Böyük Britaniya Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılaşmanı alqışlayır.
Bizim.Media xəbər verir ki, bununla bağlı Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab "Tvitter" hesabında paylaşım edib.
“Tərəflər daha çox insan itkisinin qarşısını almaq üçün çətin qərarlar veriblər. Bütün tərəflər vətəndaşların rifahı naminə davamlı sülhə nail olmaq üçün birlikdə çalışmalıdırlar”, – deyə nazir bildirib.
Bizim.Media