Ermənistan Zəngəzur üzərində haqqını itirir... – Yeni dövlət elan oluna bilər – SENSASİON DETALLAR

Ermənistan baş naziri Paşinyanın Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılması ilə bağlı açıqlamasında sonra müxalifət Ermənistanın Zəngəzur, Göyçə kimi ərazilərə haqqını itirəcəyini bildirir.

Belə bir açıqlama ilə erməni diplomat Edqar Qazaryan çıxış edib. O deyib ki, müstəqillik bəyannaməsinin Konstitusiyadan çıxarılması hazırkı Ermənistan dövlətinin ləğv edilməsi, bu ərazidə yeni dövlətin formalaşması deməkdir. Ermənistan hakimiyyəti bu addımları ilə Azərbaycanın Zəngəzur, Dərələyəz, Vedi və Bakının Qərbi Azərbaycan adlandırdığı ərazilərə girişinə hüquqi zəmin hazırlayır.

Qazaryan iddia edir ki, hazırda Göyçədə müəyyən ərazilərin Azərbaycana təhvil verilməsinə hazırlıq gedir:

“Göyçədə mina təmizləmə işləri həyata keçirilir. Ermənistan ordusuna tapşırıq verilib ki, ərazilər Azərbaycana təhvil verilməsi üçün minalardan təmizlənməlidir”.

Rusiyanın sərhəd xidmətindən imtina edilməsi haqqında da danışan erməni diplomat onu da iddia edir ki, Ermənistan-Türkiyə sərhədi qanuni olaraq yox olacaq və Ankara istənilən vaxt İrəvana daxil ola biləcək.

“Ermənistanda yeni dövlət elan olunmağını istəyirlər”

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, Ermənistandakı revanşist qüvvələr açıq şəkildə sözügedən mövzudan istifadə etməyə girişiblər:

“Burada müstəqillik bəyannaməsindən söhbət gedirsə, ermənilər özləri deyir ki, bu üçüncü respublikadır. Üçüncü respublikadırsa, qonşu ölkələrə, Azərbaycan və Türkiyəyə ərazi iddiaları onun bəyannamə və konstitusiyasının bünövrəsini təşkil edir. O, baxımdan Ermənistanda Paşinyanı tənqid edənlərin əsas fikri odur ki, sərhədləri dəyişsələr, deməli yeni bir dövlət, dördüncü respublika elan olunsun. Tarixdə belə misallar olub. Məsələn, Fransada, 4-cü Respublika, Almaniyada üçüncü Reyx”.

Həmsöhbətimiz qeyd edir ki, Ermənilərdə baş qaldıran bu düşüncə tərzi onların dövlətçiliyinin yanlış ideologiya əsasında qurulması ilə bağlıdır:

“Yanlış ideologiyanın əsas məğzini də qonşularla müharibə, ərazi iddiaları təşkil edir. Qonşularla normal münasibətlər qurmaq istəmirlərsə, deməli işğalçı siyasətlərini davam etidrmək istəyirlər”.

Tofiq Zülfüqarov bildirir ki, belə açıqlamaların gündəmə atılması Ermənistanda gələn il gözlənilən seçkilərə hazırlıq xarakteri də daşıya bilər:

“Görürük ki, artıq Ermənistanda müxtəlif revanşist qüvvələr bu mövzudan açıq şəkildə istifadə etməyə başlayıblar. Həm iqtidar, həm də müxalifət gələnilki seçkilərə hazırlaşır. Bu əsasda bəlli olacaq ki, Ermənistanın sülh bəyanatlarının arxasında real istək dayanır, yoxsa müvəqqəti olaraq kimisə aldatmaq məqsədi. Hesab edirəm ki, bu diskussiya bir çox şeylərə aydınlıq gətirir. Onu izləməliyik”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Fuad Poladovu görəndə əsirdim”

“Fuad Poladovu görəndə əsirdim”

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

"Klon" serialı ilə bağlı qalmaqal

"Klon" serialı ilə bağlı qalmaqal

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Basketbol millimiz yarımfinalda

Basketbol millimiz yarımfinalda

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Əllərindən hər iş gələn BÜRCLƏR

Əllərindən hər iş gələn BÜRCLƏR

Taksi sürücüsünün avtomobilini qaçırdı - Postda TUTULDU

Taksi sürücüsünün avtomobilini qaçırdı - Postda TUTULDU

4 tanınmış telefon markası tarix olur

4 tanınmış telefon markası tarix olur

“Barselona” Netonu transfer etmək istəyir

“Barselona” Netonu transfer etmək istəyir

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı

Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

End of content

No more pages to load

RADİO