Böyük quruculuq və doğma torpağa QAYIDIŞ

Prezident İlham Əliyevin tapşırıq və göstərişləri əsasında Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri sürətlə davam etdirilir. 2025-ci ilin ilk 3 ayı ərzində dövlət başçısının azad edilən bölgələrə səfərləri, bu səfərlər zamanı təməli qoyulan və yaxud istifadəyə verilən sosial-iqtisadi və mədəniyyət obyektləri tarixi Qarabağımızın işğaldan öncəki simasına qovuşmasında sanballı rol oynayacaq.

Hər şeydən əvvəl, onu vurğulayaq ki, Prezident Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasını xüsusi və prinsipial proqram üzrə həyata keçirir. Milli Məclisə təqdim olunan 2025-ci ilin dövlət büdcəsində azad edilən ərazilərin bərpası üçün daha 4 milyard manat vəsaitin nəzərdə tutulması isə o anlama gəlir ki, dövlət 30 il işğal altında qalan və tamamilə dağıdılan Qarabağın şəhər, kənd və qəsəbələrinin qısa müddətdə bərpasında israrlıdır.

Proses 2 istiqamətdə gedir: birincisi, qayıdış və ikincisi, yeni infrastrukturun yaradılması.

Prezident İlham Əliyevin Ağdərə və daha sonra Ağdam və Şuşaya səfərləri zamanı da vurğuladığı kimi, keçmiş məcburi köçkünlərin doğma yerlərində xoşbəxt yaşamaları üçün bütün addımlar atılır. Əhalinin doğma torpaqlarına qayıdışı həm təhlükəsizlik, həm də iqtisadi nöqteyi-nəzərdən strateji önəm daşıyır. Qarabağ və Şərqi Zəngəzurda təhlükəsizliyin təmini hərbi eskalasiya riskini aradan qaldıracaq, iqtisadi potensialın realizəsi isə bölgənin inkişafında müstəsna rol oynayacaq.

Böyük qayıdış və intensiv məskunlaşma

Prezidentin tapşırıqları əsasında Böyük Qayıdış üzrə I Dövlət Proqramı uğurla həyata keçirilir.

Artıq Zəngilanın Ağalı kəndi, Ağdərə rayonunun Talış,Həsənriz və Suqovuşan kəndlərində, Füzuli şəhəri, Şuşa şəhəri, Laçın şəhəri, Laçın rayonunun Sus vəZabux kəndlərində, Cəbrayıl şəhəri, Xocalı şəhəri və Xocalı rayonunun Ballıca kəndində 10 mindən çox keçmiş məcburi köçkün yaşayır. Ötən həftə Ağdamın Sarıcalı kəndinin ilk sakinlərinə Prezident tərəfindən evlərin açarları təqdim olundu. Kəndin tikintisinin 1-ci mərhələsində 895 nəfər, yəni 203 ailə bura köçürüləcək. Əgər Qarabağ və Şərqi Zəngəzurdareallaşdırılan layihələrin icrasında çalışan, həmçinin,ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən şəxsləri də bu siyahıya əlavə etsək, regionda yaşayanların sayı 40 mindən artıq olur. Prezident İlham Əliyev Ağdama səfəri zamanı qayıdış və keçmiş köçkünlərlə bağlı qarşıda duran hədəfləri belə şərh etdi.

Sitat. “Artıq 13-cü yaşayış məntəqəsidir ki, keçmiş köçkünlər qayıdırlar. Bütün keçmiş köçkünlər üçün gələcəkdə bu cür şərait yaradılacaq. Ağdam rayonunun işğaldan sonra birinci yaşayış məntəqəsi keçmiş köçkünlərin sərəncamına verilir. Ancaq bu il digər kəndlərə də ağdamlılar qayıdacaqlar. Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub, digər kəndlərdə inşaat işləri gedir. Təbii olaraq, Ağdam şəhəri sıfırdan qurulur, yenidən qurulur və ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək”. Sitatın sonu.

