İlham Əliyevin Si Cinpin ilə geniş tərkibdə görüşü KEÇİRİLİB - FOTO/VİDEO

Aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub.

Bizim.Media xəbər verir ki, Sədr Si Cinpin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafını və əldə etdiyi nailiyyətləri məmnunluqla qeyd edib.

Söhbət zamanı ötən il Astanada keçirilmiş görüş əsnasında ölkələrimiz arasında strateji tərəfdaşlığa dair qəbul olunan birgə bəyanat məmnunluqla xatırlanıb. Bu gün dövlət başçıları tərəfindən imzalanacaq Birgə Bəyanatda isə hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinin daha bir pillə yüksələcəyi qeyd edilib.

Ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər təsisatlar çərçivəsində əməkdaşlıq məsələlərinə və qarşılıqlı dəstəklərinə toxunulub.

Çin Xalq Respublikasının Sədri Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinə (AQEM) sədrliyini məmnunluqla vurğulayaraq, bu xüsusda əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.

Görüşdə Azərbaycanın və Çinin daim bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri məmnunluqla vurğulanıb. Dövlətimizin başçısı “Vahid Çin” siyasətini həmişə dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri birmənalı şəkildə pislədiyini qeyd edib. Azərbaycan və Çinin terrorizm, ekstremizm və separatizmə qarşı birgə səylərlə mübarizəsi qeyd olunub.

Si Cinpin COP29-un Azərbaycanda uğurla keçirilməsi və Qlobal Cənubun maraqlarının təmsil olunması baxımından Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirib.

Prezident İlham Əliyev buna görə təşəkkürünü bildirərək, COP29 çərçivəsində qlobal iqlim gündəliyi üçün vacib qərarların qəbul edildiyini xatırladıb.

Dövlətimizin başçısı öz növbəsində Si Cinpinin müdrik rəhbərliyi ilə Çinin inkişafına toxunub.

Ölkələrimiz arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün böyük imkanların olduğu bildirilib, artıq Azərbaycanın müvafiq qurumları ilə Çin şirkətləri arasında bu sahədə çoxsaylı sənədlərin imzalandığını və praktiki əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

Görüşdə Hökumətlərarası Komissiyanın sonuncu iclasına toxunulub, humanitar və mədəni sahələrdə əməkdaşlıq məsələləri qeyd olunub.

Ticarət dövriyyəmizin son dövrlərdə 20 faizdən çox artması müsbət qiymətləndirilib.

Çin Xalq Respublikasının Sədri “Bir kəmər, bir yol” layihəsini ilk dəstəkləyən ölkələrdən biri Azərbaycanın olduğunu məmnunluqla xatırladıb. Bu çərçivədə ölkələrimiz arasında əməkdaşlıq məsələlərinin perspektivləri müzakirə olunub.

Son dövrlərdə Orta Dəhliz vasitəsilə Çindən Avropaya gedən yüklərin həcmində artım dinamikası məmnunluqla qeyd edilib və bu istiqamətdə əməkdaşlıq üçün yaxşı imkanların olduğu vurğulanıb.

Strateji tərəfdaşlığa dair Birgə Bəyanatda qeyd edildiyi kimi, Azərbaycanın Qlobal Təhlükəsizlik, Qlobal İnkişaf və Qlobal Sivilizasiyalar, həmçinin bəşəriyyətin vahid taleyi kimi Çinin təşəbbüslərini dəstəklədiyi bildirilib, bununla bağlı əməkdaşlıq məsələlərinə toxunulub.

Sin Cinpin Prezident İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək Zirvə Toplantısına və bu çərçivədə təşkil olunacaq bir sıra təntənəli tədbirlərə dəvət edib.

Dövlətimizin başçısı dəvəti məmnunluqla qəbul edib.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nyu-York hava limanındakı təyyarə qəzasında 40-dan çox şəxs xəsarət alıb

Nyu-York hava limanındakı təyyarə qəzasında 40-dan çox şəxs xəsarət alıb

Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır

Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır

Bakıda parkın ərazisi niyə hasarlanıb? - VİDEO

Bakıda parkın ərazisi niyə hasarlanıb? - VİDEO

Qızıl kəskin şəkildə ucuzlaşdı

Qızıl kəskin şəkildə ucuzlaşdı

Ermənistan İrana humanitar yardım göndərib

Ermənistan İrana humanitar yardım göndərib

Yaxın 3 günün geomaqnit PROQNOZU

Yaxın 3 günün geomaqnit PROQNOZU

Ağdaşda oğul yaşlı anasını niyə ÖLDÜRÜB? – TƏFƏRRÜAT/ÖZƏL

Ağdaşda oğul yaşlı anasını niyə ÖLDÜRÜB? – TƏFƏRRÜAT/ÖZƏL

Si Cinpin: “Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır”

Si Cinpin: “Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır”

Çin Sədri İlham Əliyevi təbrik edib

Çin Sədri İlham Əliyevi təbrik edib

Fransanın sabiq baş naziri VƏFAT EDİB

Fransanın sabiq baş naziri VƏFAT EDİB

Əli Laricanin məzarının FOTOSU

Əli Laricanin məzarının FOTOSU

Ermənistan-Türkiyə sərhədinin açılacağı tarix bəlli oldu - KİV

Ermənistan-Türkiyə sərhədinin açılacağı tarix bəlli oldu - KİV

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Şəhid anası: “Onları yanımda görəndə elə bilirəm Rəvan da yanımdadır” – VİDEO

Şəhid anası: “Onları yanımda görəndə elə bilirəm Rəvan da yanımdadır” – VİDEO

Moskvanın mərkəzində güclü yanğın - Ölənlər var - VİDEO

Moskvanın mərkəzində güclü yanğın - Ölənlər var - VİDEO

Azərbaycan Prezidenti: “Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır”

Azərbaycan Prezidenti: “Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır”

“Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib” - Prezident

“Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib” - Prezident

İlham Əliyev: “Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolu gələn il istifadəyə veriləcək”

İlham Əliyev: “Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolu gələn il istifadəyə veriləcək”

Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib - FOTO

Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib - FOTO

İlham Əliyev "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında – FOTO

İlham Əliyev "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında – FOTO

Putin Çinə GEDİR

Putin Çinə GEDİR

Nyu-Yorkdakı təyyarə qəzasında iki pilot həlak olub

Nyu-Yorkdakı təyyarə qəzasında iki pilot həlak olub

Azərbaycanda şəkər istehsalı 34%-ə yaxın artıb

Azərbaycanda şəkər istehsalı 34%-ə yaxın artıb

End of content

No more pages to load

RADİO