İranlı nazir İlham Əliyevin QƏBULUNDA - VİDEO

0:00
0:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqini qəbul edib.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev son dövrlərdə Azərbaycanın və İranın yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensiv xarakter daşımasını məmnunluqla qeyd edərək, bunun ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsinə və ikitərəfli əməkdaşlığımızın daha da inkişaf etdirilməsinə yaxşı imkan yaratdığını deyib.
 

Dövlətimizin başçısı Fərzanə Sadiqinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının iclasının keçirilməsini müsbət qiymətləndirib və Komissiyanın gündəliyində iqtisadi-ticari, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün vacib layihələrin olduğunu qeyd edib.


Qonaq ilk növbədə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamları İran dövlətinin başçısına çatdırmağı xahiş edib.

İranın ölkəmizlə münasibətləri bütün sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu deyən Fərzanə Sadiqi xalqlarımızın tarixi, mədəni, dini və qohumluq əlaqələrinin olduğunu bir daha vurğulayıb.

Qonaq qeyd edib ki, İran Prezidentinin ölkəmizə planlaşdırılan səfəri öncəsi Hökumətlərarası Birgə Komissiyanın iclasının keçirilməsi gündəlikdə duran vacib məsələlərin müzakirəsi baxımından olduqca əhəmiyyətlidir.

Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi layihəsi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran qarşıdakı günlərdə ABŞ və İsrailə yeni sürpriz HAZIRLAYIB?

İran qarşıdakı günlərdə ABŞ və İsrailə yeni sürpriz HAZIRLAYIB?

Şəmkirdə eyni vaxtda 2 qəza: 4 yaralı var

Şəmkirdə eyni vaxtda 2 qəza: 4 yaralı var

Fransa millisinin baş məşqçisinin adı AÇIQLANDI

Fransa millisinin baş məşqçisinin adı AÇIQLANDI

Bayram qonaqlığı FACİƏ ilə bitdi - TƏFƏRRÜAT - VİDEO

Bayram qonaqlığı FACİƏ ilə bitdi - TƏFƏRRÜAT - VİDEO

Taekvondoçularımız Belçikada 5 medal qazandı

Taekvondoçularımız Belçikada 5 medal qazandı

Tramp Hörmüz boğazının tezliklə açılacağını bildirdi

Tramp Hörmüz boğazının tezliklə açılacağını bildirdi

Paşinyan Basarkeçərdə boş qalan torpaqlara sahib axtarır - VİDEO

Paşinyan Basarkeçərdə boş qalan torpaqlara sahib axtarır - VİDEO

Tramp: “Müctəba Xameneinin ölməyini istəmirəm"

Tramp: “Müctəba Xameneinin ölməyini istəmirəm"

Kürdəmirdə iki avtomobil toqquşdu - FOTO

Kürdəmirdə iki avtomobil toqquşdu - FOTO

Klinik ölümdən sonra qadın ruhları görür və ölümləri əvvəlcədən hiss edir

Klinik ölümdən sonra qadın ruhları görür və ölümləri əvvəlcədən hiss edir

Konya vilayətində sərnişin avtobusu aşdı - 15 yaralı var

Konya vilayətində sərnişin avtobusu aşdı - 15 yaralı var

Şvartsenegger Konan rolu üçün məşqlərə başladı

Şvartsenegger Konan rolu üçün məşqlərə başladı

Mir Şahin Mehman Hüseynovun Azərbaycanda hüquq mühafizə orqanlarının rəhbərlərindən biri ilə görüşdüyü iddialarına cavab verdi - VİDEO

Mir Şahin Mehman Hüseynovun Azərbaycanda hüquq mühafizə orqanlarının rəhbərlərindən biri ilə görüşdüyü iddialarına cavab verdi - VİDEO

ABŞ Lukaşenkonu Ağ Evə dəvət edəcək?

ABŞ Lukaşenkonu Ağ Evə dəvət edəcək?

Orban: Siyyartonun telefonuna xarici ölkənin xidmət orqanları QULAQ ASIRMIŞ

Orban: Siyyartonun telefonuna xarici ölkənin xidmət orqanları QULAQ ASIRMIŞ

Peskov: “Rusiya Avropa ölkələrinə qarşı heç vaxt nalayiq ifadələr işlətməyib”

Peskov: “Rusiya Avropa ölkələrinə qarşı heç vaxt nalayiq ifadələr işlətməyib”

Paşinyandan Putinə TELEFON ZƏNGİ

Paşinyandan Putinə TELEFON ZƏNGİ

Bitcoin Trampın İranla bağlı açıqlamalarından sonra bahalaşdı

Bitcoin Trampın İranla bağlı açıqlamalarından sonra bahalaşdı

İran ABŞ-ın Bəhreyndəki aviabazasında Patriot sistemini məhv edib

İran ABŞ-ın Bəhreyndəki aviabazasında Patriot sistemini məhv edib

Bakıda 70 yaşlı kişi itkin düşdü

Bakıda 70 yaşlı kişi itkin düşdü

Trampdan İDDİA: İranda rejim dəyişib

Trampdan İDDİA: İranda rejim dəyişib

Prezident ailəsini şantaj edən Fərid bu məşhurun nəvəsi imiş — FOTO

Prezident ailəsini şantaj edən Fərid bu məşhurun nəvəsi imiş — FOTO

Həkəri körpüsünün fonunda şəkil çəkdirən üç erməni TUTULDU

Həkəri körpüsünün fonunda şəkil çəkdirən üç erməni TUTULDU

İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlandı - FOTO

İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlandı - FOTO

End of content

No more pages to load

RADİO