Ermənistan ötən gecə dronlarla Azərbaycana sülh müqaviləsi göndərirmiş?...

Sabah, 31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür. Düz 107 il əvvəl qaniçən haylar, başdan-ayağa silahlanmış daşnaklar on minlərlə Azərbaycan türkünü və Azərbaycanda yaşayan digər millətlərin nümayəndələrini kütləvi şəkildə qətlə yetirdilər. Birinci Dünya Müharibəsindən sonrakı dövrdə Rusiyada yaranmış vəziyyətdən istifadə edən haylar fürsət düşən kimi qətliamlara başladılar, azərbaycanlılara məxsus evlər yandırıldı, bu yurdların əsl sahibləri ən dəhşətli işgəncələrə məruz qoyularaq öldürüldü, tarixi abidələr, məbədlər məscidlər yer üzündə silindi.

Qərbi Azərbaycan əraziləri ilə kifayətlənmədilər, Qarabağ, Zəngəzur, Naxçıvan, Bakı, Şamaxı, Quba, Muğan, Lənkəran və bütün Azərbaycan boyunca soyqırımı həyata keçirdilər.

Bizim.Media xəbər verir ki, tarixi mənbələrə görə, təkcə Bakıda qətlə yetirilənlərin sayı 10 mindən çox olub. Şamaxıda 58 kənd dağıdılıb, 7 min nəfər - 1653 qadın, 965 uşaq – qətlə yetirilib! Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan edilib. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərinin birində (“Aşxadavor” (“Əməkçi”) qəzeti, 2 noyabr 1919-cu il) bildirilirdi ki, azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa müddətdə 88 kənd dağıdılıb, 1920 ev yandırılıb, 131 min 970 nəfər isə öldürülüb!

Bir neçə il əvvəl İğdırda olarkən yerli sakinlərdən biri danışırdı ki, babası ona ermənilərin bu bölgədə qətliamlar törədən zaman hətta kəhrizlərin gözünə yun doldurur, tıxayırmışlar ki, çeşmələrin gözü tutulsun, burada bir daha həyat olmasın. Daşnaklar bu qədər qəddar olublar türklərə qarşı...

1918-ci ildə hayların törətdiyi belə bəşəri cinayətlərə nəinki aparıcı güc mərkəzlərindən təpki olmadı, üstəlik, Azərbaycan torpaqlarından kəsib qatillər üçün ölkə yaratdılar. İrəvanı qopartdılar, daha sonra Zəngəzurun böyük bir hissəsini və 29 min kv.km-lik oyuncaq dövlətin xəritəsini ortaya qoydular. Üstündən 70 il keçəndən sonra Bağanis Ayrım, Xocalı, Meşəli...soyqırımları törədiləndə də beynəlxalq birlik qətliamlara səssiz qaldı. Nəinki səssiz qaldı, hətta bu gün o canilərin bir hissəsini Azərbaycan dövləti Ədalət Məhkəməsi qarşısına çıxartdığı üçün təzyiqlərlə üz-üzədir.

Məhz belə çoxsifətli, riyakar siyasətdən sui-istifadə edən Ermənistan necə deyərlər, silahı yerə qoymaq istəmir, 44 günlük müharibədə dərsini alsa da. Budur, 31 Mart Soyqırım Günündən bir gün qabaq Ermənistan ordusu növbəti təxribata əl atıb. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, martın 29-u axşam və 30-u səhər saatlarında Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində 3 dəfə kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd edib. Məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində Ermənistanın təxribatçı cəhdlərinin qarşısı alınıb. Eyni zamanda, Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan fasilələrlə atəşə tutub.
 

Bax, Ermənistan adlı “küçə uşağı”nın missiyası dəyişməz olaraq qalmaqdadır, yuxarıda sadaladıqlarımızın üstündən 107 il keçsə də, başında dayanan ağaları və oyuncaq rəhbərləri dəyişsə də! Nikol Paşinyan da deyir “mən sülh müqaviləsini imzalamağa hazıram”. İndi necə başa düşək? Yoxsa Ermənistan Qerenzur tərəfdən dronlarla Azərbaycana sülh təklifləri göndərirmiş? Yoxsa 17 “razılaşdırılmış sülh müqaviləsi”nə əlavəsi var imiş Nikol Paşinyanın?


Ermənistanın davranışları, bu ölkənin oyuncaq sərgilədiyi siyasətin sülhə zərrə qədər də aidiyyatı yoxdur. Paşinyan sülhdən danışır, amma Qərbi Azərbaycanlıların öz yurdlarına qayıtmasına mane olur. Hətta Azərbaycandan köçən ermənilərin geri qaytarılması şərtini irəli sürməyə cəhd göstərir. İrəvandan tutmuş Qubayadək türkləri soyqırıma məruz qoyan bunlar, hələ bir utanmadan şərtlə danışmağa çalışırlar. Qubadakı kütləvi məzarlıqda basdırılanların sümüklərini kor gözləri ilə görmədilərmi? Birinci Qarabağ Müharibəsindən sonra 4 min azərbaycanlı itkin düşüb, bəlkə də qətlə yetiriləndən sonra kütləvi şəkildə basdırılıblar. Amma Ermənistan heç olmasa onların sümüklərinin yerini nişan vermir. Nə mina xəritələrini təqdim edir, nə yoxsa çıxarılmış minlərlə insanımızdan xəbər var.

Belə bir məqamda İrəvanın mərkəzində növbəti dəfə “Qarabağ hərəkatı”nı başladıblar. Bu, keşiş Baqrat Qalstanyanın dəstəsinin etirazları kimi, hakimiyyətlə razılaşdırılmış etirazdır.

Sabah yenə də “miatsum” qışqırsalar, təəccüblənmək lazım deyil, çünki bunların mayası belə yoğrulub, onlardan maşa kimi istifadə edənlərin əlinə oynayırlar. Avropa İttifaqının binokllu müşahidəçilərinin olduğu ərazidə kəşfiyyat uçuşlarını həyata keçirməyin adı nədir? Bəlkə sülhə doğru növbəti addımdır...Görəsən, əllərində binokl Azərbaycanla şərti sərhədlər boyunca ...hərlənən Aİ kəşfiyyatçıları Paşinyanın kəşfiyyatçı aparatlarını görübmü? Özlərini korluğa və karlığa qoyublar hələ ki. Günün birində Azərbaycan hay həyasızlığının cavabını verəndə dilləri də açılacaq, gözləri, qulaqları da... (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Fuad Poladovu görəndə əsirdim”

“Fuad Poladovu görəndə əsirdim”

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

"Klon" serialı ilə bağlı qalmaqal

"Klon" serialı ilə bağlı qalmaqal

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Basketbol millimiz yarımfinalda

Basketbol millimiz yarımfinalda

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Əllərindən hər iş gələn BÜRCLƏR

Əllərindən hər iş gələn BÜRCLƏR

Taksi sürücüsünün avtomobilini qaçırdı - Postda TUTULDU

Taksi sürücüsünün avtomobilini qaçırdı - Postda TUTULDU

4 tanınmış telefon markası tarix olur

4 tanınmış telefon markası tarix olur

“Barselona” Netonu transfer etmək istəyir

“Barselona” Netonu transfer etmək istəyir

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı

Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

End of content

No more pages to load

RADİO