Bloqer Albert İsakov Bakıya gəldi və erməni təbliğatının yalanlarından danışdı – FOTO-VİDEO

1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəli hadisələrin şahidi olan məşhur videobloqer Albert İsakov Ermənistan-Azərbaycan münaqişəsinin onun həyatını məhv etdiyini və bloqunun yaradılmasına səbəb olduğunu etiraf edib.

Bizim.Media xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Bakıda təşkil etdiyi tədbirdə İsakov Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fikirlərini bölüşüb.

"Bu münaqişədən əziyyət çəkməyən insan yoxdur. Mən, demək olar ki, şahidi olduğum 20 Yanvar hadisələrindən sonra 1990-cı ildə Bakını tərk edərək, bir neçə onilliklər ərzində Cənubi Qafqaz kontekstindən kənarda yaşadım. 2002-ci ildə Ermənistandan Kanadaya köçdüm. Amma 2020-ci ildə baş vermiş 44 günlük müharibə, xüsusən də Ermənistanın təbliğat-təşviqatı və erməni cəmiyyətinin müharibə zamanı və müharibədən sonra bəsləndiyi yalanlar mənim yaddaşımı tərpətdi", - o bildirib.
 

Erməni dilini bilən bloqer bu yalanları görəndə daha səssiz qala bilməyəcəyini etiraf edib. O, bloqunda yaşadıqları barədə bəhs etdiyi videolar yerləşdirməyə və keçmiş hadisələri şərh etməyə başlayıb. Videolara verilən reaksiya göstərib ki, bu mövzu insanlara maraqlıdır və İsakov işini davam etdirib.


"Bu gün gələcək haqqında danışarkən, keçmişə gözlərinizi yuma bilərsiniz, onu xatırlamaya bilərsiniz, çünki keçmişdə müsbət cəhətlər azdır. Digər tərəfdən, bunu öz reallığımıza, birbaşa bizimlə bağlı olanlarla əlaqələndirmədən necə irəliyə, sülhə doğru gedə bilərik? Mən Kanadada yaşayıram, amma mental olaraq özümü Qarabağ reallığı ilə əlaqələndirirəm", - bloqer fikirlərini bildirib.



Albert İsakov özünün "YouTube" kanalında Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də, Azərbaycanın Ağdam şəhərinin işğalı günündə "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşdə çıxışının videosunu yerləşdirən videobloqerdir.

Kadrlarda Ter-Petrosyan açıq şəkildə etiraf edib ki, Ermənistanın Zəngəzur əhalisinin əksəriyyətini təşkil edən azərbaycanlılardan "təmizlənməsi" erməni milli hərəkatı və onun hərbi qanadı olan "Yerkrapa" dəstələri sayəsində baş verib.

"Bu problemin həlli hədiyyə olaraq göydən düşməyib, çünki bu problemi hərəkətimiz həll edib", - Ter-Petrosyan öz nitqində vurğulayıb.

Bununla da, Ermənistanın birinci prezidenti Ter-Petrosyan özünün rəhbərlik etdiyi erməni milli hərəkatının əvvəlcədən planlaşdırılmış və məqsədyönlü şəkildə həyata keçirdiyi əməliyyat kimi hələ 32 il əvvəl azərbaycanlılara qarşı etnik soyqırımı törətdiyini etiraf edib. (Oxu.az)

“photostock.az” saytının tədbirdən hazırladığı fotoları təqdim edirik:








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nyu-York hava limanındakı təyyarə qəzasında 40-dan çox şəxs xəsarət alıb

Nyu-York hava limanındakı təyyarə qəzasında 40-dan çox şəxs xəsarət alıb

Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır

Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır

Bakıda parkın ərazisi niyə hasarlanıb? - VİDEO

Bakıda parkın ərazisi niyə hasarlanıb? - VİDEO

Qızıl kəskin şəkildə ucuzlaşdı

Qızıl kəskin şəkildə ucuzlaşdı

Ermənistan İrana humanitar yardım göndərib

Ermənistan İrana humanitar yardım göndərib

Yaxın 3 günün geomaqnit PROQNOZU

Yaxın 3 günün geomaqnit PROQNOZU

Ağdaşda oğul yaşlı anasını niyə ÖLDÜRÜB? – TƏFƏRRÜAT/ÖZƏL

Ağdaşda oğul yaşlı anasını niyə ÖLDÜRÜB? – TƏFƏRRÜAT/ÖZƏL

Si Cinpin: “Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır”

Si Cinpin: “Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır”

Çin Sədri İlham Əliyevi təbrik edib

Çin Sədri İlham Əliyevi təbrik edib

Fransanın sabiq baş naziri VƏFAT EDİB

Fransanın sabiq baş naziri VƏFAT EDİB

Əli Laricanin məzarının FOTOSU

Əli Laricanin məzarının FOTOSU

Ermənistan-Türkiyə sərhədinin açılacağı tarix bəlli oldu - KİV

Ermənistan-Türkiyə sərhədinin açılacağı tarix bəlli oldu - KİV

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Şəhid anası: “Onları yanımda görəndə elə bilirəm Rəvan da yanımdadır” – VİDEO

Şəhid anası: “Onları yanımda görəndə elə bilirəm Rəvan da yanımdadır” – VİDEO

Moskvanın mərkəzində güclü yanğın - Ölənlər var - VİDEO

Moskvanın mərkəzində güclü yanğın - Ölənlər var - VİDEO

Azərbaycan Prezidenti: “Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır”

Azərbaycan Prezidenti: “Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır”

“Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib” - Prezident

“Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib” - Prezident

İlham Əliyev: “Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolu gələn il istifadəyə veriləcək”

İlham Əliyev: “Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolu gələn il istifadəyə veriləcək”

Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib - FOTO

Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib - FOTO

İlham Əliyev "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında – FOTO

İlham Əliyev "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında – FOTO

Putin Çinə GEDİR

Putin Çinə GEDİR

Nyu-Yorkdakı təyyarə qəzasında iki pilot həlak olub

Nyu-Yorkdakı təyyarə qəzasında iki pilot həlak olub

Azərbaycanda şəkər istehsalı 34%-ə yaxın artıb

Azərbaycanda şəkər istehsalı 34%-ə yaxın artıb

End of content

No more pages to load

RADİO