Prezident: “Ermənistanı “sülh göyərçini” kimi təqdim etməyə çalışırlar” - VİDEO

“Əslində, belə tarixi müqavilələrdə hər bir paraqraf, hər bir bənd böyük əhəmiyyət daşıyır. Mən Prezident Ştaynmayerlə söhbət əsnasında bildirdim ki, Azərbaycan bilərəkdən bu müqaviləni həddindən çox yükləmək də istəməmişdi, ona görə o, çox yığcam müqavilədir, əsas prinsipləri əhatə edir. Yenə də deyirəm, hər bir məsələ orada ciddi əhəmiyyət daşıyır. Bu sənəd üzərində iki ölkənin mütəxəssisləri, hüquqşünasları, Xarici İşlər nazirliklərinin nümayəndələri fəal işləyiblər və hesab edirəm ki, hər iki tərəf xoş niyyət göstərib. Əks təqdirdə, bu sənəd ərsəyə gəlməzdi”.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı bu barədə almaniyalı həmkarı Frank-Valter Ştaynmayer ilə birgə mətbuat konfransında jurnalistlərin suallarına cavabında bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Ermənistanda və bəzi Qərb dairələrində Azərbaycanı müqaviləni imzalamamaqda günahlandırmaq istəyirlər, bu da tamamilə əsassızdır:
 

“Çünki artıq qeyd etdiyim kimi, bu prosesin təşəbbüskarı Azərbaycan olub. Əsas prinsipləri işləyən də Azərbaycan olub və biz xoş niyyət göstərərək bu danışıqlarda iştirak etmişdik. Əgər biz müqaviləni imzalamaq istəməsəydik, elə qeyri-real bir şərt qoyardıq ki, Ermənistan onu qəbul etməzdi.


O ki qaldı, həmin prinsiplərin ən əsasına, ən vacibinə, əlbəttə ki, bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır - Qarabağ daxil olmaq şərti ilə. Özü də o Ermənistan hökumətindən ki, 2019-cu ildə bu hökumətin başçısı Xankəndidə - Azərbaycan ərazisində, - haraya ki, qanunsuz gəlmişdi, - mitinqdə elan etmişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”.

Bu gün bəziləri, - mən bunu bir neçə dəfə demişəm, - Ermənistanı “sülh göyərçini” kimi təqdim etməyə çalışırlar. Amma Ermənistan hökuməti həmin hökumətdir ki, hakimiyyətə 2018-ci ildə gələndən sonra o vaxta qədər aparılmış bütün danışıqları sıfra bərabər etdi”.

“Bildirdi ki, Azərbaycan dırnaqarası, qanunsuz “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır.

Bizə qarşı əsassız ərazi iddialarını nəinki aradan götürmədi, hətta öz tələblərini daha da sərtləşdirdi. Bax, bugünkü həmin Ermənistan hökumətinin müdafiə naziri açıq demişdir ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşır. Yəni, indi bugünkü Ermənistan hökumətindən və onun başında duranlardan “sülh göyərçini” düzəltmək tamamilə yanlış və əsassızdır. Bu gün razılaşdırılmış mətn onu göstərir ki, Ermənistan bu sülh müqaviləsinə məcburən imza atır.
 

Çünki döyüş meydanında əldə etdiyimiz Qələbə, ondan sonra siyasi müstəvidə Azərbaycanın mövqeyinin üstünlük təşkil etməsi Ermənistanın arxasında duran bəzi Avropa ölkələrinin səylərinə rəğmən, nə BMT Təhlükəsizlik Şurası, nə Avropa İttifaqı Azərbaycana qarşı hər hansı bir məhdudlaşdırıcı ölçü götürmədiyi üçün bu gün Ermənistan məcbur olub Qarabağı Azərbaycan ərazisi kimi tanıyır.


Ona görə bu bəndlər arasında təbii olaraq məhz budur - “Qarabağ Ermənistandır və nöqtə” deyən bir adam bu gün “Qarabağ Azərbaycandır” deyir. Hesab edirəm ki, bu, gözəl bir təkamül prosesidir və biz bunu alqışlayırıq”, - İlham Əliyev qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp İrana beş gün VAXT VERDİ

Tramp İrana beş gün VAXT VERDİ

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Bakının girişində uzun tıxac yarandı - AMBAAN VİDEO

Bakının girişində uzun tıxac yarandı - AMBAAN VİDEO

Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO

Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO

Kolumbiyada hərbi təyyarə qəzaya uğradı: Göyərtədə 110 hərbçi olub - VİDEO

Kolumbiyada hərbi təyyarə qəzaya uğradı: Göyərtədə 110 hərbçi olub - VİDEO

"Tamaşaçılar bizim zövqümüzü korlayır"

"Tamaşaçılar bizim zövqümüzü korlayır"

Bu qəsəbənin əhalisi bayramda 10 dəfə artdı - FOTO

Bu qəsəbənin əhalisi bayramda 10 dəfə artdı - FOTO

"Sevilya" baş məşqçisini qovdu

"Sevilya" baş məşqçisini qovdu

Yüksək vəzifəli iranlı məmur: ABŞ şənbə günü Qalibafla görüş istəyib

Yüksək vəzifəli iranlı məmur: ABŞ şənbə günü Qalibafla görüş istəyib

Bu futbolçu “Neftçi”dən gedə bilər

Bu futbolçu “Neftçi”dən gedə bilər

Borca görə ana və oğlu döyüldü, maşının şüşəsi sındırıldı - FOTO

Borca görə ana və oğlu döyüldü, maşının şüşəsi sındırıldı - FOTO

Osimhen əməliyyat olundu

Osimhen əməliyyat olundu

Sürücülərin nəzərinə!

Sürücülərin nəzərinə!

İran qarşıdakı günlərdə ABŞ və İsrailə yeni sürpriz HAZIRLAYIB?

İran qarşıdakı günlərdə ABŞ və İsrailə yeni sürpriz HAZIRLAYIB?

Şəmkirdə eyni vaxtda 2 qəza: 4 yaralı var

Şəmkirdə eyni vaxtda 2 qəza: 4 yaralı var

Fransa millisinin baş məşqçisinin adı AÇIQLANDI

Fransa millisinin baş məşqçisinin adı AÇIQLANDI

Bayram qonaqlığı FACİƏ ilə bitdi - TƏFƏRRÜAT - VİDEO

Bayram qonaqlığı FACİƏ ilə bitdi - TƏFƏRRÜAT - VİDEO

Taekvondoçularımız Belçikada 5 medal qazandı

Taekvondoçularımız Belçikada 5 medal qazandı

Tramp Hörmüz boğazının tezliklə açılacağını bildirdi - VİDEO

Tramp Hörmüz boğazının tezliklə açılacağını bildirdi - VİDEO

Paşinyan Basarkeçərdə boş qalan torpaqlara sahib axtarır - VİDEO

Paşinyan Basarkeçərdə boş qalan torpaqlara sahib axtarır - VİDEO

Tramp: “Müctəba Xameneinin ölməyini istəmirəm"

Tramp: “Müctəba Xameneinin ölməyini istəmirəm"

Kürdəmirdə iki avtomobil toqquşdu - FOTO

Kürdəmirdə iki avtomobil toqquşdu - FOTO

End of content

No more pages to load

RADİO