IV Antalya Diplomatiya Forumu başa çatdı - FOTO

Türkiyədə keçirilən IV Antalya Diplomatiya Forumu (ADF 2025) başa çatıb.

Bizim.Media xəbər verir ki, beynəlxalq tədbirin yekununda Türkiyənin xarici işlər naziri Hakan Fidan mətbuat konfransı keçirib.

Çıxışı zamanı forumun işini yüksək qiymətləndirən nazir tədbirin sadəcə geosiyasi məsələlər deyil, bəşəri problemlərə də ev sahibliyi etdiyini deyib:

“Üç gün ərzində burada irqçiliklə mübarizə, qadın hüquqlarının qorunması kimi bir çox bəşəri məsələlər müzakirə olundu.
 

Tədbir əsnasında bir çox ikitərəfli görüşlər, panellər, toplantılar keçirildi. İştirakçılar da öz baxışları çərçivəsində dünyanın müxtəlif bölgələrindən olan həmsöhbətləri ilə görüşmək imkanı əldə etdilər. Bütün bunlar forumumuzun birləşdirici gücünü bir daha nümayiş etdirdi. Üç gün boyu sadəcə mövcud deyil, eyni zamanda, gələcəyin dünya düzəninə dair suallara cavab axtardıq.


Dünyanın müxtəlif sınaqlardan keçdiyi bu dövrdə qlobal diplomatiyada da yeni bir ağıla, yeni bir dilə və cəsur addımlara ehtiyac duyulur. Bütün qlobal hadisələrin müzakirəsi diplomatiyaya olan ehtiyacı bir daha göstərdi.

Türkiyə dünyada baş verən qarşıdurmaların aradan qaldırılmasında konstruktiv və vasitəçi mövqeyini, yenidən formalaşan Avropa təhlükəsizlik mexanizmində aktiv rolunu davam etdirəcək. Avropanın da bu fəaliyyətimizə lazımi qarşılıq verəcəyinə ümid edirik”.

Hakan Fidan çıxışı zamanı forumun həyata keçirilməsində iştirak edən və tədbirdə verilən mesajların dünya ictimaiyyətinə çatdırılmasına dəstək olan media nümayəndələrinə təşəkkür edib.

Sonra nazir jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, üç gün davam edən IV Antalya Diplomatiya Forumuna yüzə yaxın dövlət və hökumət başçısı, nazirlər, deputatlar, QHT-lər, dünyanın tanınmış ictimai-siyasi xadimləri, mətbuat qurumlarının nümayəndələri də daxil olmaqla, dünyanın 155 ölkəsindən ümumilikdən altı mindən artıq iştirakçı qatılıb.
 

Prezident İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilk dəfə ADF-də iştirak ediblər.


Tədbirdə bir çox qlobal hadisələrlə yanaşı, Cənubi Qafqazdakı son vəziyyət, Azərbaycanla Ermənistan arasında imzalanacaq Sülh sazişi, Qərbi Azərbaycan və Qərbi azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıdışı, iqlim dəyişikliyi ilə mübarizədə ölkəmizin rolu, o cümlədən Bakıda keçirilən COP29, Türk Dövlətləri Təşkilatının fəaliyyəti kimi ölkəmizi maraqlandıran məsələlər də müzakirə edilib.

Azərbaycan tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə geniş heyətlə təmsil olunub.

Xatırladaq ki, Antalya Diplomatiya Forumunun əsas məqsədi dünyada baş verən böhranların həllinə diplomatiya vasitəsilə töhfə verməkdir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Fuad Poladovu görəndə əsirdim”

“Fuad Poladovu görəndə əsirdim”

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

"Klon" serialı ilə bağlı qalmaqal

"Klon" serialı ilə bağlı qalmaqal

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Basketbol millimiz yarımfinalda

Basketbol millimiz yarımfinalda

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Əllərindən hər iş gələn BÜRCLƏR

Əllərindən hər iş gələn BÜRCLƏR

Taksi sürücüsünün avtomobilini qaçırdı - Postda TUTULDU

Taksi sürücüsünün avtomobilini qaçırdı - Postda TUTULDU

4 tanınmış telefon markası tarix olur

4 tanınmış telefon markası tarix olur

“Barselona” Netonu transfer etmək istəyir

“Barselona” Netonu transfer etmək istəyir

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı

Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

End of content

No more pages to load

RADİO