Bəli, dövlət başçısı Ağdamda bir daha cari il ərzində əhalinin doğma yerlərinə köç prosesinin davam edəcəyinin anonsunu verdi. Beləliklə, 2025-ci ilin sonuna qədər regiona təqribən 30-40 min insan qayıtmalıdır ki, bu da ümumilikdə, azad edilmiş ərazilərdə yaşayanların sayının 70-80 minə çatacağından xəbər verir. Bundan başqa, ilin sonuna kimi daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlər qaytarılacaq. Bu isə Qarabağ və Şərqi Zəngəzurun 30-a yaxın yaşayış məntəqəsinin keçmiş köçkünlər tərəfindən məskunlaşacağı deməkdir.

Azad edilən ərazilər sıfırdan qurulur

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Prezident İlham Əliyevin 2020-ci il noyabrın 8-də Şəhidlər Xiyabanından verdiyi bu mesajı hər kəs xatırlayır. Bəli, Qarabağ tamamilə yeni tərzdə, yeni şəhərsalma standartları çərçivəsində sürətlə qurulmaqdadır. Ancaq dirçəliş prosesi tək Şuşanı deyil, bütün Qarabağ və Şərqi Zəngəzuru əhatə edir. İlk növbədə, bölgədə yol-nəqliyyat infrastrukturunun bərpası istiqamətində intensiv işlər görülür.

Çünki hər bir bölgənin abadlığı və inkişafı yoldan başlayır. Qarabağ və Şərqi Zəngəzurun həm də turizm zonası olduğunu nəzərə alsaq, nəqliyyat məsələlərinin qısa müddətdə həlli regiona dünya ölkələrindən minlərlə turistin səfər etməsini xeyli asanlaşdıra bilər. Beləliklə,

-azad edilmiş ərazilərdə 40-dan çox avtomobil yolu layihəsi icra edilib və ya edilməkdədir;

-45 tunel, 447 körpü, 16 viadukun tikintisi nəzərdə tutulur ki, artıq 28 tunel, 392 körpü və 9 viadukun tikintisi başa çatdırılıb;

-Horadiz-Ağbənd dəmir yolunun 60 faizi inşa edilib;

-Bərdə-Ağdam dəmir yolunun 94 faizi inşa edilib.

Azad edilən ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə istiqamətində də sistemli işlər görülür. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi ilə bağlı tapşırıqları əsasında 4 il ərzində 270 MVt gücündə 32 su-elektrik stansiyası istismara verilib, 2025-ci ildə isə 11 su-elektrik stansiyasının açılışı planlaşdırılır. Ümumiyyətlə, yaxın gələcəkdə bölgədə daha 200 MVt-lıq su-elektrik stansiyalarının tikilməsi nəzərdə tutulur ki, bu da doğma yerlərinə qayıdan insanların enerji ehtiyaclarının ödənilməsində əhəmiyyətli rol oynayacaq.

Sənayenin inkişafı prioritet hədəfdir

Azərbaycan dövləti azad edilən bölgələrin iqtisadi potensialının üzə çıxarılması, realizəsi və ixracı istiqamətində də punktual addımlar atır. Sənaye potensialı Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqrasiyası və əhalinin məşğulluğunun təminin üçün də xüsusi önəm daşıyır. Hazırda Prezidentin müvafiq fərmanları ilə Ağdam şəhərində Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı fəaliyyət göstərir. Bu parklarda sahibkarlar üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur.

Ağdam Sənaye Parkı

Rezidentlərin sayına görə, bu gün yalnız Sumqayıt Kimya Sənaye Parkından geri qalır. Parkın ümumi investisiyalarının həcmi 271 milyon manat olan 29 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. 33 sahibkarlıq subyekti tərəfindən 2400-dən çox iş yeriyaradılıb. Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir. Ən sevindirici məsələ odur ki, istehsal edilən məhsullardan azad edilmiş ərazilərdə aparılan tikinti-quraşdırma işlərində geniş istifadə olunur. Artıq ixrac istiqamətində də uğurlu addımlar atılır.

“Araz Vadisi İqtisadi Zonası”

Sənaye Parkında isə logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnika təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Parklogistik imkanlar baxımından əlverişli ərazidə yerləşir ki, bu da sahibkarların diqqətini cəlb edən əsas məqamlardan biridir. Burada ümumi investisiyalarının həcmi 150 milyon manata yaxındır. 13 sahibkarlıq subyektinə rezidentlik, 2 sahibkara isə qeyri-rezidentlik statusu verilib. 15 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında ümumilikdə, 2000-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Sənaye Parkında 1 müəssisə tam fəaliyyət göstərir.

