDİ - FOTO

Balakəndə gələcəyin polis zabitləri ilə görüş KEÇİRİLDİ - FOTO

“Qarabağ” Polşa klubuna da QALİB GƏLDİ

“Qarabağ” Polşa klubuna da QALİB GƏLDİ

İşçilər bu hallar aşkar edildikdə İŞDƏN ÇIXARILACAQ

İşçilər bu hallar aşkar edildikdə İŞDƏN ÇIXARILACAQ

Zelenski Lemmi ilə Rusiyaya sanksiyalar vasitəsilə təzyiqin artırılmasını müzakirə etdi - VİDEO

Zelenski Lemmi ilə Rusiyaya sanksiyalar vasitəsilə təzyiqin artırılmasını müzakirə etdi - VİDEO

Bərdədə 59 yaşlı qadın həyətində ölü tapıldı

Bərdədə 59 yaşlı qadın həyətində ölü tapıldı

Konfrans Liqasında pley-offun püşkü atıldı

Konfrans Liqasında pley-offun püşkü atıldı

İtaliyalı nazir Qrenlandiyaya göndərilən Aİ missiyasını məsxərəyə qoydu

İtaliyalı nazir Qrenlandiyaya göndərilən Aİ missiyasını məsxərəyə qoydu

Alim Qasımovun nəvəsinin toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Alim Qasımovun nəvəsinin toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Suriyadan ana və dörd övladı Azərbaycana repatriasiya EDİLDİ

Suriyadan ana və dörd övladı Azərbaycana repatriasiya EDİLDİ

Madonna İrandakı etirazçılara dəstək oldu

Madonna İrandakı etirazçılara dəstək oldu

2025-ci ilin ən çox qazanan idmançıları - 260 milyon dollar...

2025-ci ilin ən çox qazanan idmançıları - 260 milyon dollar...

“BakuBus” sürücüsü sərnişinlə mübahisə edib avtobusu idarə etməkdən imtina etdi – VİDEO

“BakuBus” sürücüsü sərnişinlə mübahisə edib avtobusu idarə etməkdən imtina etdi – VİDEO

Novxanıda fəaliyyət göstərən kəsim məntəqəsində nöqsanlar AŞKARLANDI - FOTO

Novxanıda fəaliyyət göstərən kəsim məntəqəsində nöqsanlar AŞKARLANDI - FOTO

Tramp ABŞ-ın Ermənistandakı səfirini GERİ ÇAĞIRDI

Tramp ABŞ-ın Ermənistandakı səfirini GERİ ÇAĞIRDI

"Neftçi" Çin klubuna QALİB GƏLDİ

"Neftçi" Çin klubuna QALİB GƏLDİ

50 min manat qarşılığında sui-qəsd HAZIRLADILAR: Planları baş tutmadı

50 min manat qarşılığında sui-qəsd HAZIRLADILAR: Planları baş tutmadı

Aİ HƏMAS və “İslami Cihad”a qarşı sanksiyaların müddətini UZATDI

Aİ HƏMAS və “İslami Cihad”a qarşı sanksiyaların müddətini UZATDI

Alim Qasımovun nəvəsinin TOYUDUR - VİDEO

Alim Qasımovun nəvəsinin TOYUDUR - VİDEO

Türkiyə prokuror və hakimlərindən ibarət nümayəndə heyəti ölkəmizdə SƏFƏRDƏDİR - FOTO

Türkiyə prokuror və hakimlərindən ibarət nümayəndə heyəti ölkəmizdə SƏFƏRDƏDİR - FOTO

ABŞ-da xəstələr üçün hipoimmun 3D-çaplı qaraciyər hazırlanır - İXTİRA

ABŞ-da xəstələr üçün hipoimmun 3D-çaplı qaraciyər hazırlanır - İXTİRA

Bütün siyasi partiyalar reyestrini yenilədi - RƏSMİ

Bütün siyasi partiyalar reyestrini yenilədi - RƏSMİ

Cenk Tosunun yeni klubu RƏSMİLƏŞDİ

Cenk Tosunun yeni klubu RƏSMİLƏŞDİ

“Ukrayna sülhə nail olmaq üçün ağır güzəştlərə getməlidir” – Çexiya prezidenti

“Ukrayna sülhə nail olmaq üçün ağır güzəştlərə getməlidir” – Çexiya prezidenti

End of content

No more pages to load

RADİO