İlham Əliyev Çin Dövlət Şurasının Baş naziri ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Pekində Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Çianq ilə görüşüb.

Bizim.Media  xəbər verir ki, görüşdə ötən ilin iyulunda Azərbaycan və Çin arasında qəbul edilən strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin münasibətlərimizin yüksək səviyyəsini göstərdiyi bir daha vurğulanıb. 

Bu gün imzalanmış hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın əhəmiyyətinə toxunulub,onun münasibətlərimizin ruhunu və xarakterini əks etdirdiyi bildirilib. Qeyd olunub ki, münasibətlərimiz qısa vaxtda – bir ildən də az müddətdə strateji tərəfdaşlıqdan hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu da öz növbəsində əlaqələrimizin inkişaf dinamikasını göstərir.

Azərbaycanın və Çinin bütün sahələrdə fəal qarşılıqlı fəaliyyət göstərən iki dost ölkə olduğu qeyd edilib, siyasi sahə ilə yanaşı, iqtisadi-ticari əlaqələrimizin inkişafından, həmçinin ötən il ölkələrimiz arasında əmtəə dövriyyəsinin 20 faiz artaraq 3,7 milyard dollar təşkil etməsindən və bu ilin 3 ayı ərzində əmtəə dövriyyəsinin 40 faizə yaxın çoxalmasından məmnunluq bildirilib.

Dövlətimizin başçısı qeyd edib ki, Çin bizim birinci idxal tərəfdaşımız olmaqla yanaşı, həm də dördüncü ticarət tərəfdaşımızdır. 
Prezident İlham Əliyev strateji tərəfdaşlıq haqqında Bəyannamənin bütün sahələrdə uğurla həyata keçirildiyini vurğulayaraq, Azərbaycanla Çinin Avrasiyanın bir çox ölkəsini əhatə edən nəqliyyat-logistika əməkdaşlığı sahəsində fəal səylər göstərdiyini deyib.

Söhbət zamanı beynəlxalq təşkilatlar, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq, Azərbaycanın və Çinin həmişə bir-birinin ərazi bütövlüyünə və suverenliyinə dəstək göstərməsi, ölkəmizin “Vahid Çin” siyasətini daim dəstəklədiyi qeyd edilib. Terrorçuluq, ekstremizm və separatizmlə mübarizədə ölkələrimizin səylərinə toxunulub.

BMT əsaslı beynəlxalq münasibətlər sisteminin Azərbaycan və Çin tərəfindən dəstəkləndiyi vurğulanıb. Dövlətimizin başçısı bu xüsusda deyib ki, BMT Təhlükəsizlik Şurasının qərarlarının icra edilməsi mexanizmi yaradılmalıdır. Belə ki, Azərbaycan uzun müddət BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməməsindən əziyyət çəkib.

Bakıda hökumətlərarası komissiyanın sonuncu iclasının və bu çərçivədə biznes forumunun keçirilməsi xatırlanıb. Həmin tədbirdə Azərbaycan və Çin şirkətləri arasında müxtəlif sahələr üzrə əməkdaşlığa dair müqavilələrin imzalandığı vurğulanıb.

Çinin Baş naziri Orta Dəhlizin əhəmiyyətinə toxunub və bu marşrut üzrə daşımaların artmasını qeyd edib.

Azərbaycan və Çinin Orta Dəhlizinin yükötürmə imkanlarının daha da genişləndirilməsi istiqamətində birgə səylərinə toxunulub.

Görüşdə bərpaolunan enerji sahəsində, həmçinin neft-qaz sektorunda Azərbaycan ilə Çin şirkətləri arasında əməkdaşlıq imkanları və Çin texnologiyalarının ölkəmizdə geniş tətbiq olunması ilə bağlı məsələlər müzakirə edildi, bu sahədə böyük investisiya imkanlarının olduğu bildirilib.

Həmçinin ərazilərin minalardan təmizlənməsi istiqamətində əməkdaşlıq müzakirə edilib. Li Çianq qeyd edib ki, Çin tərəfi ərazilərin minalardan təmizlənməsi sahəsində humanitar dəstək göstərməyə hazırdır.

