Qərbi Azərbaycan İcması Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

Qərbi Azərbaycan İcması 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb.

Bizim.Media xəbər verir ki, bəyanatda deyilir:

"Bu gün Azərbaycan xalqı 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününü hüznlə qeyd edir. Ermənistan tərəfindən törədilmiş total etnik təmizləmə və insanlıq əleyhinə cinayətlərdən əziyyət çəkmiş Qərbi azərbaycanlılar bu günü dərin kədərlə anırlar.
 

1918-ci il martın 31-də Bakıda azərbaycanlılara qarşı törədilmiş kütləvi qətliam ondan əvvəlki və sonrakı dövrlərdə tarixi Azərbaycan torpaqlarında xalqımıza qarşı həyata keçirilmiş genişmiqyaslı soyqırımı təcəssüm edən dəhşətli bir hadisədir.


Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il martın 26-da imzaladığı Fərmanında da bildirildiyi kimi, azərbaycanlılara qarşı soyqırımı əsrlər ərzində aparılıb və əsas məqsədi azərbaycanlıları bir etnik qrup kimi məhv edərək tarixi Azərbaycan ərazilərini ələ keçirmək olub.

Erməni siyasi birlikləri, silahlı qrupları və daha sonra Ermənistan dövlət orqanları etnik nifrət və irqçi ideologiya zəminində azərbaycanlılara qarşı sistematik soyqırımı siyasəti həyata keçirərək, çoxsaylı yerlərdə kütləvi qətliamlar törətmiş, azərbaycanlıları öz doğma yerlərindən zorla çıxarmış və onların mədəni irsini sistemli şəkildə məhv etmişdir.

Azərbaycan xalqına qarşı soyqırımı aktları tarixi Azərbaycan torpaqlarının demək olar ki, bütün hissələrində törədilib.

1918-1920-ci illərdə Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Lənkəran, İrəvan, Zəngəzur, Göyçə, Dərələyəz, Sürməli və digər bölgələrdə müsəlman əhalisinə qarşı kütləvi qırğınlar törədilib və etnik təmizləmə həyata keçirilib.

Yüz minlərlə azərbaycanlının öldürüldüyü soyqırımı aktları nəticəsində Ermənistan ərazisində vaxtilə əhalinin 80 faizindən çoxunu təşkil etmiş azərbaycanlılar artıq 1921-ci ildə həmin ərazidə etnik azlıq təşkil etməyə başladılar. 1948-53, 1987-91-ci illərdə aparılmış etnik təmizləmə nəticəsində azərbaycanlılar tamamilə oradan qovulublar. Hazırda Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb.
 

Ermənistanın 1991-1994-cü illərdə Azərbaycan ərazilərinin 20 faizini işğal edərək orada çoxsaylı qətliamlar törətməsi, 800 min azərbaycanlını oradan qovması, Azərbaycan mədəni irsinidağıtması soyqırımı siyasətinin tərkib hissəsidir.


Təəssüf ki, Ermənistan öz məsuliyyətini etiraf edib sülh, ədalət və barışığın əldə olunması üçün lazımi addımlar atmaq əvəzinə etnik nifrət və irqçiliyi təşviq edən siyasət həyata keçirir və sülhə zidd addımlar atır.

Azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlər və terror aktları törətmiş Qaregin Njde, Andranik Ozanyan, Drastamat Kanayan, Monte Melkonyan kimi ünsürləri şöhrətləndirilir və Njdeizm kimi nasist ideologiyanı dövlət səviyyəsində təbliğ edir. Xüsusilə təəssüf doğuran hal odur ki, Ermənistan hökuməti müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə görə hazırda Azərbaycanda davam edən məhkəmə prosesinə yardım etmək əvəzinə, ona hər vəchlə mane olmağa çalışır və cəzasızlıq mühitini təşviq edir.

Bundan başqa, Ermənistan Qərbi azərbaycanlıların qayıdış hüququna mane olmaqla, irqçi siyasətini davam etdirir və soyqırımı yolu ilə yaratdığı mono-etnikliyini qoruyub saxlamağa çalışır.

Biz Ermənistan dövlətini törətdiyi soyqırımı, etnik təmizləmə, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətlərinə görə məsuliyyətini etiraf etməyə və barışıq naminə zəruri addımları atmağa çağırırıq. Ermənistan oradan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına şərait yaratmalı və dağıtdığı Azərbaycan mədəni irsini bərpa etməlidir.

Həmçinin Ermənistan azərbaycanlılara qarşı nifrət və ayrı-seçkiliyi aşılayan siyasət və praktikasını dayandırmalı, insanlıq əleyhinə cinayət törətmiş şəxsləri ədalət məhkəməsinə təslim etməli, onları şöhrətləndirməyə dərhal son verməli, azərbaycanlılara qarşı cinayətlərdə iştirak etmiş hərbi və siyasi xadimlərə, terrorçulara qoyulmuş abidələri sökməli və aparılmış yer adları dəyişikliklərini ləğv etməlidir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Fuad Poladovu görəndə əsirdim”

“Fuad Poladovu görəndə əsirdim”

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

"Klon" serialı ilə bağlı qalmaqal

"Klon" serialı ilə bağlı qalmaqal

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Basketbol millimiz yarımfinalda

Basketbol millimiz yarımfinalda

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Əllərindən hər iş gələn BÜRCLƏR

Əllərindən hər iş gələn BÜRCLƏR

Taksi sürücüsünün avtomobilini qaçırdı - Postda TUTULDU

Taksi sürücüsünün avtomobilini qaçırdı - Postda TUTULDU

4 tanınmış telefon markası tarix olur

4 tanınmış telefon markası tarix olur

“Barselona” Netonu transfer etmək istəyir

“Barselona” Netonu transfer etmək istəyir

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı

Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

End of content

No more pages to load

RADİO