Azərbaycanla Çin arasında imzalanmış sənədlərin detalları AÇIQLANDI - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də hər iki ölkənin dövlət başçılarının iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İqtisadiyyat Nazirliyi ilə Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi arasında sənaye sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
 

Sənəddə nəzərdə tutulan tədbirlərin icrası sənaye sahəsində, o cümlədən neft-qaz, bərpa olunan enerji, kimya, metallurgiya, mədənçıxarma, tekstil, avtomobil, tikinti materiallarının, əczaçılıq və qida məhsullarının istehsalı sahələrində əməkdaşlığın inkişafına imkan yaradacaq.


Anlaşma Memorandumu həmçinin sənaye sahələrinin inkişafı nəticəsində iqlim dəyişikliyinə təsirlərin azaldılması, tullantıların idarəolunması (və ya emalı), sənaye sahəsinin rəqəmsallaşdırılması və dördüncü sənaye inqilabı texnologiyalarının tətbiqi istiqamətlərində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.

İqtisadiyyat Nazirliyi ilə Çinin Kommersiya Nazirliyi arasında maneəsiz ticarət üzrə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə dair Anlaşma Memorandumunda iki ölkənin sənaye təşkilatları arasında mübadilə və koordinasiyanın gücləndirilməsi, əməkdaşlıq mexanizmlərinin qurulması, təchizatçılar və alıcılar üçün uyğunlaşma tədbirlərinin, ticarət yarmarkalarının, sərgilər və digər ticarət təşviqlərinin həyata keçirilməsi və s. əksini tapıb.

İqtisadiyyat Nazirliyi ilə Çinin Kommersiya Nazirliyi arasında rəqəmsal iqtisadiyyatda investisiya əməkdaşlığının gücləndirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.
 

Sənəd rəqəmsal iqtisadiyyatda əməkdaşlıq prioritetlərinin müəyyən olunması, yeni biznes formatları və modellərinin inkişafı, rəqəmsal iqtisadiyyatın inkişafının birgə təşviqi, texnoloji innovasiyaların dəstəklənməsi və hər iki ölkədə rəqəmsal investisiyalar üçün əlverişli ekosistemin yaradılmasını əhatə edir. 


İqtisadiyyat Nazirliyi ilə Çinin Milli Məlumat Administrasiyası arasında rəqəmsal iqtisadiyyat üzrə əməkdaşlığın gücləndirilməsinə dair Anlaşma Memorandumu isə informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən qurumlar və elmi-tədqiqat institutları arasında əməkdaşlığın dəstəklənməsi, Azərbaycan tərəfinin Çində keçirilən beynəlxalq sərgilərdə iştirakı və digər tərəfdaşlıq məsələlərini nəzərdə tutur.

Qeyd edək ki, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, o cümlədən investisiya əməkdaşlığı istiqamətində daha bir neçə sənəd aprel ayının 18-də Pekində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Aparatı və Çinin Milli İnkişaf və İslahat Komissiyasının (NDRC) birgə təşkilatçılığı, Pekin şəhər İnkişaf və İslahat Komissiyasının dəstəyi ilə Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransı çərçivəsində imzalanıb.

İmzalanmış investisiya layihələrinin ümumi həcmi təxminən 335 milyon ABŞ dolları təşkil edir.

Konfrans çərçivəsində KOBİA ilə Çinin Milli İnkişaf və İslahatlar Komissiyasının Beynəlxalq Əməkdaşlıq Mərkəzi, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə Çinın İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyası (CAICT), 4SİM ilə Dünya Əşyaların İnterneti Konvensiyası Təşkilatı (WIOTC), AZPROMO ilə Çinin İnkişaf və İslahatlar Komissiyasının Beynəlxalq Əməkdaşlıq Mərkəzi arasında Anlaşma Memorandumları imzalanıb.

Eyni zamanda, AZPROMO Çinin Shenzhou Hasee şirkəti ilə notbuk istehsalı, Zhongjing United (Beijing) Trading Co., Ltd. şirkəti ilə boru istehsalı, Shandong Huafang Co., Ltd. şirkəti ilə tekstil istehsalı, "Changzhou Dongfeng Agricultural Machinery" şirkəti ilə traktor istehsalı, "Vencou Vanhong" şirkəti ilə karton istehsalı, "Sino-Foreign" şirkəti ilə investisiya layihələrinin həyata keçirilməsi üzrə anlaşma memorandumları imzalayıb.
 

İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə "Vencou Vanhong" şirkəti arasında Sumqayıt Kimya Sənaye Parkının ərazisində karton istehsalı layihəsinin həyata keçirilməsi üzrə niyyət sazişi bağlanıb.


Layihə hazırda maliyyə və texniki əsaslandırma mərhələsindədir. "İmprotex" və "Changzhou Dongfeng Agricultural Machinery" şirkətləri arasında traktor istehsalı layihəsinin həyata keçirilməsi üzrə Anlaşma Memorandumu, “Azəralüminium” MMC ilə "China Machinery Engineering Corporation" (CMEC) arasında investisiya layihələrinin həyata keçirilməsi və Çin maliyyə institutları tərəfindən maliyyə dəstəyi göstərilməsi üzrə əməkdaşlıq sazişi bağlanıb.

İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına dair imzalanmış sənədlərin icrası Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası çərçivəsində iqtisadi tərəfdaşlığın daha da genişləndirilməsinə töhfə verəcək. Qeyd edək ki, Komissiyanın sonuncu iclası aprelin 16-da Bakıda keçirilib.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nyu-York hava limanındakı təyyarə qəzasında 40-dan çox şəxs xəsarət alıb

Nyu-York hava limanındakı təyyarə qəzasında 40-dan çox şəxs xəsarət alıb

Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır

Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır

Bakıda parkın ərazisi niyə hasarlanıb? - VİDEO

Bakıda parkın ərazisi niyə hasarlanıb? - VİDEO

Qızıl kəskin şəkildə ucuzlaşdı

Qızıl kəskin şəkildə ucuzlaşdı

Ermənistan İrana humanitar yardım göndərib

Ermənistan İrana humanitar yardım göndərib

Yaxın 3 günün geomaqnit PROQNOZU

Yaxın 3 günün geomaqnit PROQNOZU

Ağdaşda oğul yaşlı anasını niyə ÖLDÜRÜB? – TƏFƏRRÜAT/ÖZƏL

Ağdaşda oğul yaşlı anasını niyə ÖLDÜRÜB? – TƏFƏRRÜAT/ÖZƏL

Si Cinpin: “Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır”

Si Cinpin: “Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır”

Çin Sədri İlham Əliyevi təbrik edib

Çin Sədri İlham Əliyevi təbrik edib

Fransanın sabiq baş naziri VƏFAT EDİB

Fransanın sabiq baş naziri VƏFAT EDİB

Əli Laricanin məzarının FOTOSU

Əli Laricanin məzarının FOTOSU

Ermənistan-Türkiyə sərhədinin açılacağı tarix bəlli oldu - KİV

Ermənistan-Türkiyə sərhədinin açılacağı tarix bəlli oldu - KİV

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Şəhid anası: “Onları yanımda görəndə elə bilirəm Rəvan da yanımdadır” – VİDEO

Şəhid anası: “Onları yanımda görəndə elə bilirəm Rəvan da yanımdadır” – VİDEO

Moskvanın mərkəzində güclü yanğın - Ölənlər var - VİDEO

Moskvanın mərkəzində güclü yanğın - Ölənlər var - VİDEO

Azərbaycan Prezidenti: “Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır”

Azərbaycan Prezidenti: “Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır”

“Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib” - Prezident

“Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib” - Prezident

İlham Əliyev: “Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolu gələn il istifadəyə veriləcək”

İlham Əliyev: “Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolu gələn il istifadəyə veriləcək”

Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib - FOTO

Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib - FOTO

İlham Əliyev "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında – FOTO

İlham Əliyev "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında – FOTO

Putin Çinə GEDİR

Putin Çinə GEDİR

Nyu-Yorkdakı təyyarə qəzasında iki pilot həlak olub

Nyu-Yorkdakı təyyarə qəzasında iki pilot həlak olub

Azərbaycanda şəkər istehsalı 34%-ə yaxın artıb

Azərbaycanda şəkər istehsalı 34%-ə yaxın artıb

End of content

No more pages to load

RADİO