Azərbaycan Prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə sosial media hesablarında paylaşım edib.
Bizim.Media xəbər verir ki, paylaşımda deyilir:
“Əziz bacı və qardaşlarım!
Sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram.
Allah orucunuzu və dualarınızı qəbul etsin.
Ramazan bayramınız mübarək olsun!”
Bizim.Media