Bir sözlə, bu gün azad edilən bölgələrdə həyata keçirilən bərpa-quruculuq işləri əhalinin doğma yerlərində məskunlaşması ilə yanaşı, onların məşğulluq problemlərinin həllində mühüm rol oynayır. Gələcəkdə istər Şuşa, istər Xankəndi, istər Ağdam, istərsə də digər rayonlar həm turizm, həm də böyük tədbirlərin keçiriləcəyi məkanlara çevriləcək. Bu isə 30 illik erməni işğalından sonra cəmi 4-5 ilə yenidən qurulan Azad Qarabağın dünya miqyasında tanınması və şöhrət qazanmasının əsas stimullaşdırıcı faktoru olacaq. Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar məhz bu missiyanın gerçəkləşməsinə xidmət edir.

Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp İrana beş gün VAXT VERDİ

Tramp İrana beş gün VAXT VERDİ

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Bakının girişində uzun tıxac yarandı - AMBAAN VİDEO

Bakının girişində uzun tıxac yarandı - AMBAAN VİDEO

Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO

Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO

Kolumbiyada hərbi təyyarə qəzaya uğradı: Göyərtədə 110 hərbçi olub - VİDEO

Kolumbiyada hərbi təyyarə qəzaya uğradı: Göyərtədə 110 hərbçi olub - VİDEO

"Tamaşaçılar bizim zövqümüzü korlayır"

"Tamaşaçılar bizim zövqümüzü korlayır"

Bu qəsəbənin əhalisi bayramda 10 dəfə artdı - FOTO

Bu qəsəbənin əhalisi bayramda 10 dəfə artdı - FOTO

"Sevilya" baş məşqçisini qovdu

"Sevilya" baş məşqçisini qovdu

Yüksək vəzifəli iranlı məmur: ABŞ şənbə günü Qalibafla görüş istəyib

Yüksək vəzifəli iranlı məmur: ABŞ şənbə günü Qalibafla görüş istəyib

Bu futbolçu “Neftçi”dən gedə bilər

Bu futbolçu “Neftçi”dən gedə bilər

Borca görə ana və oğlu döyüldü, maşının şüşəsi sındırıldı - FOTO

Borca görə ana və oğlu döyüldü, maşının şüşəsi sındırıldı - FOTO

Osimhen əməliyyat olundu

Osimhen əməliyyat olundu

Sürücülərin nəzərinə!

Sürücülərin nəzərinə!

İran qarşıdakı günlərdə ABŞ və İsrailə yeni sürpriz HAZIRLAYIB?

İran qarşıdakı günlərdə ABŞ və İsrailə yeni sürpriz HAZIRLAYIB?

Şəmkirdə eyni vaxtda 2 qəza: 4 yaralı var

Şəmkirdə eyni vaxtda 2 qəza: 4 yaralı var

Fransa millisinin baş məşqçisinin adı AÇIQLANDI

Fransa millisinin baş məşqçisinin adı AÇIQLANDI

Bayram qonaqlığı FACİƏ ilə bitdi - TƏFƏRRÜAT - VİDEO

Bayram qonaqlığı FACİƏ ilə bitdi - TƏFƏRRÜAT - VİDEO

Taekvondoçularımız Belçikada 5 medal qazandı

Taekvondoçularımız Belçikada 5 medal qazandı

Tramp Hörmüz boğazının tezliklə açılacağını bildirdi - VİDEO

Tramp Hörmüz boğazının tezliklə açılacağını bildirdi - VİDEO

Paşinyan Basarkeçərdə boş qalan torpaqlara sahib axtarır - VİDEO

Paşinyan Basarkeçərdə boş qalan torpaqlara sahib axtarır - VİDEO

Tramp: “Müctəba Xameneinin ölməyini istəmirəm"

Tramp: “Müctəba Xameneinin ölməyini istəmirəm"

Kürdəmirdə iki avtomobil toqquşdu - FOTO

Kürdəmirdə iki avtomobil toqquşdu - FOTO

End of content

No more pages to load

RADİO