Elman Nəsirov: “Paşinyan II Qareginin qulağını bursa, yaxşı olar”

Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi bağlamağa hazır olduğunu bəyan etdiyi bir məqamda erməni katolikosu II Qaregin münaqişəni qızışdırmağa xidmət edən açıqlamalarla çıxış etməkdə davam edir. Bu yaxınlarda o, Almaniya Prezidentilə görüşdə də sülhə deyil, müharibəyə xidmət edən açıqlamalar verib. Pasxa bayramı münasibətilə keçirilən tədbirdə də Qaregin anoloji fikirlər səsləndirərək, bir daha revanşistlərin, müharibə tərəfdarlarının yanında olduğunu təsdiqləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni katolikosundan ÜSYAN ÇAĞIRIŞI – Paşinyana qarşı olan qüvvələr birləşir...


Kilsənin Ermənistanda hələ də təsir gücünə malik olduğunu nəzərə alsaq, Qareginin son fikirləri də onu deməyə əsas verir ki, Ermənistan növbəti təxribatlara əl atmağa hazırlaşır.

Revanşist katolikos

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirir ki, katolikosun Pasxa bayramında səsləndirdiyi fikirlər müharibəyə çağırışdır:

“Roma Papasının Azərbaycan və Ermənistana sülh müqaviləsini imzalamaqla bağlı çağırış etdiyi bir məqamda erməni katolikosu  həm Almaniya Prezidentilə görüşdə, həm də Pasxa bayramı günündə müharibəyə çağırşlar edib. Yəni katolikos ən yüksək səviyyədə revanşizmi müdafiə edən bir mövqe ortaya qoyub. Erməni separatizminin kökündə dayanan başlıca səbəblərdən biri də məhz katolikosların siyasət və fəaliyyətidir. Onlar regiona sülh və əməkdaşlıq deyil, hər zaman müharibə gətiriblər. İndi də həmin siyasətə sədaqət nümayiş etdirirlər”.

Deputat qeyd edir ki, erməni katolikosu faktiki olaraq bununla erməni ictimaiyyətini Üçüncü Qarabağ müharibəsinə hazırlayırmış kimi bir mövqe ortaya qoyub:

“Bu da təəccüb və təəssüf doğurur. Katolikosun müraciəti nəticə etibarı ilə Ermənistanda revanşistlərin mövqelərini möhkəmləndirməyə xidmət edir.
 

Katolikos özü bir nömrəli revanşistdir. Belə məsuliyyətsiz bəyanatlarla erməni katolikosu əslində erməni xalqının məhvinə çalışdığını ortaya qoyur. Onun mövqeyi müharibəyə səbəb olsa, bu Ermənistanın sonunun başlanğıcı olacaq. Deməli, belə məsuliyyətsiz bəyanatlarla əslində erməni katolikosu öz xalqının məhvini istəyir.


Katolikosun bu bəyanatı baş nazir Paşinyanın sülh müqaviləsini imzalamağa hazırlıqla bağlı mövqeyilə daban-dabana ziddir. Hesab edirəm ki, Ermənistan hakimiyyəti bu yerdə katolikosun qulağını bursa, çox yaxşı olar”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nyu-York hava limanındakı təyyarə qəzasında 40-dan çox şəxs xəsarət alıb

Nyu-York hava limanındakı təyyarə qəzasında 40-dan çox şəxs xəsarət alıb

Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır

Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır

Bakıda parkın ərazisi niyə hasarlanıb? - VİDEO

Bakıda parkın ərazisi niyə hasarlanıb? - VİDEO

Qızıl kəskin şəkildə ucuzlaşdı

Qızıl kəskin şəkildə ucuzlaşdı

Ermənistan İrana humanitar yardım göndərib

Ermənistan İrana humanitar yardım göndərib

Yaxın 3 günün geomaqnit PROQNOZU

Yaxın 3 günün geomaqnit PROQNOZU

Ağdaşda oğul yaşlı anasını niyə ÖLDÜRÜB? – TƏFƏRRÜAT/ÖZƏL

Ağdaşda oğul yaşlı anasını niyə ÖLDÜRÜB? – TƏFƏRRÜAT/ÖZƏL

Si Cinpin: “Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır”

Si Cinpin: “Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır”

Çin Sədri İlham Əliyevi təbrik edib

Çin Sədri İlham Əliyevi təbrik edib

Fransanın sabiq baş naziri VƏFAT EDİB

Fransanın sabiq baş naziri VƏFAT EDİB

Əli Laricanin məzarının FOTOSU

Əli Laricanin məzarının FOTOSU

Ermənistan-Türkiyə sərhədinin açılacağı tarix bəlli oldu - KİV

Ermənistan-Türkiyə sərhədinin açılacağı tarix bəlli oldu - KİV

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Şəhid anası: “Onları yanımda görəndə elə bilirəm Rəvan da yanımdadır” – VİDEO

Şəhid anası: “Onları yanımda görəndə elə bilirəm Rəvan da yanımdadır” – VİDEO

Moskvanın mərkəzində güclü yanğın - Ölənlər var - VİDEO

Moskvanın mərkəzində güclü yanğın - Ölənlər var - VİDEO

Azərbaycan Prezidenti: “Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır”

Azərbaycan Prezidenti: “Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır”

“Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib” - Prezident

“Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib” - Prezident

İlham Əliyev: “Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolu gələn il istifadəyə veriləcək”

İlham Əliyev: “Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolu gələn il istifadəyə veriləcək”

Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib - FOTO

Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib - FOTO

İlham Əliyev "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında – FOTO

İlham Əliyev "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında – FOTO

Putin Çinə GEDİR

Putin Çinə GEDİR

Nyu-Yorkdakı təyyarə qəzasında iki pilot həlak olub

Nyu-Yorkdakı təyyarə qəzasında iki pilot həlak olub

Azərbaycanda şəkər istehsalı 34%-ə yaxın artıb

Azərbaycanda şəkər istehsalı 34%-ə yaxın artıb

End of content

No more pages to load

RADİO