Azərbaycan-Aİ əməkdaşlığının perspektivləri müzakirə olundu - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Xarici Fəaliyyət Xidmətinin iqtisadi və qlobal məsələlər üzrə Baş Katibinin müavini Saymon Mordu və Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı Azərbaycan-Avropa İttifaqı (Aİ) əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri, habelə qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər müzakirə olunub.

Azərbaycan və Aİ arasında iqtisadi, ticarət, enerji təhlükəsizliyi, yaşıl enerji, humanitar və s. istiqamətlər üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Xüsusilə, energetika sahəsində ölkəmizin təşəbbüsü ilə icra olunan nəhəng layihələrin Avropanın enerji təchizatı və təhlükəsizliyində mühüm rol oyandığı diqqətə çatdırılıb, ənənəvi enerji mənbələri üzrə əməkdaşlığın alternativ enerji sahəsində də davam etdirilməsinin vacibliyi vurğulanıb.
 

Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə ətraflı məlumat verib, hazırda ölkəmiz tərəfindən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin, habelə humanitar minatəmizləmə fəaliyyətinin aparıldığını diqqətə çatdırıb. 


Avropa İttifaqı ilə minatəmizləmə və itkin düşmüş şəxslərin aqibətinin müəyyənləşdirilməsi istiqamətində əməkdaşlıq məsələlərinə toxunulub.

Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi üzrə əldə olunan irəliləyişlərə baxmayaraq, Ermənistan Konstitusiyasında ölkəmiz əleyhinə ərazi iddialarının davam etdirilməsinin, habelə bu ölkənin sürətli silahlanmasının sülh gündəliyinin irəlilədilməsinə təhdid törətdiyi qeyd olunub.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Tramp İrana beş gün VAXT VERDİ

Tramp İrana beş gün VAXT VERDİ

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Bakının girişində uzun tıxac yarandı - AMBAAN VİDEO

Bakının girişində uzun tıxac yarandı - AMBAAN VİDEO

Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO

Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO

Kolumbiyada hərbi təyyarə qəzaya uğradı: Göyərtədə 110 hərbçi olub - VİDEO

Kolumbiyada hərbi təyyarə qəzaya uğradı: Göyərtədə 110 hərbçi olub - VİDEO

"Tamaşaçılar bizim zövqümüzü korlayır"

"Tamaşaçılar bizim zövqümüzü korlayır"

Bu qəsəbənin əhalisi bayramda 10 dəfə artdı - FOTO

Bu qəsəbənin əhalisi bayramda 10 dəfə artdı - FOTO

"Sevilya" baş məşqçisini qovdu

"Sevilya" baş məşqçisini qovdu

End of content

No more pages to load

RADİO