Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov arasında Moskvada görüş keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilib.
Bildirilib ki, görüş zamanı ikitərəfli münasibətlərin inkişaf perspektivləri və Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirənin gündəliyi müzakirə edilib:
"Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik müstəvisində inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bir sıra aktual beynəlxalq və regional məsələlərə toxunulub", - qurumdan bildirilib.
Bizim.Media