Azərbaycanın birtərəfli qaydada Çin vətəndaşlarına münasibətdə vizanın ləğv olunmasının ardınca iki ölkə arasında vizaların qarşılıqlı şəkildə ləğvi haqqında sənədin imzalanmasının əhəmiyyətinə toxunulub, bunun insanlararası təmasların və turizmin inkişafına mühüm töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.

Görüşdə kənd təsərrüfatı, o cümlədən baramaçılıq, pambıqçılıq, kənd təsərrüfatı texnikası sahələrində əməkdaşlıq məsələlərinə toxunulub. Çinin Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirdiyi siyasəti və ölkəmizin Rəqəmsal Transformasiya və Rəqəmsal İnkişaf Konsepsiyasını dəstəklədiyi vurğulanıb.

Söhbət zamanı mədəni-humanitar sahədə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb, Heydər Əliyev Fondunun xətti ilə Çində həyata keçirilən layihələr məmnunluqla qeyd olunub.
 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nyu-York hava limanındakı təyyarə qəzasında 40-dan çox şəxs xəsarət alıb

Nyu-York hava limanındakı təyyarə qəzasında 40-dan çox şəxs xəsarət alıb

Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır

Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır

Bakıda parkın ərazisi niyə hasarlanıb? - VİDEO

Bakıda parkın ərazisi niyə hasarlanıb? - VİDEO

Qızıl kəskin şəkildə ucuzlaşdı

Qızıl kəskin şəkildə ucuzlaşdı

Ermənistan İrana humanitar yardım göndərib

Ermənistan İrana humanitar yardım göndərib

Yaxın 3 günün geomaqnit PROQNOZU

Yaxın 3 günün geomaqnit PROQNOZU

Ağdaşda oğul yaşlı anasını niyə ÖLDÜRÜB? – TƏFƏRRÜAT/ÖZƏL

Ağdaşda oğul yaşlı anasını niyə ÖLDÜRÜB? – TƏFƏRRÜAT/ÖZƏL

Si Cinpin: “Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır”

Si Cinpin: “Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır”

Çin Sədri İlham Əliyevi təbrik edib

Çin Sədri İlham Əliyevi təbrik edib

Fransanın sabiq baş naziri VƏFAT EDİB

Fransanın sabiq baş naziri VƏFAT EDİB

Əli Laricanin məzarının FOTOSU

Əli Laricanin məzarının FOTOSU

Ermənistan-Türkiyə sərhədinin açılacağı tarix bəlli oldu - KİV

Ermənistan-Türkiyə sərhədinin açılacağı tarix bəlli oldu - KİV

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Şəhid anası: “Onları yanımda görəndə elə bilirəm Rəvan da yanımdadır” – VİDEO

Şəhid anası: “Onları yanımda görəndə elə bilirəm Rəvan da yanımdadır” – VİDEO

Moskvanın mərkəzində güclü yanğın - Ölənlər var - VİDEO

Moskvanın mərkəzində güclü yanğın - Ölənlər var - VİDEO

Azərbaycan Prezidenti: “Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır”

Azərbaycan Prezidenti: “Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır”

“Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib” - Prezident

“Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib” - Prezident

İlham Əliyev: “Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolu gələn il istifadəyə veriləcək”

İlham Əliyev: “Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolu gələn il istifadəyə veriləcək”

Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib - FOTO

Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib - FOTO

İlham Əliyev "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında – FOTO

İlham Əliyev "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında – FOTO

Putin Çinə GEDİR

Putin Çinə GEDİR

Nyu-Yorkdakı təyyarə qəzasında iki pilot həlak olub

Nyu-Yorkdakı təyyarə qəzasında iki pilot həlak olub

Azərbaycanda şəkər istehsalı 34%-ə yaxın artıb

Azərbaycanda şəkər istehsalı 34%-ə yaxın artıb

End of content

No more pages to load

RADİO